İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ


Digərləri 05 Mar 2025 19:06:00 119 0

İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ

"İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfindən uşaqlarına həyatlarının məhvi kimi təqdim edilir. Bu yanaşma gəncin psixologiyasına ciddi təsir göstərir və onun emosional sabitliyini pozur".

Son.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram hesabındakı canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, uşaq bu sözləri eşidəndə nəticənin təkcə sadəcə imtahanla bağlı olmadığını, bütün gələcəyinin məhv olduğunu düşünməyə başlayır:

"Bu isə ağır stresə, depressiv düşüncələrə və motivasiya itkisinin dərinləşməsinə gətirib çıxarır. Gənc özünü dəyərsiz hiss edir, özgüvəni azalır və gələcək cəhdlərə qarşı qorxu formalaşır. İmtahan nəticələri ilə bağlı həddindən artıq neqativ reaksiyalar depressiya, motivasiya itkisi və hətta sosial izolyasiya kimi problemlərə səbəb ola bilər. Gənclər imtahandakı uğursuzluğu həyatlarının sonu kimi gördükdə, riskli davranışlara meyilli ola bilərlər. Bundan əlavə, belə yanaşma onları yalnız mükəmməl nəticələr üçün yaşamağa, uğursuzluqdan qorxmağa və özünü davamlı olaraq başqaları ilə müqayisə etməyə vadar edir. Valideynlər övladlarına onların dəyərinin yalnız akademik nəticələrə bağlı olmadığını göstərməlidirlər. "Bu imtahan sənin həyatını müəyyən etmir" və ya "Nəticə necə olursa-olsun, sən bizim üçün dəyərlisən" kimi cümlələr gəncə psixoloji rahatlıq verə bilər".

Psixoterapevt bildirib ki, imtahan nəticələri heç vaxt insanın dəyərini və gələcəyini müəyyən etmir:

"Valideynlərin övladlarını başa düşməsi, onlara sevgi və dəstək göstərməsi, tənqid və müqayisədən uzaq durması onların psixoloji sağlamlığı üçün vacibdir. Doğru yanaşma ilə hər uğursuzluq təcrübəyə çevrilir və gənclər həyatın çətinlikləri ilə daha güclü mübarizə aparmağı öyrənirlər. Çünki abituriyentlər üçün imtahan dövrü yalnız akademik bilikləri sınamaq deyil, eyni zamanda, psixoloji dayanıqlılığın sınağa çəkildiyi bir mərhələdir. Bu dövrdə valideynlərin övladlarından yüksək akademik nəticələr gözləməsi və bununla bağlı təzyiq göstərməsi gənclərin özünəinamını azaldır, emosional sabitliyini pozur və uzunmüddətli akademik uğurlarına mane olur. Əsas olan gənclərin özlərinə inamlı, motivasiyalı və emosional dayanıqlı olmalarına kömək etməkdir. Düzgün psixoloji dəstək və anlayışlı yanaşma həm akademik, həm də fərdi inkişaf üçün ən güclü təməldir".

Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri AŞKARLANIB like
  • 05 Mar 18:55  
Digərləri Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri AŞKARLANIB

Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri aşkar olunub.

arrow Ətraflı
ABŞın böyük planı: Çin, Rusiya, İran və Şimali Koreyanın qorxusu olacaqmı? like
  • 05 Mar 18:40  
Dünya ABŞın böyük planı: Çin, Rusiya, İran və Şimali Koreyanın qorxusu olacaqmı?

ABŞ prezidenti Donald Tramp müdafiə sahəsində böyük planını açıqlayı

arrow Ətraflı
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb like
  • 05 Mar 18:38  
Siyasət İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ankarada Azərbaycan Respublikas�

arrow Ətraflı
"Komedixana"nın məşhur aktrisasının atası HƏBS OLUNDU like
  • 05 Mar 18:32  
Digərləri "Komedixana"nın məşhur aktrisasının atası HƏBS OLUNDU

Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yar

arrow Ətraflı
Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ like
  • 05 Mar 18:28  
Digərləri Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

arrow Ətraflı
Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməkdəyik  Bayraktar like
  • 05 Mar 18:16  
Siyasət Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməkdəyik Bayraktar

Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişlənd

arrow Ətraflı
19 ildir sürücü işlədiyi bələdiyyənin sədri oldu like
  • 05 Mar 18:07  
Digərləri 19 ildir sürücü işlədiyi bələdiyyənin sədri oldu

Türkiyənin Zonguldak vilayətinin Ereğli mahalına bağlı Gülüç Bələdiy

arrow Ətraflı
Prezident 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik edib like
  • 05 Mar 18:06  
Siyasət Prezident 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik edib

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə A

arrow Ətraflı
İlham Əliyev: Bu gün TürkiyəAzərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür like
  • 05 Mar 18:02  
Siyasət İlham Əliyev: Bu gün TürkiyəAzərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür

Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir günd

arrow Ətraflı
Prezident İlham Əliyev: Bu gün Türkiyə və Azərbaycan nəhəng layihələr həyata keçirirlər like
  • 05 Mar 18:01  
Siyasət Prezident İlham Əliyev: Bu gün Türkiyə və Azərbaycan nəhəng layihələr həyata keçirirlər

Bu gün Türkiyə və Azərbaycan nəhəng layihələr həyata keçirirlər.

arrow Ətraflı
Bakıda 3 nəfəri aldadıb 25 min pullarını aldılar like
  • 05 Mar 18:00  
Digərləri Bakıda 3 nəfəri aldadıb 25 min pullarını aldılar

Bakının ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və n�

arrow Ətraflı
Qaraciyər üçün ən faydalı qidalar  Kələm, balıq, avokado... like
  • 05 Mar 17:51  
Digərləri Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado...

Qaraciyər həzm prosesində, orqanizmin detoksikasiyasında, qanyaratmada və d

arrow Ətraflı