Mərkəzi Bank AÇIQLADI: "Bu manatın zəifləməsinə səbəb olur"


Digərləri 15 Apr 2025 13:01:07 95 0

Mərkəzi Bank AÇIQLADI: "Bu manatın zəifləməsinə səbəb olur"

Hesabatda deyilir: Pessimist ssenaridə Brent markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur.

Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankı Maliyyə Sabitliyi Hesabatını dərc edib.

Marja.az xəbər verir ki, hesabatda Mərkəzi Bankın baza və pessimist ssenarilər üzrə fərziyələri də yer alıb. Hazırda neft ucuzlaşdığı üçün, Mərkəzi Bankın pessimist ssenarisi diqqətdə saxlanıla bilər.

Baza ssenari:

Baza ssenari sabit qlobal mühit, dayanıqlı iqtisadi artım və nəzarət olunan inflyasiya amillərinə əsaslanır. Bu çərçivədə, Brent markalı neftin qiymətinin yaxın illərdə stabil qalması fonunda ümumi daxili məhsulun artım tempinin növbəti illərdə müsbət dinamika nümayiş etdirəcəyi gözlənilir.

Baza ssenaridə qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsi kimi daha sürətli inkişaf etməsi gözlənilir. Eyni zamanda, illik inflyasiyanın tədricən azalaraq idarə olunan səviyyəyə çatacağı və milli valyutanın nominal və real effektiv məzənnəsində artım müşahidə ediləcəyi gözlənilir ki bu da manatın alıcılıq qabiliyyətinin möhkəmlənməsini təmin edəcəkdir.

Qiymət sabitliyi fonunda pul siyasətində yumşalma meyilləri nəzərə çarpacağı və uçot dərəcəsinin azaldılması gözləntilərinin artacağı proqnoz edilir. Fiskal siyasət isə sabitliyini qoruyaraq dövlət büdcəsinin xərclərini stabil saxlayacaq. Bu yanaşma iqtisadiyyatın davamlı inkişafını təmin etməklə yanaşı, makroiqtisadi tarazlığın qorunmasına da töhfə verəcək.

Pessimist ssenari:

Bu ssenari uzunmüddətli neft qiyməti şokları, qlobal iqtisadi geriləmə və sərt maliyyə böhranı kimi ciddi makroiqtisadi təzyiqləri nəzərdə tutur. Pessimist ssenari qlobal iqtisadiyyatda potensial risklərə uyğun hazırlanmışdır və rəsmi proqnoz hesab edilmir.

Ən sərt ssenaridə Brent markalı neftin qiymətinin kəskin azalması nəzərdə tutulur ki, bu da Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yarada bilər. Belə bir şəraitdə ümumi daxili məhsulun artım tempi əhəmiyyətli dərəcədə zəifləyir və növbəti illərdə iqtisadi daralma müşahidə olunur. Bu ssenari üzrə qeyri-neft sektorunda ilkin mərhələdə cüzi artım, sonrakı dövrdə isə azalma olur. İnflyasiyanın kəskin yüksəlməsi ilə qiymət sabitliyinə ciddi təzyiqlər yaranır. Milli valyutanın nominal və real effektiv məzənnələrində əhəmiyyətli eniş baş verir, bu isə manatın dəyərinin zəifləməsinə səbəb olur. Fiskal siyasətdə isə konsolidasiya həyata keçirilir və büdcə xərcləri, əsasən də əsaslı xərclər azalır. Ümumilikdə, bu ssenari iqtisadi aktivliyin azalması, qiymət artımı və valyuta bazarında təzyiqlərin güclənməsi ilə xarakterizə olunur ki, bu da iqtisadi stabilliyin qorunmasını çətinləşdirir.

Stres-test nəticələrinə əsasən bank sektorunun mövcud kapital buferi potensial itkiləri absorbsiya etmək potensialındadır. Baza ssenari üzrə kapital adekvatlılığı əmsalı 2025-ci ildə 20.3% təşkil edir və növbəti ildə stabil artım kapital adekvatlılığı göstəricisinin 2026-ci ildə 22.9%-ə çatmasını şərtləndirir8 . Pessimist ssenaridə isə bank sektorunun kapital adekvatlılığı əmsalı 2025-ci və 2026-cı illərdə müvafiq olaraq 1.7 f.b və 0.9 f.b. azalaraq 15.6% və 14.7% təşkil edir. Bütövlükdə, stres-test nəticəsində bank sektoru müəyyən həddə kapital eroziyasına məruz qalsa da, sektorun kapital adekvatlığı minimum normativləri üstələyir. 

Stress test nəticələrinə əsasən bankların kapital adekvatlılığına əsas təsir kanalları kredit riski və risk üzrə ölçülmüş aktivlərin artması təşkil etmişdir. Belə ki, 2025-ci ildə kredit riski kanalı 2.7 f.b, risk üzrə ölçülmüş aktivlər isə 1.5 f.b kapital adekvatlığına azaldıcı təsir göstərmişdir. 

Təranə Səmədova Ali Məhkəməyə müraciət etdi like
  • 15 Apr 12:57  
Şou-biznes Təranə Səmədova Ali Məhkəməyə müraciət etdi

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təran�

arrow Ətraflı
Paşinyanın çıxışı zamanı deputatlar parlamenti tərk etdi like
  • 15 Apr 12:47  
Dünya Paşinyanın çıxışı zamanı deputatlar parlamenti tərk etdi

Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə bugünkü çıxışı

arrow Ətraflı
Ağdamda doğuş zamanı kliniki ölüm keçirən ana dirildi like
  • 15 Apr 12:47  
Digərləri Ağdamda doğuş zamanı kliniki ölüm keçirən ana dirildi

Ağdamda doğuş zamanı ana kliniki ölüm keçirib.

arrow Ətraflı
Sabah Bakıda leysan yağacaq like
  • 15 Apr 12:30  
Digərləri Sabah Bakıda leysan yağacaq

Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən ya�

arrow Ətraflı
I sinfə qəbul prosesində YENİLİK  Mayın 1dən like
  • 15 Apr 12:21  
Digərləri I sinfə qəbul prosesində YENİLİK Mayın 1dən

Birinci sinfə qəbulda Şəxsi kabinetə giriş "Digital Login" vasit

arrow Ətraflı
DTX bu qurumda araşdırmalara başladı like
  • 15 Apr 12:15  
Digərləri DTX bu qurumda araşdırmalara başladı

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmaya

arrow Ətraflı
Sel və daşqın olacaq  XƏBƏRDARLIQ like
  • 15 Apr 12:01  
Digərləri Sel və daşqın olacaq XƏBƏRDARLIQ

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

arrow Ətraflı
Atasını döyən reper saxlanıldı like
  • 15 Apr 12:00  
Şou-biznes Atasını döyən reper saxlanıldı

Türkiyəli reper Sansar Salvo ləqəbli Ekincan Arslan saxlanılıb.

arrow Ətraflı
Qonşu ölkə təhlükə ilə üzüzə  Zəlzələ XƏBƏRDARLIĞI like
  • 15 Apr 11:55  
Dünya Qonşu ölkə təhlükə ilə üzüzə Zəlzələ XƏBƏRDARLIĞI

İranlı akademik Feriborz Natiqi paytaxt Tehran və ətraf bölgələrdə cidd

arrow Ətraflı
Onların sürücülük vəsiqəsi 2 illik olacaq  Sonra yenidən yoxlanılacaqlar like
  • 15 Apr 11:43  
Digərləri Onların sürücülük vəsiqəsi 2 illik olacaq Sonra yenidən yoxlanılacaqlar

Son dövrlərdə artan qəzalar bunu deməyə əsas verir ki, həqiqətən də s

arrow Ətraflı
Zərifə xanım Əliyevanın həyatı mənəviyyat məktəbidir like
  • 15 Apr 11:37  
Siyasət Zərifə xanım Əliyevanın həyatı mənəviyyat məktəbidir

Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu xalqın tari

arrow Ətraflı
Naxçıvanda 46 milyonluq pozuntu  Materiallar Baş Prokurorluq və DTXyə göndərilib like
  • 15 Apr 11:34  
Digərləri Naxçıvanda 46 milyonluq pozuntu Materiallar Baş Prokurorluq və DTXyə göndərilib

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəf

arrow Ətraflı
Evi kiçik olanların NƏZƏRİNƏ!  Söküntü zamanı... like
  • 15 Apr 11:30  
Digərləri Evi kiçik olanların NƏZƏRİNƏ! Söküntü zamanı...

"Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış

arrow Ətraflı
Hacıqabulda qadın yağış suyunda BOĞULDU like
  • 15 Apr 11:25  
Digərləri Hacıqabulda qadın yağış suyunda BOĞULDU

Hacıqabulda qadın faciəvi şəkildə ölüb.

arrow Ətraflı