Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado...


Digərləri 05 Mar 2025 17:51:00 100 0

Qaraciyər üçün ən faydalı qidalar  Kələm, balıq, avokado...

Qaraciyər həzm prosesində, orqanizmin detoksikasiyasında, qanyaratmada və digər həyati vacib funksiyalarda iştirak edir. Onun sağlamlığını qorumaq üçün müəyyən qidaların rasiona daxil edilməsi vacibdir.

E-saglam.az-ın gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə rusiyalı hepatoloq, qastroenteroloq, tibb elmləri namizədi Yelena Butenko danışıb.

Onun sözlərinə görə, rasiona avokado, yulaf, giləmeyvələr, yaşıl çay, yağlı balıq, qreypfrut, zeytun yağı və brokkoli kimi qidalar daxil edilməlidir.

Avokado

Bu unikal məhsul çoxlu doymamış yağlar ehtiva edir ki, onlar qaraciyərin zədələnmə proseslərini ləngidir və onu bərpa etməyə kömək edir. Avokado, həmçinin kifayət qədər lif, antioksidantlar, vitaminlər və minerallarla zəngindir. Ən əsası isə qlutation (qaraciyəri sərbəst radikalların zədələyici təsirindən qoruyan maddə) istehsalını artırır.

Yulaf yarması

Beta-qlükanlar adlı unikal liflərlə zəngin olan yulaf qaraciyərdə iltihabı azaldır, immun sistemini gücləndirir, qanda şəkərin və qaraciyər hüceyrələrində piyin miqdarını azaldır.

Giləmeyvələr

Giləmeyvələr polifenol tipli antioksidantlarla zəngindir. Onlar qaraciyəri qoruyur və orqanizmi sərbəst radikalların zərərli təsirindən müdafiə edir. Üzümün tərkibindəki resveratrol isə iltihab əleyhinə və xərçəngə qarşı təsirləri ilə tanınır.

Qarpız

Qarpız qaraciyəri toksinlərdən təmizləyən və orqanizmi maye ilə təmin edən ideal meyvədir. Onun yüngül ödqovucu təsiri də var.

Yaşıl çay

Araşdırmalara görə, yaşıl çayın antioksidant tərkibi qaraciyər xərçənginin riskini azaldır, iltihabi və oksidləşdirici prosesləri zəiflədir.

Qreypfrut

Qreypfrutun tərkibindəki naringenin və naringin adlı flavonoidlər qaraciyərin bərpasını dəstəkləyir, fibroz riskini azaldır, həzm prosesini yaxşılaşdırır və piylənmənin qarşısını alır.

Yağlı balıq (qızılbalıq, skumbriya, sardina və s.)

Yağlı balıq "Omega-3" yağ turşularının ən yaxşı mənbələrindən biridir. "Omega-3" qaraciyərdə "zərərli" yağların, xüsusilə də aşağı sıxlıqlı lipoproteinlərin (LDL) və triqliseridlərin yığılmasını azaldır. Bu səbəbdən həftədə ən azı 2 dəfə balıq yemək tövsiyə olunur.

Zeytun yağı

Təravətli (termik emaldan keçməmiş) zeytun yağı qaraciyər üçün olduqca faydalıdır. O, orqanizmdə "yaxşı" xolesterinin (HDL) miqdarını artırır, detoks proseslərini gücləndirir və qaraciyərdə piy yığılmasının qarşısını alır.

Kələm növləri (brokkoli və brüssel kələmi)

Bu xaççiçəklilər (kələm növləri) az karbohidratlı və liflə zəngin olduğuna görə qaraciyərdə piy yığılmasını azaldır. Xüsusilə brokkolinin tərkibindəki sulforafan və indol adlı antioksidantlar qaraciyərin detoks fermentlərini aktivləşdirir və xərçəng riskini azaldır. (oxu.az)


Xəbərə aid video

Bill Qeyts gələcək nəsillərin qarşılaşacağı 4 əsas problemi AÇIQLADI like
  • 05 Mar 17:39  
Dünya Bill Qeyts gələcək nəsillərin qarşılaşacağı 4 əsas problemi AÇIQLADI

"Microsoft"un həmtəsisçisi Bill Qeyts hesab edir ki, insanların g�

arrow Ətraflı
Rəşad Dağlı əfv üçün müraciət edib?  YAXINLARI DANIŞDI like
  • 05 Mar 17:31  
Şou-biznes Rəşad Dağlı əfv üçün müraciət edib? YAXINLARI DANIŞDI

Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müdd�

arrow Ətraflı
Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır like
  • 05 Mar 17:17  
Digərləri Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343

arrow Ətraflı
Bakı polisi hərəkətə keçdi  35 kq narkotik dövriyyədən çıxarıldı like
  • 05 Mar 17:11  
Digərləri Bakı polisi hərəkətə keçdi 35 kq narkotik dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotikl

arrow Ətraflı
"KOB bazar" satış yarmarkası fəaliyyətə başladı like
  • 05 Mar 17:05  
Digərləri "KOB bazar" satış yarmarkası fəaliyyətə başladı

Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Nax

arrow Ətraflı
Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu like
  • 05 Mar 17:00  
Digərləri Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu

Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilə

arrow Ətraflı
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb like
  • 05 Mar 16:55  
Dünya KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb

ABŞ Kiyev ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb.

arrow Ətraflı
Meqan Markl soyadını dəyişdi like
  • 05 Mar 16:48  
Dünya Meqan Markl soyadını dəyişdi

Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl soyadını dəyi

arrow Ətraflı
Şahzadə Uilyam Keytlə tort bişirdi  FOTOlar like
  • 05 Mar 16:40  
Şou-biznes Şahzadə Uilyam Keytlə tort bişirdi FOTOlar

Uzun müddət xərçəng xəstəliyindən müalicə olunan və sağaldıqdan son

arrow Ətraflı
Baş nazir yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi like
  • 05 Mar 16:27  
Digərləri Baş nazir yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 5-də Neft Emal�

arrow Ətraflı
Meyxanaçılar AYByə üzv olmaq istəyirlərsə...  Anardan AÇIQLAMA like
  • 05 Mar 16:23  
Digərləri Meyxanaçılar AYByə üzv olmaq istəyirlərsə... Anardan AÇIQLAMA

Bir neçə meyxanaçı Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq ist�

arrow Ətraflı
Qrip şikayəti ilə həkimi getdi, burnundan diş çıxdı  FOTO like
  • 05 Mar 16:16  
Dünya Qrip şikayəti ilə həkimi getdi, burnundan diş çıxdı FOTO

22 yaşlı gənc uzun müddətdir davam edən burun axıntısından şikayətl�

arrow Ətraflı
Tanınmış müğənni Bakıdan köçmək istəyir like
  • 05 Mar 15:55  
Şou-biznes Tanınmış müğənni Bakıdan köçmək istəyir

Müğənni Tacir Şahmalıoğlu Qarabağa köçmək istəyir.

arrow Ətraflı
Kremldən Lukaşenkonun dəvətinə  Münasibət like
  • 05 Mar 15:27  
Dünya Kremldən Lukaşenkonun dəvətinə Münasibət

"Kreml Minski Rusiya, ABŞ və Ukrayna liderləri arasında üçtərəfli d

arrow Ətraflı