Prezident 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik edib


Siyasət 05 Mar 2025 18:06:00 111 0

Prezident 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik edib

Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Hamınıza cansağlığı, səadət və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Azərbaycan qadınları hər zaman cəmiyyətimizin mənəvi dayağı olmuş, daim ülvi amallarla yaşamışlar. Çoxəsrlik mədəni-mənəvi sərvətlərimizin günümüzədək layiqincə qorunub saxlanılmasında nəcib və gözəl analarımızın misilsiz xidməti vardır. Onlar öz güclü iradələri, vətənpərvərlik və fədakarlıqları ilə yurdumuzun mübarizə salnaməsində silinməz izlər qoymuşlar.

Azərbaycan qadınlarının dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl seçib-seçilmək hüququ qazanmaları yeni dövr tariximizin əlamətdar faktlarındandır. Mədəniyyət, elm, təhsil və səhiyyənin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqinin qadınları arasında ilk addımları atmaları onların yüksək yaradıcı potensialının nəticəsidir. Təqdirəlayiq haldır ki, müasir gənc xanımlarımız bu ənənələrə ehtiram bəsləyir, nəsillərin mənəvi varisliyi prinsipini lazımınca qoruyur, öz maarifpərvər, ziyalı sələflərinin yolunu uğurla davam etdirirlər.

Ötən müddət ərzində milli dövlət quruculuğu prosesində yaxından iştirak edərək bütün sahələrdə əzmlə çalışan qadınlarımız Vətənimizin qüdrətinin artırılması, xalqımızın rifahının yüksəlməsi naminə dolğun və səmərəli fəaliyyət göstərmiş, sosial-iqtisadi və mədəni inkişafda mühüm nailiyyətlər əldə etmişlər.

Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər.

Əziz xanımlar!

Bayramınız mübarək olsun!"

İlham Əliyev: Bu gün TürkiyəAzərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür like
  • 05 Mar 18:02  
Siyasət İlham Əliyev: Bu gün TürkiyəAzərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür

Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir günd

arrow Ətraflı
Prezident İlham Əliyev: Bu gün Türkiyə və Azərbaycan nəhəng layihələr həyata keçirirlər like
  • 05 Mar 18:01  
Siyasət Prezident İlham Əliyev: Bu gün Türkiyə və Azərbaycan nəhəng layihələr həyata keçirirlər

Bu gün Türkiyə və Azərbaycan nəhəng layihələr həyata keçirirlər.

arrow Ətraflı
Bakıda 3 nəfəri aldadıb 25 min pullarını aldılar like
  • 05 Mar 18:00  
Digərləri Bakıda 3 nəfəri aldadıb 25 min pullarını aldılar

Bakının ayrı-ayrı rayonlarında 3 vətəndaşa dələduzluq edilməsi və n�

arrow Ətraflı
Qaraciyər üçün ən faydalı qidalar  Kələm, balıq, avokado... like
  • 05 Mar 17:51  
Digərləri Qaraciyər üçün ən faydalı qidalar Kələm, balıq, avokado...

Qaraciyər həzm prosesində, orqanizmin detoksikasiyasında, qanyaratmada və d

arrow Ətraflı
Bill Qeyts gələcək nəsillərin qarşılaşacağı 4 əsas problemi AÇIQLADI like
  • 05 Mar 17:39  
Dünya Bill Qeyts gələcək nəsillərin qarşılaşacağı 4 əsas problemi AÇIQLADI

"Microsoft"un həmtəsisçisi Bill Qeyts hesab edir ki, insanların g�

arrow Ətraflı
Rəşad Dağlı əfv üçün müraciət edib?  YAXINLARI DANIŞDI like
  • 05 Mar 17:31  
Şou-biznes Rəşad Dağlı əfv üçün müraciət edib? YAXINLARI DANIŞDI

Son günlər mediada qətl törətməkdə təqsirli bilinərək 9 il 6 ay müdd�

arrow Ətraflı
Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır like
  • 05 Mar 17:17  
Digərləri Bu yolda hərəkət 2 aylıq məhdudlaşdırılır

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343

arrow Ətraflı
Bakı polisi hərəkətə keçdi  35 kq narkotik dövriyyədən çıxarıldı like
  • 05 Mar 17:11  
Digərləri Bakı polisi hərəkətə keçdi 35 kq narkotik dövriyyədən çıxarıldı

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi narkotikl

arrow Ətraflı
"KOB bazar" satış yarmarkası fəaliyyətə başladı like
  • 05 Mar 17:05  
Digərləri "KOB bazar" satış yarmarkası fəaliyyətə başladı

Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Nax

arrow Ətraflı
Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu like
  • 05 Mar 17:00  
Digərləri Bacısını müğənni olduğu üçün qətlə yetirən şəxsə hökm oxundu

Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirməkdə təqsirləndirilə

arrow Ətraflı
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb like
  • 05 Mar 16:55  
Dünya KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb

ABŞ Kiyev ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb.

arrow Ətraflı
Meqan Markl soyadını dəyişdi like
  • 05 Mar 16:48  
Dünya Meqan Markl soyadını dəyişdi

Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl soyadını dəyi

arrow Ətraflı
Şahzadə Uilyam Keytlə tort bişirdi  FOTOlar like
  • 05 Mar 16:40  
Şou-biznes Şahzadə Uilyam Keytlə tort bişirdi FOTOlar

Uzun müddət xərçəng xəstəliyindən müalicə olunan və sağaldıqdan son

arrow Ətraflı
Baş nazir yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi like
  • 05 Mar 16:27  
Digərləri Baş nazir yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov martın 5-də Neft Emal�

arrow Ətraflı