Azərbaycanda quş yuvası dörd nəfərin ölümünə səbəb oldu
Digərləri 21 Apr 2025 22:53:00 73 0
22:53 Tərtərin Bəyimsarov kəndində baş vermiş bədbəxt hadisənin bəzi detalları məlum olub.
Bu xəbəri də oxu: Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR
İlkin ehtimala görə, əslən Kəlbəcərdən olan Rüfət Tağızadə, həyat yoldaşı Əfsanə Tağıyeva və iki azyaşlı övladı dəm qazından zəhərlənərək həyatını itirib.
"Məkana gələndə gördük ki, uşaqlardan biri yerdə, ata-ana və digər uşaq isə çarpayıda ölüblər. Ehtimal olunur ki, dəm qazından zəhərləniblər. Çünki borunun içində quş yuva qurmuşdu", - deyə mərhum şəxslərin qohumu bildirib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
----------- 16:32
Tərtərdə bir ailənin dörd üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı yeni təfərrüatları məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.
Son.az xəbər verir ki, bu barədə "Teleqraf"a ailənin yaxınları məlumat veriblər.
Qeyd olunub ki, ailə qəsəbədə iki il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış. Verilən məlumata görə, hadisədən əvvəlcə qonşular xəbər tutublar. Saat 10-11 radələri olsa da, evdən heç kimin çıxmadığını görən qonşular mənzilə daxil olub və ailənin dörd üzvünün vəfat etdiyini aşkar ediblər.
Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyimsarov kənd qəbiristanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəliblər, araşdırma aparılır.
Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov hadisənin təfərrüatları ilə bağlı açıqlama verərək deyib ki, hadisədən ilk olaraq qonşular xəbər tutublar və qapını xeyli döydükdə cavab ala bilməyiblər.
"Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki il idi ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə edilməyib. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş onun borusunda yuva qurub və samanla sobanın borusunu doldurub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən olunub".
Kənd icra nümayəndəsi ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb:
"Ailənin başçısı təsərrüfatla məşğul olurdu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmət adamı idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq". Son.az
2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra Azərbaycan dövl�

"İran ABŞ ilə bərabər şərtlərlə və öz milli maraqlarının qorun

Cəlilabad rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində həyatın�

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan dili, ədəbiyyat, coğrafiy

Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları qəzaya düşüb.

“Xalam qızına qədər qəribə şəkillər və mesajlar göndərilir"

Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci mü

Bakıda qaydaları pozan sürücünün hərəkətləri anbaan kameraya düşüb.

88 yaşında vəfat edən Roma Papası Fransiskin sərvəti açıqlanıb.

Lənkəran və Masallı Elektrik Şəbəkələrində (EŞ) 10 kV-luq hava xətl�

Yüksək qan təzyiqini idarə etmək üçün illərdir duz istehlakını azaltm

Türkiyənin tanınmış sənətçisi Işın Karaca ötən gecə Girnədə verdi

ABŞ-nin Florida ştatında təyyarə havaya qalxmazdan bir neçə dəqiqə əvv

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və
