Laçın nağılvari mənzərəyə büründü
Digərləri 15 Apr 2025 10:22:18 92 0
Son günlərdə havaların kəskin soyuması nəticəsində Azərbaycanın dağlıq ərazilərində, o cümlədən Laçın rayonunda qışın sərt nəfəsi özünü göstərməyə başlayıb. Temperaturun enməsi bölgəyə güclü qar yağışı gətirib, xüsusilə Laçının Minkənd kəndi qarla örtülərək nağılvari mənzərəyə bürünüb.
Bu xəbəri də oxu: DYPdən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ
Son.az xəbər verir ki, sosial şəbəkə istifadəçiləri Minkəndin ağ örpəyə bürünmüş möhtəşəm görüntülərini paylaşaraq təbiətin bu gözəl mənzərəsini ictimaiyyətlə bölüşüblər.
Paylaşılan fotolar və videolarda kəndin dağ yolları, evlərin damları və ətraf təbiət tamamilə qarla örtülüb, sanki bölgəyə qış fəsli rəssam fırçası ilə toxunub.
Qarın yağması bölgə sakinləri üçün həm çətinlik, həm də sevinc mənbəyi olub. Bir tərəfdən yolların bağlanması, hərəkətin çətinləşməsi gündəlik həyat ritmini ləngidirsə də, digər tərəfdən bu ağ mənzərə illər sonra torpaqlarımıza qayıdan insanlar üçün unudulmaz bir təbiət hadisəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, belə möhtəşəm görüntülər Laçının təbiət gözəlliklərini bir daha xatırladır və bölgənin dörd mövsüm ayrı bir gözəlliyə sahib olduğunu nümayiş etdirir.
Həmin görüntüləri təqdim edirik:
Xəyal Abdullayev Son.az
Türkiyəli aktrisa, "Təhminə" filmində baş rolu canlandıran Mera

"Vətəndaşların bank kartlarından oğurluq halları davam edir. Kartın

Türkiyədə 21 yaşlı oğlanın nişanlısının anası ilə münasibət yaşa

Rusiyanın tanınmış komiki Qarik Xarlamov çəkiliş meydançasından birbaş

Hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərin mənzil ba�

Fransadan sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən ad

Müğənni Mətanət Əsədova bahalı üzüyünü nümayiş etdirib.

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava

Səhər yeməyinin ayrılmaz hissəsi sayılan çörək bəzən düşündüyüm�

İşğaldan azad edilmiş ərazilərdəki peşə məktəblərində oxuyanların

"Kızıl goncalar" serialının final tarixi yenidən dəyişdirilib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyada gürcü jurnalistlərə a

İranın xarici işlər naziri Abbas Araqçi Rusiyaya səfəri gözlənilir.

Aparıcı Elcan Rəsulov vəfat edən atası ilə bağlı paylaşım edib.
