İsfəndiyarın oğlu niyə həbs olunub? TƏFƏRRÜAT


Digərləri 20 Apr 2025 09:19:00 62 0

İsfəndiyarın oğlu niyə həbs olunub?  TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsfəndiyar Axundovun oğlu Şahin Axundov həbs edilib.

Son.az xəbər verir ki, musavat.com həbsin səbəblərini araşdırıb. Məlum olub ki, Şahin Axundov əvvəllər də həbs həyatı yaşayıb. Şahin Axundovun adı 20 il öncə böyük bir qalmaqalın mərkəzi fiquru olaraq gündəmə gəlmişdi.

O zaman Şahin Axundov Türkiyə səfirliyinin önündə Anar İsmayılovun avtomobilini gülləbarana tutmuşdu. Həmin vaxt Prezident İlham Əliyevin məsələyə qarışması ilə Şahin Axundov həbs olundu, 5 il cəza çəkdikdən sonra azadlığa çıxdı. Lakin Şahin Axundovun cəzasını elə azadlıqda çəkdiyinə dair informasiyalar da var idi. Yəni kimlərsə "Şərurlu İsfəndiyar"ın xahişlərini yerə salmamışdı.

Baş verən qalmaqaldan sonra İsfəndiyar Axundov oğlu Şahin Axundovu Türkiyəyə göndərib, uzun illər orada yaşayıb.

Lakin orada da tikinti maqnatının oğlu dinc dayanmayıb, adı ən müxtəlif qalmaqallara qarışıb.

Hətta onun bu yaxınlarda Bakıya gəlməsi, psixoloji durumunda gərginlik yaranması, onu xəstəxanalardan birinə yerləşdirilməsi xəbəri də vardı. Bildirilirdi ki, Şahin Axundov ciddi nəzarət altında müalicə olunur.

İsfəndiyar Axundovun oğlunu Türkiyə göndərməsi xəbəri Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə proseslərindən birində də səsləndirilmişdi. 2021-ci ildə mühakimə olunan "Zaminbank"ın keçmiş sədri Nadir İsmayılov İsfəndiyar Axundovla bağlı ifadə verərkən bu haqda danışmışdı.

Nadir İsmayılov məhkəmədə İsfəndiyar Axundovu aldatması barədə ikincinin iddialarına münasibət bildirərkən bu mövzuya da toxunmuşdu:

"Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə 5 milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki "Lamborghini", iki "Ferrari" aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir".

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı İsfəndiyar Axundovla əlaqə saxlayıb. İsfəndiyar Axundov oğlu ilə bağlı sualı dinlədikdən sonra "oğlum xaricdə deyil, xəstə də deyil, kim nə istəyir yazır" deyib.

Xatırladaq ki, Şərurlu İsfəndiyarın adı övladları ilə bağlı dəfələrlə mətbuatın gündəminə gəlib. Tikinti maqnatının digər oğlu Allahverdi Axundov 650 min manata "Lamborghini" alması ilə gündəmə gəlmişdi. O zaman Şərurlu İsfəndiyar əvvəlcə xəbəri təkzib elədi.

"Bu, yalandır, uydurmadır, mənim oğlumun elə maşını yoxdur" deyən tikinti maqnatı danılmaz faktla üzləşdi. Sən demə, Allahverdi Axundov artıq sosial şəbəkələrdə bahalı avtomobilinin fotosunu "My new car" (Mənim yeni avtomobilim) qeydi ilə paylaşıbmış.

İsfəndiyar Axundovun bu fakta reaksiyası belə oldu: "Hə, nə olsun? Mənim vertolyotum da var. Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki... Maşın sürüb də. Başqa nə iş görüb?"

Lakin Allahverdi Axundov təkcə 650 minlik "Lamborghini"yə sahib deyil. Onun sosial şəbəkələrdə paylaşdığı fotolardan görünür ki, kifayət qədər dəbdəbəli həyat yaşayır.

Göyərçinlər xəstəlik yayır   Alimlərdən XƏBƏRDARLIQ like
  • 20 Apr 08:59  
Digərləri Göyərçinlər xəstəlik yayır Alimlərdən XƏBƏRDARLIQ

Adətən şəhər mühitində zərərsiz görünən göyərçinlər əslində in

arrow Ətraflı
Bu bürclərin nümayəndələri çox işləyirlər, qazandıqları isə qəpikquruş... like
  • 20 Apr 08:35  
Digərləri Bu bürclərin nümayəndələri çox işləyirlər, qazandıqları isə qəpikquruş...

Belə insanlar nadir hallarda həyatdan şikayətlənir, yaxınlarına və yad i

arrow Ətraflı
“Buna görə cərimələndim” like
  • 20 Apr 08:01  
Şou-biznes “Buna görə cərimələndim”

Müğənni Xatirə İslamın yolda başına iş gəlib.

arrow Ətraflı
“Röya mənə görə o adamlara zəng vurdu...” like
  • 20 Apr 07:01  
Şou-biznes “Röya mənə görə o adamlara zəng vurdu...”

"Bu dəqiqə mənə elə aparıcılar "salam" verir ki, zamanınd

arrow Ətraflı
Saxta mühərrik yağını müəyyən etməyin üsulları like
  • 20 Apr 06:34  
Digərləri Saxta mühərrik yağını müəyyən etməyin üsulları

Saxta mühərrik yağını müəyyən etmək olduqca çətindir, lakin bu mümk�

arrow Ətraflı
Sağlam uşaq doğan ən uyumlu like
  • 20 Apr 06:06  
Digərləri Sağlam uşaq doğan ən uyumlu

Övlad sahibi olmaq istəyənlər üçün qan qrupu uyğunluğu məsələsi vaci

arrow Ətraflı
Dünyanın ən bahalı dodaq like
  • 20 Apr 05:05  
Digərləri Dünyanın ən bahalı dodaq

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zər

arrow Ətraflı
5 ifadəni heç vaxt deməyin: münasibətləri like
  • 20 Apr 04:04  
Digərləri 5 ifadəni heç vaxt deməyin: münasibətləri

Münasibətlər kövrək sistemdir və bəzən yalnız bir söz münaqişələr�

arrow Ətraflı
Azərbaycanlı aktrisa hovuz kənarından VİDEOsunu yaydı like
  • 20 Apr 03:03  
Şou-biznes Azərbaycanlı aktrisa hovuz kənarından VİDEOsunu yaydı

Aktrisa Ülfət Bəşir paylaşımı ilə diqqət çəkib.

arrow Ətraflı
Bu meyvə yalnız günün müəyyən saatlarında yeyilməlidir like
  • 20 Apr 02:02  
Digərləri Bu meyvə yalnız günün müəyyən saatlarında yeyilməlidir

Bir çox insan meyvələrin orqanizmə zərər vermədən günün istənilən va

arrow Ətraflı
Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım” like
  • 20 Apr 02:00  
Digərləri Həmin toyda müğənni də zəhərlənibmiş: “Ölümdən qayıtdım”

Xəbər verdiyimiz kimi, Bakıda"Venesiya" şadlıq sarayında keçiri

arrow Ətraflı
Çinarə Məlikzadənin onunla səmimi VİDEOsu müzakirə yaratdı like
  • 20 Apr 01:01  
Şou-biznes Çinarə Məlikzadənin onunla səmimi VİDEOsu müzakirə yaratdı

Samir Cavadzadə və Çinarə Məlikzadənin səmimi görüntüləri diqqət ç�

arrow Ətraflı
Rubionun Putinə nə hədiyyə verdiyi açıqladı like
  • 20 Apr 00:48  
Dünya Rubionun Putinə nə hədiyyə verdiyi açıqladı

ABŞ dövlət katibi Marko Rubionun ABŞ-ın Ukraynada sülh prosesindən çıxa

arrow Ətraflı
“Axmaq insanlarsınız” deyib, kənara çəkiləcəyik" like
  • 20 Apr 00:36  
Dünya “Axmaq insanlarsınız” deyib, kənara çəkiləcəyik"

"Əgər heç bir irəliləyiş olmasa, ABŞ Rusiya-Ukrayna sülh razılaşm

arrow Ətraflı
Çoban illərdir axtarılan cinayətkar çıxdı   223 illik hökm, 55 cinayət... like
  • 20 Apr 00:25  
Digərləri Çoban illərdir axtarılan cinayətkar çıxdı 223 illik hökm, 55 cinayət...

Batman bölgəsində film səhnələrini xatırladan hadisə baş verib.

arrow Ətraflı