Azərbaycanda tutulan Fransa casusları hər şeyi etiraf etdi: "Məlumat verməli idim"


Digərləri 15 Apr 2025 10:55:10 77 0

Azərbaycanda tutulan Fransa casusları hər şeyi etiraf etdi: "Məlumat verməli idim"

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan öz vəkilinin suallarını cavablandırıb.

Müdafiəçinin "Özünü Fransa səfirliyinin əməkdaşı kimi təqdim edən şəxslərlə əlaqə qurmaqda məqsədin nə idi" sualına Martin Ryan bildirib ki, onlarla əlaqənin olmasının müsbət tərəfləri olub:

"Mən iş adamıyam. İşimə görə, səfirliklə əlaqəm olmalı idi. Bunu müsbət hal kimi bilmişəm. Bunun sayəsində geniş əlaqələr qurmuşam".

Vəkilin "Həmin şəxslərin xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu necə bildin" sualına cavabında təqsirləndirilən şəxs deyib ki, Frederik Devosla danışanda bunu hiss edib:

"Onun xüsusi xidmət orqanlarının əməkdaşı olması verdiyi suallardan bəlli idi. Ondan sonra mənimlə danışan şəxslərə də bu aydın idi. Həmçinin Azadla əlaqədə olan şəxsin də maraqlandığı, verdiyi suallardan bu bilinirdi. Bu, istintaq materiallarında da əks olunub".

Müdafiə tərəfinin "Onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bildikdən sonra niyə münasibəti davam etdirdin" sualını cavablayarkən o, burada əsas məqsədinin öz ölkəsini təmsil edən şəxslərlə münasibət qurmaq olduğunu bildirib:

"Kimləsə şəxsi münasibətin varsa, orada mütləq şəkildə mənfəət olmalı deyil. Məqsədim dostluq əlaqələrinin qurulması və təhlükəsizliyim olub. Vəzifə, mənfəət, maddi vəsaitdən söhbət belə gedə bilməz".

Martin Ryan suallara cavab olaraq onu deyib ki, bu barədə Azərbaycan xüsusi xidmət orqanlarına məlumat versəydi, Fransaya xəyanət etmiş olardı: "Eyni zamanda, əlimdə kifayət qədər sübut yox idi. Lakin bu barədə Fransa Xarici İşlər Nazirliyinə məlumat verməli idim. Əlimdə sənədlər olsaydı, hazırda həbsdə olmazdım".

Daha sonra Martin Ryan cinayət işi üzrə digər təqsirləndirilən Azad Məmmədlinin vəkilinin suallarını cavablayıb.

O, Azadla 2019-cu ildə tanış olduğunu vəkilə bildirib:

İrandan Azərbaycana PUA keçirtmək istədilər like
  • 15 Apr 10:50  
Digərləri İrandan Azərbaycana PUA keçirtmək istədilər

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

arrow Ətraflı
Bakıda ticarət mərkəzi yandı like
  • 15 Apr 10:28  
Digərləri Bakıda ticarət mərkəzi yandı

Buzovnada ticarət mərkəzi yanıb.

arrow Ətraflı
Laçın nağılvari mənzərəyə büründü like
  • 15 Apr 10:22  
Digərləri Laçın nağılvari mənzərəyə büründü

Son günlərdə havaların kəskin soyuması nəticəsində Azərbaycanın dağl

arrow Ətraflı
“Təhminə”nin ailəsində AĞIR İTKİ like
  • 15 Apr 10:15  
Şou-biznes “Təhminə”nin ailəsində AĞIR İTKİ

Türkiyəli aktrisa, "Təhminə" filmində baş rolu canlandıran Mera

arrow Ətraflı
Kart cinayəti davam edir  Bu dəfə 13 818 manat oğurlandı like
  • 15 Apr 09:47  
Digərləri Kart cinayəti davam edir Bu dəfə 13 818 manat oğurlandı

"Vətəndaşların bank kartlarından oğurluq halları davam edir. Kartın

arrow Ətraflı
Qaynana kürəkəndən hamilə qaldı  Türkiyə bu hadisədən danışır  VİDEO  FOTO like
  • 15 Apr 09:42  
Digərləri Qaynana kürəkəndən hamilə qaldı Türkiyə bu hadisədən danışır VİDEO FOTO

Türkiyədə 21 yaşlı oğlanın nişanlısının anası ilə münasibət yaşa

arrow Ətraflı
Qarik Xarlamov təcili xəstəxanaya aparıldı like
  • 15 Apr 09:22  
Şou-biznes Qarik Xarlamov təcili xəstəxanaya aparıldı

Rusiyanın tanınmış komiki Qarik Xarlamov çəkiliş meydançasından birbaş

arrow Ətraflı
Qatarların sürət həddi endirildi like
  • 15 Apr 09:14  
Digərləri Qatarların sürət həddi endirildi

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil ba�

arrow Ətraflı
Fransadan bu addımlara son qoymağı tələb edirik  XİN like
  • 15 Apr 09:08  
Siyasət Fransadan bu addımlara son qoymağı tələb edirik XİN

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən ad

arrow Ətraflı
Mətanətə 35 minlik üzüyü kim bağışlayıb? like
  • 15 Apr 09:01  
Şou-biznes Mətanətə 35 minlik üzüyü kim bağışlayıb?

Müğənni Mətanət Əsədova bahalı üzüyünü nümayiş etdirib.

arrow Ətraflı
Bu yolda sürət həddi endirildi like
  • 15 Apr 08:54  
Digərləri Bu yolda sürət həddi endirildi

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava

arrow Ətraflı
Hər gün çörək yediyinizdə nə baş verir?  "Avto pivə sindromu" like
  • 15 Apr 08:47  
Digərləri Hər gün çörək yediyinizdə nə baş verir? "Avto pivə sindromu"

Səhər yeməyinin ayrılmaz hissəsi sayılan çörək bəzən düşündüyüm�

arrow Ətraflı
Pulsuz peşə təhsili almaq istəyənlərin nəzərinə like
  • 15 Apr 08:23  
Digərləri Pulsuz peşə təhsili almaq istəyənlərin nəzərinə

İşğaldan azad edilmiş ərazilərdəki peşə məktəblərində oxuyanların

arrow Ətraflı
"Kızıl goncalar"ın final tarixi yenidən dəyişdi like
  • 15 Apr 08:01  
Şou-biznes "Kızıl goncalar"ın final tarixi yenidən dəyişdi

"Kızıl goncalar" serialının final tarixi yenidən dəyişdirilib.

arrow Ətraflı
Azərbaycanla Ermənistan arasında sülh Gürcüstan üçün niyə önəmlidir?  TƏHLİL like
  • 15 Apr 07:37  
Siyasət Azərbaycanla Ermənistan arasında sülh Gürcüstan üçün niyə önəmlidir? TƏHLİL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə a

arrow Ətraflı