Niyə yadplanetli sivilizasiyalar Yer kürəsini görməzdən gəlir? 8 SƏBƏB
Digərləri 20 Apr 2025 10:59:00 61 0
Nə üçün biz hələ də kosmosda yadplanetli ağıllı həyatın nümayəndələrini görmürük?
Bu xəbəri də oxu: 62 şagird sabahkı imtahanda iştirak edə bilməyəcək
Son.az xarici mənbələrə istinadən Yer üzündə milyonlarla insanın cavab tapmaq istədiyi sualla bağlı bütün mümkün versiyaları bir araya toplayıb:
Bu müzakirələr kosmik dövrdən çox əvvəl başlayıb. Məşhur rus düşünürü Konstantin Tsiolkovski, hələ 1933-cü ildə yazdığı "Planetlər canlı varlıqlarla doludur" adlı fəlsəfi qeydlərində Enriko Ferminin sonralar məşhur olacaq sualına öz cavabını vermişdi:
"Axı biz də canavarlara, zəhərli ilanlara və ya qorillalara qonaq getmirik, elə deyilmi?" - deyə Tsiolkovski qeyd edirdi. O, bu yanaşma ilə "zoopark hipotezası" adlanan nəzəriyyəni irəli sürmüşdü: yəni yadplanetlilər sadəcə bizi müşahidə edirlər, lakin bizimlə əlaqə qurmağı hələ məqsədəuyğun hesab etmirlər.
Fermi paradoksu və Dreykin tənliyi
1950-ci ildə atom bombasının yaradıcılarından biri olan məşhur fizik Enriko Fermi belə bir sual verdi: "Bəs onlar haradadır?" - bu sual tarixə "Fermi paradoksu" adı ilə düşdü.
1960-cı ildə amerikalı astronom Frenk Dreyk bir elmi konfransda galaktikada ağıllı sivilizasiyaların mümkün sayını hesablayan tənliyi təqdim etdi.
Bu tənlikdə aşağıdakı faktorlar nəzərə alınırdı:
Hər il qalaktikada neçə ulduz yaranır?
Günəşə bənzər ulduzların neçə faizinin planetləri var?
Bu sistemlərdə həyat üçün yararlı neçə planet ola bilər?
Həmin planetlərdə həyat yaranma ehtimalı nə qədərdir?
Bu həyatın ağıllı formaya keçməsi ehtimalı nə qədərdir?
Neçə sivilizasiya başqa ağıllı varlıqları axtarmağa can atır?
Belə bir sivilizasiya nə qədər yaşaya bilər?
Bu tənliyə dəqiq cavab tapmaq mümkün olmasa da, tədqiqatçılar bu gün də onun üzərində işləməyə davam edirlər. Məsələn, son illərin bəzi hesablamalarına əsasən, qalaktikamızda hazırda əlaqə qurmağa hazır olan təxminən 36 sivilizasiya ola bilər.
Buna baxmayaraq, bu nəticələr Fermi paradoksunu daha da dərinləşdirir: əgər bu qədər çox ağıllı sivilizasiya varsa, niyə onlardan heç birini görmürük və eşitmirik?
1. Hipotez: Biz doğrudan da təkik
2018-ci ildə bir elmi komanda bildirdi ki, Dreykin tənliyindəki qeyri-müəyyənliklər onu sıfıra endirə bilər - yəni biz təkcə qalaktikada yox, bütün müşahidə edilə bilən kainatda da tək ola bilərik.
Bu fikir "unikal Yer" hipotezası ilə əsaslandırılır: Yerdə yaranmış həyat üçün şərait kainatda bir daha təkrarlana bilməyəcək qədər nadir və unikaldır.
Bu il buraxılış imtahanından 43 nəfər maksimal bal toplayıb. 2024-cü ild

Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkovun fikrincə, Ukrayna pas

Türkiyədə yük maşını ilə tur avtobusu toqquşub, 13 nəfər yaralanıb.

"Toy olub ki, nə qədər pul veriblər. Məni maşınımla, hansısa maş�

Birinci vitse-prezident Mehriban Əliyeva şəxsi "Instagram" hesabın

Bu bazar günü dörd bürcün nümayəndələri möcüzələrə inamlarını b�

Xəbər verdiyimiz kimi, Şərurlu İsfəndiyar ləqəbli tikinti maqnatı İsf�

Adətən şəhər mühitində zərərsiz görünən göyərçinlər əslində in

Belə insanlar nadir hallarda həyatdan şikayətlənir, yaxınlarına və yad i

"Bu dəqiqə mənə elə aparıcılar "salam" verir ki, zamanınd

Saxta mühərrik yağını müəyyən etmək olduqca çətindir, lakin bu mümk�

Övlad sahibi olmaq istəyənlər üçün qan qrupu uyğunluğu məsələsi vaci

Ən bahalı pomadalar, yalnız dodaq boyası kimi deyil, həm də lüks və zər
