Azərbaycanla Ermənistan arasında sülh Gürcüstan üçün niyə önəmlidir? TƏHLİL


Siyasət 15 Apr 2025 07:37:00 84 0

Azərbaycanla Ermənistan arasında sülh Gürcüstan üçün niyə önəmlidir?  TƏHLİL

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə açıqlamasında deyib ki, Cənubi Qafqaz regionunda sülh hamı üçün, eyni zamanda Gürcüstan üçün də son dərəcə önəmlidir.

"Azərbaycan Ermənistan arasında əldə edilə biləcək bütün razılaşmaları məmnuniyyətlə qarşılayırıq. Ehtiyac yaranarsa, danışıqları təşviq etmək üçün dəstək verməyə hazırıq. Gürcüstan hər zaman regionda sülhün möhkəmləndirilməsi baxımından çox pozitiv rol oynayıb və biz eyni rolu oynamağa hazırıq", - Kobaxidze bildirib. Baş nazir qeyd edib ki, ölkəsi Azərbaycanla olan çox yaxın dostluğa görə fəxr edir:

"Gürcüstan və Azərbaycan arasında mövcud olan strateji tərəfdaşlığı, əməkdaşlığı və dostluğu daha da dərinləşdirmək üçün yüksək motivasiyaya sahibik. Azərbaycan hakimiyyətinə Gürcüstana göstərdiyi güclü dəstəyə görə təşəkkür edirəm. İki ölkə arasında münasibətlər əladır, amma biz bu münasibətləri daha da gücləndirməyə qərarlıyıq". Rəsmi Tbilisi bundan əvvəl də dəfələrlə vasitəçiliyini təklif edib və proseslərin normallaşmasına dəstək verməkdə səmimi olduğunu bildirib. Məsələ burasındadır ki, Gürcüstan, doğrudan da, regionda sülh istəyir. Bunun bir neçə səbəbi var.

Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov təhlil edib:

"Azərbaycanla Ermənistan arasında gərginlik Gürcüstanın maraqlarına cavab vermir. Tbilisi, əksinə, sülhdə maraqlıdır. Bunun bir neçə səbəbi var. Birincisi, Tbilisinin həm Bakı, həm İrəvanla normal münasibətləri var. Belə bir vaxtda Gürcüstan seçim qarşısında qalmaq istəmir. İkincisi, mümkün gərginlik Gürcüstanın daha da inkişafının qarşısını ala, təhlükəsizliyinə təhdid yarada bilər. Üçüncüsü, mümkün gərginlik kənar qüvvələrin- Rusiyanın və Qərbin bölgəyə müdaxilə etməsinə şərait yaradacaq. Tbilisi bunu istəmir. Bütün bunları nəzərə alsaq deməliyik ki, Gürcüstan vasitəçilikdə və mümkün danışıqlara ev sahibliyində səmimidir. Bununla belə, Gürcüstanın bu məsələdə nə qədər effektiv ola biləcəyi sual altındadır. Qərb buna imkan verməz. Birincisi ona görə ki, Ermənistanın əsas havadarı olan Fransa və digər Qərb dövlətləri Cənubi Qafqazda sabitlik istəmirlər. İkincisi isə əgər danışıqlar qaçılmaz olarsa, Qərb özü buna ev sahibliyi etmək istəyəcək. Bununla belə, rəsmi Tbilisi səylərini və təkliflərini davam etdirəcək.

Aysel Əkbər Son.az 

İran XİN rəhbəri Rusiyaya səfər edəcək like
  • 15 Apr 07:16  
Dünya İran XİN rəhbəri Rusiyaya səfər edəcək

İranın xarici işlər naziri Abbas Araqçi Rusiyaya səfəri gözlənilir.

arrow Ətraflı
Rusiyada sığınacaq istədi like
  • 15 Apr 06:53  
Dünya Rusiyada sığınacaq istədi

Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri Rusiyada sığınacaq istə

arrow Ətraflı
"18 ildir mənə elə bu şəkildən baxır"  FOTO like
  • 15 Apr 06:31  
Şou-biznes "18 ildir mənə elə bu şəkildən baxır" FOTO

Aparıcı Elcan Rəsulov vəfat edən atası ilə bağlı paylaşım edib. 

arrow Ətraflı
Başınız ağrıyırsa, çay için like
  • 15 Apr 06:06  
Digərləri Başınız ağrıyırsa, çay için

Çay xüsusilə də qara çay, baş ağrısını kəsə bilən bəzi xüsusiyy�

arrow Ətraflı
Təbii yağları necə ayırd etməli?  Ekspert açıqladı like
  • 15 Apr 05:05  
Digərləri Təbii yağları necə ayırd etməli? Ekspert açıqladı

Son zamanlar tez-tez saxta kərə yağlarının istehsalı və satışı ilə m�

arrow Ətraflı
Yuxuda mərhum atanı görməyin mənası nədir? like
  • 15 Apr 04:04  
Digərləri Yuxuda mərhum atanı görməyin mənası nədir?

Yuxuda mərhum atanı görmək, insanın duyğusal vəziyyəti, keçmişlə bağ

arrow Ətraflı
Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı like
  • 15 Apr 03:03  
Digərləri Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı

Sudan sonra sağlamlıq baxımından ən faydalı içkinin hansı olduğu açıq

arrow Ətraflı
Acqarına şəkərli çayın TƏHLÜKƏSİ like
  • 15 Apr 02:02  
Digərləri Acqarına şəkərli çayın TƏHLÜKƏSİ

Şəkərli çay və ya kompotu acqarına qəbul etmək qan şəkərinin səviyy�

arrow Ətraflı
Bu evi görənlər gözlərinə inanmır  VİDEO like
  • 15 Apr 01:01  
Digərləri Bu evi görənlər gözlərinə inanmır VİDEO

Bakının İçərişəhər, Müslüm Maqomayev küçəsi ilə 10-cu Kiçik Qala

arrow Ətraflı
Şəhid atasını aldadaraq pulunu oğurladılar like
  • 15 Apr 00:53  
Kriminal Şəhid atasını aldadaraq pulunu oğurladılar

İsmayıllının Hacıhətəmli kəndində şəhid atasını aldadaraq pulunu o�

arrow Ətraflı
“Bunu 90 yaşımda fikirləşərəm” like
  • 15 Apr 00:48  
Şou-biznes “Bunu 90 yaşımda fikirləşərəm”

"30 dəfə əməliyyat keçirmişəm (gülür). Aktrisa elədir ki, yaşlı

arrow Ətraflı
Sərnişinlərə xəbərdarlıq: Uçuş zamanı bu qidalardan uzaq durun like
  • 15 Apr 00:37  
Digərləri Sərnişinlərə xəbərdarlıq: Uçuş zamanı bu qidalardan uzaq durun

Keçmiş stüardessa Aleks Kuiqli hava nəqliyyatı ilə səyahət edən sərni�

arrow Ətraflı
Bu gün görkəmli oftalmoloqalim, akademik Zərifə Əliyevanın anım günüdür like
  • 15 Apr 00:30  
Digərləri Bu gün görkəmli oftalmoloqalim, akademik Zərifə Əliyevanın anım günüdür

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfat

arrow Ətraflı
"Yeşilçam"ın əfsanəsi qorxunc xəstəliyi barədə danışdı like
  • 15 Apr 00:12  
Şou-biznes "Yeşilçam"ın əfsanəsi qorxunc xəstəliyi barədə danışdı

Türk kinosunun məşhur adlarından biri, "Yeşilçam"ın əfsanəsi

arrow Ətraflı
Gürcüstan prezidenti Azərbaycana səfər edəcək like
  • 15 Apr 00:07  
Digərləri Gürcüstan prezidenti Azərbaycana səfər edəcək

Gürcüstan prezidenti Mixail Kavelaşvili aprelin 15-16-da Azərbaycanda rəsmi

arrow Ətraflı