Gürcüstan artıq sığınacaq yeri deyil
Siyasət 22 Apr 2025 14:08:00 55 0
Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirməyə hazırlaşır. Hakim "Gürcü Arzusu" partiyası qonşu ölkələrlə münasibətləri pozmamaq üçün Gürcüstanı mühacirlər və müxalif fəallar üçün daha az cəlbedici yerə çevirməyə çalışır. Bir çox jurnalist, hüquq müdafiəçisi və fəal indiyə qədər Gürcüstana sığınırdı. İndi isə qanuna ediləcək dəyişikliklər bu şəxslərin ölkəyə buraxılmamasını və ya daha asan şəkildə ekstradisiya olunmasını mümkün edəcək.
Bu xəbəri də oxu: Paşinyan Azərbaycana barter təklif edir
Son.az xəbər verir ki, yeni qanun paketi "Beynəlxalq müdafiə haqqında" adlanır və artıq parlamentə təqdim olunub. Daxili İşlər Nazirliyi bu təşəbbüsü "qanunsuz miqrasiyaya qarşı mübarizə" və "sığınacaq sisteminin təkmilləşdirilməsi" ilə əsaslandırır.
Dəyişikliklər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək. İlk dəfə olaraq qanunvericilikdə əcnəbinin ölkədən çıxarılması və Gürcüstana girişinə qadağa qoyulması cəza kimi nəzərdə tutulacaq. Eyni zamanda, ölkədə qalma qaydalarını pozan xaricilərə tətbiq edilən cərimələr dəfələrlə artırılacaq - bəzi məlumatlara görə bu məbləğ 2-3 min dollar civarında olacaq.
Yeni qaydalar sayəsində viza müddətini keçən və ya ən xırda qayda pozuntusu - məsələn, yol hərəkəti qaydasını pozmaq - törədən əcnəbilər daha asan şəkildə ölkədən çıxarıla biləcək.
Bundan başqa, sığınacaq üçün müraciətlərə baxılma prosesi də sürətləndiriləcək. Məqsəd bu işlərin aylarla uzanmasının qarşısını almaqdır. Hətta yeni qaydalara görə, əgər sığınacaq istəyən şəxsin Gürcüstana girişi təhlükəli sayılarsa, o, sərhəddəcə ölkəyə buraxılmadan geri qaytarıla bilər. Üstəlik, belə qərarı vətəndaşın məhkəmə yolu ilə şikayət etmək imkanı da olmayacaq.
Əslində bu dəyişikliklər gözlənilməz deyil. 2022-ci ildən sonra Rusiya hökumətini tənqid edən jurnalistlər, QHT üzvləri və fəallar Gürcüstana daxil olmaqda çətinlik çəkməyə başlayıblar.
Analitik David Avalişvilinin fikrincə Gürcüstan hökumətini belə bir addıma vadar edən əsas səbəb bu insanların ölkədə qalması yox, onların siyasi sığınacaqla bağlı müraciətlərinə uzunmüddətli baxılması və ekstradisiyanın mümkün olmamasıdır. Onun sözlərinə görə son damla azərbaycanlı jurnalist Əfqan Sadıqovun işi olub. Gürcüstan məhkəməsi doqquz ay ərzində qərar qəbul edə bilməyib və nəhayət onu azadlığa buraxmalı olub.
Qeyd edək ki, hazırda Gürcüstanda qüvvədə olan qanunvericilik 10-15 il əvvəl qəbul edilib. O dövrdə bu qanunlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsinin tövsiyələri əsasında hazırlanmışdı. Gürcüstan həmin vaxt Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazdakı əsas tərəfdaşı hesab olunurdu. Lakin son illər Tbilisinin Qərblə münasibətləri ciddi şəkildə gərginləşib - Vaşinqton və Brüssel hakim "Gürcü Arzusu"nu insan haqlarını pozmaqda ittiham edib və bir sıra rəsmi şəxslərə sanksiyalar tətbiq edib. AŞPA isə Gürcüstan nümayəndə heyətinin üzvlüyünü dayandırıb.
Gürcüstanın siyasi sığınacaq və miqrasiya qanunvericiliyini sərtləşdirməsi, əslində, Tbilisinin son illər dəyişən xarici siyasət prioritetlərini əks etdirir. Bu qərar bir tərəfdən region ölkələri - Azərbaycan, Türkiyə, İran və xüsusilə də Rusiya ilə münasibətləri gərginləşdirməmək məqsədi daşıyır. Digər tərəfdən isə, Gürcüstanın artıq Qərblə olan əvvəlki dərin tərəfdaşlıq münasibətlərindən uzaqlaşdığını göstərir.
İslam Son.az
Türkiyədə evdar qadınlara sosial təminat və pensiya hüququ verilməsi il�

29-30 aprel Azərbaycanın Xalq artisti Eyyub Yaqubov "Yalnız mədəniyyə

Astrologiya şəxsiyyət xüsusiyyətləri ilə bağlı maraqlı ipuçları təq

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar)

Çinin Hubey əyalətindəki Vuhan şəhərində baş verən faciəvi hadisə 22

Son zamanlarda sosial şəbəkələrdə yayılan "toyuq kişiləri qadınla

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfede

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Sosialist Respu

Bakı metrosunda lüzumsuz olaraq "sərnişin-maşinist" rabitəsində

Aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnilər Təranə-Musa cütlüy�

Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Ərdoğanın çıxışı zamanı səhnəyə telefon atan şəxs saxlanılıb.
