Naxçıvanda 46 milyonluq pozuntu Materiallar Baş Prokurorluq və DTXyə göndərilib


Digərləri 15 Apr 2025 11:34:43 63 0

Naxçıvanda 46 milyonluq pozuntu  Materiallar Baş Prokurorluq və DTXyə göndərilib

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq, həyata keçirilmiş 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Son.az xəbər verir ki, bu, Hesablama Palatasının 2024-cü il fəaliyyəti üzrə hesabatında öz əksini tapıb. 

Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirilib və nəticələri rəsmiləşdirilib.

2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46,6 mln. manat maliyyə pozuntusu aşkarlanıb, bunun 12,7 mln. manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31,5 mln. manatı bank hesabında saxlanmaqla Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub.

İdarə tərəfindən keçirilmiş auditlərlə maliyyə hesabatları üzrə 19,0 mln. manat məbləğində təhrif aşkarlanıb ki, bunun da 18,3 mln. manatı əhəmiyyətli təhriflərdən ibarət olub.

Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2,3 mln. manata bərabər olub.

4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna, eləcə də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən Hesablama Palatasının NMR üzrə İdarəsi tərəfindən 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərilmiş materiallar cinayət işlərinə əlavə olunmuşdur və hazırda istintaq aparılır. Bu auditlərdən 1-i üzrə 0,2 mln. manatın, əvvəlki illərdə göndərilmiş materiallar üzrə isə 0,1 mln. manatın ödənildiyi bildirilib.

Dövlət Təhlükəsizlik Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir./qafqazinfo.az

Evi kiçik olanların NƏZƏRİNƏ!  Söküntü zamanı... like
  • 15 Apr 11:30  
Digərləri Evi kiçik olanların NƏZƏRİNƏ! Söküntü zamanı...

"Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış

arrow Ətraflı
Hacıqabulda qadın yağış suyunda BOĞULDU like
  • 15 Apr 11:25  
Digərləri Hacıqabulda qadın yağış suyunda BOĞULDU

Hacıqabulda qadın faciəvi şəkildə ölüb.

arrow Ətraflı
"Qonşun pisdi, köç qutar" dövrü bitdi  Cəriməsi var like
  • 15 Apr 11:15  
Digərləri "Qonşun pisdi, köç qutar" dövrü bitdi Cəriməsi var

Azərbaycanda insanlar tez-tez qonşuların səs-küyündən şikayətlənirlər

arrow Ətraflı
Bakıda məşhur klubunun fəaliyyəti dayandırıldı like
  • 15 Apr 11:14  
Digərləri Bakıda məşhur klubunun fəaliyyəti dayandırıldı

Bakıda yanğın təhlükəli əyləncə klubunun fəaliyyəti dayandırılıb.

arrow Ətraflı
Fərid Hüseynova yeni vəzifə verildi like
  • 15 Apr 11:08  
Digərləri Fərid Hüseynova yeni vəzifə verildi

"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) növbəti kadr dəyişikli

arrow Ətraflı
Makron Fransası: tənəzzüldən çöküşə doğru like
  • 15 Apr 11:00  
Siyasət Makron Fransası: tənəzzüldən çöküşə doğru

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

arrow Ətraflı
Qar yağır  FAKTİKİ HAVA like
  • 15 Apr 10:56  
Digərləri Qar yağır FAKTİKİ HAVA

Aprelin 15-də saat 10:00-a olan faktiki hava açıqlanıb.

arrow Ətraflı
Azərbaycanda tutulan Fransa casusları hər şeyi etiraf etdi: "Məlumat verməli idim" like
  • 15 Apr 10:55  
Digərləri Azərbaycanda tutulan Fransa casusları hər şeyi etiraf etdi: "Məlumat verməli idim"

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransa

arrow Ətraflı
İrandan Azərbaycana PUA keçirtmək istədilər like
  • 15 Apr 10:50  
Digərləri İrandan Azərbaycana PUA keçirtmək istədilər

Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

arrow Ətraflı
Bakıda ticarət mərkəzi yandı like
  • 15 Apr 10:28  
Digərləri Bakıda ticarət mərkəzi yandı

Buzovnada ticarət mərkəzi yanıb.

arrow Ətraflı
Laçın nağılvari mənzərəyə büründü like
  • 15 Apr 10:22  
Digərləri Laçın nağılvari mənzərəyə büründü

Son günlərdə havaların kəskin soyuması nəticəsində Azərbaycanın dağl

arrow Ətraflı
“Təhminə”nin ailəsində AĞIR İTKİ like
  • 15 Apr 10:15  
Şou-biznes “Təhminə”nin ailəsində AĞIR İTKİ

Türkiyəli aktrisa, "Təhminə" filmində baş rolu canlandıran Mera

arrow Ətraflı
Kart cinayəti davam edir  Bu dəfə 13 818 manat oğurlandı like
  • 15 Apr 09:47  
Digərləri Kart cinayəti davam edir Bu dəfə 13 818 manat oğurlandı

"Vətəndaşların bank kartlarından oğurluq halları davam edir. Kartın

arrow Ətraflı
Qaynana kürəkəndən hamilə qaldı  Türkiyə bu hadisədən danışır  VİDEO  FOTO like
  • 15 Apr 09:42  
Digərləri Qaynana kürəkəndən hamilə qaldı Türkiyə bu hadisədən danışır VİDEO FOTO

Türkiyədə 21 yaşlı oğlanın nişanlısının anası ilə münasibət yaşa

arrow Ətraflı