Kommunal xidmətlərin qiymətləri artacaq AÇIQLAMA
Digərləri 20 Apr 2025 11:40:00 53 0
Əhalinin məişət xərclərinin önəmli bir hissəsini kommunal xərclər tutur. Ona görə də, bu xərclərin artımı daim maraq doğuran mövzulardan biri olur.
Bu xəbəri də oxu: Dünyanın ən bahalı dodaq
Bəs ölkədə kommunal xidmətlərin qiymətləri artacaqmı? Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Referans-a açıqlamasında bildirib ki, kommunal xidmətlər sonuncu dəfə 2 yanvar 2025-ci ildə Tarif Şurasının qərarına uyğun olaraq artırılıb. Yəni hal-hazırda bilirsiniz ki, aprel ayındayıq və hər hansı bir artım barədə məlumatımız yoxdur. Düşünürəm ki, bu proses hər zaman ilin sonunda və ya əvvəlində aktuallaşır. Mövcud xidmətlər üzrə çəkilən xərclərə uyğun olaraq əgər kommunal xərclərin artımı baş verirsə, onun bölgüsü və vətəndaşlara düşən hər xidmət üzrə paylarda müvafiq dəyişikliklərin edilməsi Tarif Şurasının qərarından sonra qüvvəyə minir. Bu istiqamətdə hər hansı bir yeniliyin, artımın olacağı barədə bir anons və yaxud da məlumat təqdim olunmayıb.
Həmsöhbətimizin fikrinə görə, ilk növbədə kommunal xidmətlərin səviyyəsini və keyfiyyətini artırmaq daha vacibdir. Çünki hal-hazırda istər ümumi Bakıda istərsə də ayrı mənzil kommunal təsərrüfatlarında və yeni tikililər inşa edən MTK - MMC-lərdə hər hansı bir xidmət haqqının dəyişilməsi zərurətini görmürük. Düşünürəm ki, bütün hallarda ilk növbədə müasir dünya standartlarına uyğun şəkildə kommunal xidmətlərin göstərilməsinin təmin edilməsi ətrafında müzakirələrin aparılmasına ehtiyac var. Son günlər yağan yağış həcminin qarşısında bir sıra kommunal xidmətlərin dayanıqlı, keyfiyyətli xidmət ortaya qoya bilməməsi bu istiqamətdə müvafiq qərarların qəbulunu zəruri edir.
"Köhnəlmiş, istismar müddəti keçmiş xətlərin yeniləri ilə əvəz olunması, habelə müasir standartlara cavab verməsinin təmin edilməsi və bu xidmətlərdən bütün ölkə əhalisinin, xüsusilə də Bakı şəhər əhalisinin istifadə etməsinin təmin olunması daha ciddi məsələlərdir nəinki bu xidmətlərin qiymətlərinin artırılması. Çünki keyfiyyəti yüksəltmədən xidmətlərin qiymətində olan artım böyük sosial narazılığa səbəb ola bilər. Bu da arzuolunan məsələ deyil", - deyə sədr qeyd edib.
Sumqayıt şəhərində hündürlükdən yıxılan kişi ölüb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidməti tərəfindən narkotik vasitələrin

Nə üçün biz hələ də kosmosda yadplanetli ağıllı həyatın nümayəndə

Bu il buraxılış imtahanından 43 nəfər maksimal bal toplayıb. 2024-cü ild

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkovun fikrincə, Ukrayna pas

Türkiyədə yük maşını ilə tur avtobusu toqquşub, 13 nəfər yaralanıb.

"Toy olub ki, nə qədər pul veriblər. Məni maşınımla, hansısa maş�

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabın

Bu bazar günü dörd bürcün nümayəndələri möcüzələrə inamlarını b�

Xəbər verdiyimiz kimi, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsf�

Adətən şəhər mühitində zərərsiz görünən göyərçinlər əslində in

Belə insanlar nadir hallarda həyatdan şikayətlənir, yaxınlarına və yad i

"Bu dəqiqə mənə elə aparıcılar "salam" verir ki, zamanınd
