Sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda təşkil olunub FOTO
Digərləri 23 Apr 2025 16:23:00 67 0
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda keçirilib.
Bu xəbəri də oxu: Əfv Komissiyasının iclası keçirildi
Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunmuş görüşdə kənd təsərrüfatı, heyvandarlıq və sənaye sahələrində fəaliyyət göstərən 130-a yaxın sahibkar, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xətai Zeynalov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov biznes sahəsində yeni çağırışlar, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması istiqamətində dövlətin həyata keçirdiyi dəstək tədbirləri və rayonun iqtisadi potensialı barədə ətraflı məlumat veriblər. Bildirilib ki, Ağcabədi rayonu aqrar və sənaye sahələri üzrə böyük potensiala malikdir və bu imkanlardan düzgün istifadə etməklə sahibkarlar həm yeni müəssisələr qura, həm də mövcud bizneslərini genişləndirə bilərlər. Dövlət tərəfindən təqdim olunan subsidiyalar, güzəştli kreditlər, vergi güzəştləri, investisiya təşviqi sənədi, klasterləşməyə dəstək və digər mexanizmlər rayonda biznesin inkişafında əhəmiyyətlidir. Rayonda yeni biznes ideyaları və investisiya təşəbbüsləri olan sahibkarlar Ağcabədi, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edərək informasiya, məsləhət, əlaqələndirmə və digər istiqamətlərdə dəstək ala bilərlər.
Tədbir çərçivəsində sahibkarların biznes fəaliyyətinin maliyyələşdirilməsi alətləri, o cümlədən güzəştli kreditlər, investisiya təşviqi sənədinin verilməsi, klasterləşmə və bu sahədə dəstək tədbirləri, örüş sahələrindən təyinatı üzrə istifadə edilməsi, heyvandarlığa dəstək, suvarma sistemləri istehsalı üzrə biznes fəaliyyətinin qurulması və digər məsələlərlə bağlı fikir, təklif və ehtiyacları dinlənilib, müvafiq məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.
Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Tra

"İstilik təchizatı haqqında" yeni qanun qüvvəyə mindikdən sonr

Aprelin 26-da, 2025-ci il tarixində, saat 18:00 və 20:00-da Bakının mərkəz

Tanınmış psixoloq Samirə Bağırova yenidən qalmaqallı sözləri ilə diqq

İstanbulda baş verən şiddətli zəlzələdən sonra xəsarət alma ilə ba

Bu gün, 23 aprel 2025-ci il tarixində, İstanbulda yerli saatla 12:49-da 6.2 b

2014-cü ildə Darren Aronofskinin "Nuh" adlı biblik epik filmində R

"Bizimləsən" efirində yaşadığı ailə problemləri ilə gündəm

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olması

Birinci vitse-prezident Mehriban Əliyevanın "Instagram" səhifəsind

İstanbulda bu gün günorta saatlarında 6,2 bal gücündə zəlzələ baş ver

Xəbər verdiyimiz kimi bu gün İstanbulda zəlzələ olub.

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu - 17 yaşlı Adam Kadırov respu
