"Yetim Sabir"in adamları Bakıda evə atəş açıb videosunu çəkdilər Kriminal hesablaşma
Digərləri 15 Apr 2025 12:14:26 70 0
Şəmkirli kriminal avtoritet "Yetim Sabir" üçün Bakıda sifariş yerinə yetirən uşaqlıq dostu saxlanılıb. Həmin şəxs Bakıda qisas məqsədi ilə düşmənçilik etdikləri adamın evinə gedərək onun qapısına iki dəfə atəş açıb.
Bu xəbəri də oxu: Dövlət işləməyən şəxslərə pensiya verəcək
Son.az musavat.com-a istinadla xəbər verir ki, bir neçə ay əvvəl "TikTok" sosial şəbəkəsində "Yetim Sabir" ilə kriminal aləmə yaxınlığıyla bilinən Adil adlı şəxs arasında mübahisə olub.
Tərəflər sosial şəbəkə hesablarından bir-birini təhqir ediblər. Daha sonra Adilin evinin qapısına iki dəfə atəş açılması ilə bağlı videogörüntü "TikTok"da paylaşılıb.
Bu hadisədən sonra polis Bakıda əməliyyat keçirib və 5 nəfər saxlanılıb.
Məlumata görə, saxlanılan Qismət adlı şəxs "Yetim Sabir"in uşaqlıq dostu olub və çox yaxın münasibətləri var.
Qismətlə Adili tanış edən də "Yetim Sabir" olub. "Yetim Sabir"in istəyi ilə Adillə Qismət Bakıda görüşüblər və bir müddət sonra yaxın dostluq münasibətləri yaranıb. Lakin aylar sonra Adillə "Yetim Sabir" arasında mübahisə yaranıb və bir-birlərinin kriminal aləmdəki yollarının doğru olmadığını deyiblər. Bu mübahisə sosial şəbəkə üzərindən aparılıb və tərəflər bir-birlərini təhqir ediblər.
"Yetim Sabir"lə Adil arasındakı davada Qismət birincinin tərəfini tutub. Həmin ərəfədə Qismətdə "Makarov" tapançası olub. Tapançanı da aylar əvvəl münasibətlər yaxşı olanda "Yetim Sabir"in göstərişi ilə Qismətə Adil veribmiş.
Mübahisə böyüdükdən sonra "Yetim Sabir" və Qismət Adili cəzalandırmaq qərarına gəliblər. Bu məqsədlə onun evinə gedərək qapısına iki dəfə atəş açıblar.
Qismət istintaqdakı ifadəsində "Yetim Sabir"lə əlaqələrinin olduğunu deyib. Bildirib ki, "Yetim Sabir"lə uşaqlıq dostudur.
Onun sözlərinə görə, "Yetim Sabir"in istəyi ilə Adil adlı şəxslə dostluq münasibətlərini möhkəmləndirib. Lakin bir müddət sonra Adil ona "Yetim Sabir"in yolunun doğru olmadığını, Sübhan adlı kriminal avtoritetin doğru yolda olduğunu deyib. Sübhanı dəstəkləməsini istəyib. Buna görə də aralarında mübahisə yaranıb.
Türkiyəli reper Sansar Salvo ləqəbli Ekincan Arslan saxlanılıb.

İranlı akademik Feriborz Natiqi paytaxt Tehran və ətraf bölgələrdə cidd

Son dövrlərdə artan qəzalar bunu deməyə əsas verir ki, həqiqətən də s

Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu xalqın tari

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəf

"Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış

Tanınmış vəkil Elçin Namazov vəfat edib.

Azərbaycanda insanlar tez-tez qonşuların səs-küyündən şikayətlənirlər

Bakıda yanğın təhlükəli əyləncə klubunun fəaliyyəti dayandırılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) növbəti kadr dəyişikli

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransa
