"Skuter"in batareyası partladı 3cü kurs tələbəsi yandı
Dünya 22 Apr 2025 13:30:00 56 0
Çinin Hubey əyalətindəki Vuhan şəhərində baş verən faciəvi hadisə 22 yaşlı gəncin həyatını alt-üst edib.
Bu xəbəri də oxu: Papa Fransiskin üzüyü sındırılacaq SƏBƏB
Son.az yerli mediaya istinadən xəbər verir ki, "sukter"in batareyasının partlaması nəticəsində Du Junhao adlı tələbə bədəninin 90 faizində ağır yanıq xəsarətləri alıb. Hadisənin ən dəhşətli məqamı isə otaq yoldaşının Du-nu alovlar içində tək qoyaraq qaçması olub.
Qorxunc səhər
Vuhan Şəhər Kollecində üçüncü kurs tələbəsi olan Du Junhao otaq yoldaşı Li Jiajun ilə birlikdə kirayə mənzildə qalırdı. Li ayda 300 yuan (təxminən 40 ABŞ dolları) ödəməklə "skuter" icarəyə götürərək kuryerlik edirdi. Du onu dəfələrlə batareyanı evdə şarj etməyin təhlükəli olduğu barədə xəbərdar etsə də, Li inadla bu vərdişindən imtina etmirdi.
Səhər saat 6 radələrində batareya alışaraq zəhərli qaz yaymağa başlayıb. Mənzilin girişinə yaxın yerdə yatan Li alovu görən kimi qaçıb. Binanın dəhlizindəki müşahidə kamerası onun əvvəlcə yanğınsöndürən axtardığını, sonra isə geri qayıdaraq Dunun hələ içəridə olduğu evin qapısını bağladığını göstərib.
Du bildirib ki, qapının avtomatik kilidlənməsi nəticəsində o, təxminən bir neçə dəqiqə otaqda alovun içində qalıb və bu müddət ərzində ağır yanıq xəsarətləri alıb.
Ağır nəticələr və ailənin mübarizəsi
Dunun tənəffüs yolları ciddi zədələnib, sol əlindəki iki barmaq amputasiya olunub. Son 10 ay ərzində 12 dəri köçürülməsi əməliyyatı keçirib. Atası da beş dəfə əməliyyat olunaraq ona dəri verib.
"Valideynlərim məni xilas etmək üçün hər yerdən borc aldılar və öz dərilərini mənə bağışlamağın ağrısını yaşadılar," - deyə Du bildirib.
İndiyə qədər ailə onun müalicəsi və gündəlik xərclər üçün 2,8 milyon yuan (təxminən 380 min ABŞ dolları) xərcləyib. Onlayn ianələrlə 2,6 milyon yuan toplanıb, lakin ailə daha çox dəstək istəmək istəmir.
Son zamanlarda sosial şəbəkələrdə yayılan "toyuq kişiləri qadınla

Heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatı ilə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfede

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnam Sosialist Respu

Bakı metrosunda lüzumsuz olaraq "sərnişin-maşinist" rabitəsində

Aktyor və aparıcı Sərxan Kərəmoğlu müğənnilər Təranə-Musa cütlüy�

Ermənistan parlamentində deputatlar arasında dava düşüb

Ərdoğanın çıxışı zamanı səhnəyə telefon atan şəxs saxlanılıb.

Vatikan Papa Fransiskin açıq tabutda çəkilmiş fotolarını yayımlayıb.

Bakının Xətai rayonu Oksigen küçəsi ev 1 ünvanında yaşı 135-dən çox

69 yaşlı şəxs "Whatsapp"da göndərdiyi smayla görə cərimələ

Ötən gün Binəqədi rayonunda marketlərdən birinin anbarında yanğın baş

Azərbaycanda vətəndaşlar üçün yollayışların (putyovka) verilməsi pros
