Könlü balıq istəyənin quyruğu suda, ya da ayağı bazarda ola Qıtlığın SƏBƏBLƏRİ
Digərləri 05 Mar 2025 20:59:00 114 0
Bu günlərdə bazarda balıq alıcıları ilə satıcıları arasında bir çox müzakirələrə səbəb olan mövzu balıqların azlığı və qiymət artımlarıdır. Hər il olduğu kimi balıq mövsümü gəlib çatsa da, bəzi balıqların mövcudluğu məhdudlaşmış vəziyyətdədir. Ən çox rastlaşılan farel, sazan və beluqa balıqları olsa da, bazarda alıcıların ümid etdiyi kütüm, vobla və ilan balığı tapmaq çox çətindir. Satıcılar, ilan balığının xüsusilə azaldığını və artıq tək-tək satıldığını bildirirlər. Bu isə balıq sevərlərin narahatlığını artırır, çünki qiymətlər yüksəlmiş, sevdikləri balıqları almaq isə daha çətinləşib.
Bu xəbəri də oxu: Bayram günlərində ucuz qiymətə harada istirahət edə bilərik?
Bəs Xəzərin balıqları niyə yoxa çıxıb?
Son.az xəbər verir ki, ekoloqların sözlərinə görə, son 50 ildə ölkəmizdə balıq istehsalı kifayət qədər azalıb.
Ekoloq Rövşən Abbasov qeyd edir ki, çaylarımızdakı suyun azalması, Xəzər dənizinin iqlim dəyişikliklərinin təsiri ilə dayazlaşması və qonşu ölkələrdən, xüsusilə Rusiyadan gələn çayların ciddi şəkildə çirklənməsi bu çayların kürü tökmək üçün uyğun olmaması kimi amillər Xəzər balıqçılığına böyük zərər vurub.
O, əlavə edir ki, son 20 ildə Xəzər dənizində nərə balığının istehsalı demək olar ki, kvota ilə məhdudlaşıb. Balıqçılığın inkişafı məqsədilə bir sıra tədbirlər görülüb, xüsusən süni balıq yetişdirmə məntəqələrinin açılması buna nümunədir. Bu məntəqələrdə yetişdirilən çömçəquyruqların ilkin dövrlərində Xəzər dənizinə və oraya axan çaylara, xüsusilə Kür çayının aşağı hissələrinə buraxıldığı bildirilir.
Qeyd edək ki, balıqların kürüləmə dövründə ovlanması bəzi növlərin məhv olmasına səbəb ola bilər. Mütəxəssislər Xəzər dənizinin biomüxtəlifliyinin və ekosisteminin qorunması üçün bir sıra tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirirlər.
Asya Son.az
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-M

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Barəsində istintaq başladılan müğənni Özcan Deniz prokurorluqda dindiril

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı �

Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə çal�

Qaraciyər insan orqanizminin ən vacib orqanlarından biridir və onu qorumaq �

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömə

Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının d

Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət sos

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİA) direktoru Con Retkliff ABŞ-ın Ukray

ABŞ-də, Nyu-Meksikodakı evlərində ölü tapılan məşhur aktyor Cin Hekman

İqdır-Naxçıvan qaz kəməri bizim enerji sahəsində əvvəlki strateji tə�

"Adam Şiff dövlətə xəyanət edibmi? Deyəsən, hə".

"İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfində

Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri aşkar olunub.
