Bakıda dəhşətli CİNAYƏT: Salam verdiyi üçün


Kriminal 22 Apr 2025 00:19:00 77 0

Bakıda dəhşətli CİNAYƏT: Salam verdiyi üçün

2024-cü il iyunun 28-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, qətl hadisəsi Sabunçu qəsəbəsi, Mayakovski küçəsi, 1 ünvanında yerləşən Dəmiryol vağzalının qarşısında baş verib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, ölümə Rasim Əhmədovun mədəaltı vəzinin və dalaq arteriyasının zədələnməsi ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəb olub.

Məlumata görə, hadisəni törədən Vüqar Əliyev 1987-ci ildə Ağcabədi rayonunda anadan olub. 2019-cu ildə rayon məhkəməsinin hökmü ilə CM-nin 177-ci (oğurluq) və 237.1-ci ( qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə) maddələri ilə 3 il azadlıqdan məhrum olunub. Milli Məclisin 2021-ci il tarixli Amnistiya Qərarına əsasən cəzadan azad edilib.

Son.az xəbər verir ki, Lent.Az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, iyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Vüqar Əliyev tanışları ilə söhbət edərkən, Rasim Əhmədov yaxınlaşıb əl uzadaraq salam verib. Tanışına qarşılıqlı salam vermədiyi üçün Vüqarla Rasimin arasında mübahisə yaranıb. İctimai yerdə, hadisə yerinə toplaşan insanların gözləri qarşısında silah qismində istifadə etdiyi vintaçanla Vüqar Əliyev Rasim Əhmədovun qarnına 2 dəfə zərbə vurub. Nəticədə Rasim ölüb.

İş üzrə dindirilmiş Vüqar Əliyev bildirib ki, 2021-ci ilin dekabr ayında azadlığa buraxılıb. Sabunçu qəsəbəsində kirayədə yaşayıb, Sabunçu bazarında fəhlə işləyib:

"Şüvəlan istintaq təcridxanasında olanda Rasim Əhmədovla tanış olmuşuq. Onunla yaxın münasibət saxlamırdım. Cəzamı çəkib azadlığa çıxandan sonra yaşadığım qəsəbədə Rasimi dəfələrlə görmüşdüm. Amma məhkumlar arasında qeyri-ciddi və hörmətsiz adam kimi tanındığı üçün ona salam vermirdim. İyunun 27-də səhər bazara getdim. Günorta tanışlarımla kafedə oturub çay içib, nərd oynadım. Gecə saat 1 radələrində Sabunçu vağzalının qarşısında Şamil adlı tanışım və digər şəxslərlə söhbət edərkən, Rasim Əhmədov tanımadığım 2 nəfərlə birlikdə bizə tərəf gəldi. Rasim əlini uzatsa da, heç kim salamını almadı.

Üzünü mənə çevirib, "niyə salamımı almırsan?" soruşanda, ona "get, səni pis günə qoymayım" söylədim. Cavab olaraq Rasim mənə "qoymayanın" deyərək ağır söyüş söydü. Onun üzünə başımla zərbə vuranda, Rasim yumruqla cavab qaytardı. Yanımda olan şəxslər bizi ayırsalar da, Rasim Əhmədov yenə ünvanıma nalayiq ifadələr işlətdi. Şalvarımın bel hissəsində saxladığım vintaçanı çıxarıb Rasimin üzərinə getdim və sol böyür hissəsinə 2 dəfə zərbə vurdum. Sonra aləti yerə atdım. 12-ci şöbəyə gedib vağzalın qarşısında adam vurduğumu bildirdim".

Şahid qismində dindirilmiş 12-ci Polis Şöbəsinin təhqiqatçısı Elvin İbrahimov ifadəsində göstərib ki, şöbəyə yaxınlaşan vətəndaş vağzalın yanında adam bıçaqlandığını xəbər verib. Hadisə yerinə çatanda bir nəfəri yerdə uzanıqlı vəziyyətdə görüblər. Təcili Tibbi Yardımın gəlməsini gözləmədən yaralanan şəxsi özləri xəstəxanaya aparıblar.

Şahid Arif Ağayev bildirib ki, özünə məxsus "Hyundai" markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur:

"İyunun 28-i gecə saat 1 radələrində Sabunçu vağzalında avtobus dayanacağında adamların toplaşdığını gördüm. Həmin vaxt avtomobildə müştəri olduğundan dayanmadım və Zabrat qəsəbəsinə getdim. Geri qayıdanda orada dayanan adamlardan nə baş verdiyini soruşdum. Həmin şəxslərdən biri "taksi sürücüsü Etibarın oğlunu kimsə bıçaqlayıb, onu xəstəxanaya apardılar" dedi. Rasimin bıçaqla vurulmasını öyrənən kimi Etibarin yaşadığı ünvana getdim. Birlikdə xəstəxanaya yollandıq. Orada bizə məlum oldu ki, Rasim Əhmədov xəstəxanaya çatdırılanda artıq dünyasını dəyişib".

Məhkəmə iclasında Vüqar Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib. İstintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirib ki, hadisə günü mebel yığmaq üçün Binə qəsəbəsinə gedib. Ona görə də üzərində içində vintaçan və digər alətlər olan çanta olub:

"Ev sahibi ilə içki içdik. Evə gedərkən marketin qarşısında Rasim Əhmədovla rastlaşdım. Rasim onunla "niyə kinli davrandığımı" soruşdu və bundan sonra aramızda mübahisə başladı. Cəzalandırmaq məqsədi ilə vintaçanla Əhmədova zərbələr vurdum. Onu öldürmək niyyətim yox idi. Cinayəti törədəndə mənə heç kim kömək etməyib".

Zərərçəkmiş şəxsin hüquqi varisi Etibar Əhmədov ifadəsində göstərib ki, oğlu soyğunçuluq əməlinə görə məhkum olunub:

"İyunun 28-də gecə məni çölə çağıran Arif adlı taksi sürücüsü, Rasimin xəstəxanaya aparıldığını bildirdi. Xəstəxanaya gedəndə, polis əməkdaşı zəng edərək, oğlumun öldürülməsi haqda məlumat verdi".

Mərhumun atası təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Vüqar Əliyevin əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə düzgün tövsif edilib. Ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vüqar Əliyev 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Son.az

Uşaqları öpərkən diqqətli olun!  XƏBƏRDARLIQ like
  • 22 Apr 00:13  
Digərləri Uşaqları öpərkən diqqətli olun! XƏBƏRDARLIQ

Uşaqları öpərkən diqqətli olmaq lazımdır.

arrow Ətraflı
Papanın ölüm səbəbi açıqlandı like
  • 22 Apr 00:05  
Dünya Papanın ölüm səbəbi açıqlandı

Roma Papası Fransisk komaya və ürək dayanmasına səbəb olan insultdan öl�

arrow Ətraflı
Günün qoroskopu: kainat sizi eşidir like
  • 22 Apr 00:01  
Digərləri Günün qoroskopu: kainat sizi eşidir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
“Tərbiyəsiz onun özüdür” like
  • 21 Apr 23:47  
Şou-biznes “Tərbiyəsiz onun özüdür”

Əməkdar artist Elza Seyidcahan müğənni Elçin Cəfərovla aralarında yaran

arrow Ətraflı
Sentyabrda İranı ABŞ ya İsrail vura bilər? like
  • 21 Apr 23:35  
Digərləri Sentyabrda İranı ABŞ ya İsrail vura bilər?

Sentyabrda İrana hərbi zərbə ehtimalı gündəmdədir

arrow Ətraflı
Bitkisinə əl vurmaq olmur, ancaq çayı çox faydalıdır like
  • 21 Apr 23:23  
Digərləri Bitkisinə əl vurmaq olmur, ancaq çayı çox faydalıdır

Ağciyər xəstəlikləri və zəif immunitet problemi ilə mübarizədə təbii

arrow Ətraflı
47 yaşında 7ci dəfə ana oldu  FOTO like
  • 21 Apr 23:12  
Şou-biznes 47 yaşında 7ci dəfə ana oldu FOTO

Madlen West yeddinci övladını dünyaya gətirib.

arrow Ətraflı
Səftər Rəhimliyə vəzifə verildi like
  • 21 Apr 23:02  
Kriminal Səftər Rəhimliyə vəzifə verildi

Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Akademiyasına (BXA) İnzi

arrow Ətraflı
Rahim Novruzova  yüksək vəzifə verildi like
  • 21 Apr 22:56  
Digərləri Rahim Novruzova yüksək vəzifə verildi

Regional Təhsil İdarəsinə müdir müavini təyin edilib.

arrow Ətraflı
Azərbaycanda quş yuvası dörd nəfərin ölümünə səbəb oldu like
  • 21 Apr 22:53  
Digərləri Azərbaycanda quş yuvası dörd nəfərin ölümünə səbəb oldu

22:53 Tərtərin Bəyimsarov kəndində baş vermiş bədbəxt hadisənin bə

arrow Ətraflı
Paşinyan Azərbaycana barter təklif edir like
  • 21 Apr 22:48  
Siyasət Paşinyan Azərbaycana barter təklif edir

2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra Azərbaycan dövl�

arrow Ətraflı
Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır" like
  • 21 Apr 22:37  
Digərləri Pezeşkian: "İran ABŞ ilə nüvə sazişi bağlamağa hazırdır"

"İran ABŞ ilə bərabər şərtlərlə və öz milli maraqlarının qorun

arrow Ətraflı
8 yaşlı uşaq faciəvi şəkildə öldü like
  • 21 Apr 22:35  
Digərləri 8 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatın�

arrow Ətraflı
Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR like
  • 21 Apr 22:25  
Digərləri Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili, ədəbiyyat, coğrafiy

arrow Ətraflı