Türkiyənin terrorla mübarizəsində yeni mərhələ ŞƏRH


Siyasət 05 Mar 2025 19:42:00 108 0

Türkiyənin terrorla mübarizəsində yeni mərhələ  ŞƏRH

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalanın tərəfdarlarına çağırışı ilə bağlı hansısa bazarlıq və ya təqib ehtimalı müzakirə mövzusu deyil. O, bildirib ki, Türkiyə Suriya və İraqda terror təhdidinin olmasını istəmir: 

"Qəbul edilmiş prinsiplər çox aydın və birmənalıdır. Bunlar silahların yerə qoyulması, terror təşkilatlarının ləğv olunmasıdır. Əsas məqsədimiz PKK, PYD, YPG terror təşkilatlarının bölgədə sabitliyi pozmasına yol verilməməsidir".

Ö.Çelik qeyd edib ki, rəsmi Ankara prosesi diqqətlə izləyir: "Diqqətli olmalıyıq. Bölgədə terrora son qoymaq üçün bəzi dövlətlərin təxribat cəhdlərinin qarşısı alınacaq".

Bəs bu danışığa əsasən Türkiyənin terrorla mübarizəsində yeni mərhələsi demək olar? 

Son.az xəbər verir ki, məsələni siyasi şərhçi Kənan Novruzov təhlil edib:

"Məlum olduğu kimi, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan bir neçə gün əvvəl tərəfdarlarına müraciət edərək silahı yerə qoymalarını bildirdi. Bundan sonra sonra digər terror təşkilatları da Öcalanın çağırışına qoşuldu. Ardınca isə PKK terror təşkilatı Kandildə atəşkəsin elan edildiyini bildirdi. Türkiyə özünün təhlükəsizliyi naminə uzun illərdir ki, terrorla mübarizə aparır. Bu mübarizə həm ölkə daxilində, həm də Suriya və İraqda özünü göstərir. Xüsusilə son illərdə Türkiyənin terrorla mübarizəsində ciddi nəticə əldə olunub. Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə rəsmi Ankara üçün bu istiqamətdə tamamilə yeni mərhələ başlanıb.

Əvvəl də dediyimiz kimi, indiyə kimi Türkiyənin terrorla mübarizəsinə mane olan əsas məqamlardan biri məhz Əsəd rejimi idi. Suriyadakı hakimiyyət dəyişikliyi Türkiyənin əlini gücləndirdi. Sözsüz ki, Öcalanın çağırışında və fərqli terror təşkilatlarının pozitiv mesajlarında bu məsələnin də xüsusi rolu var.

Eyni zamanda Türkiyə ilə ABŞ arasında hansısa gizli, hələlik ictimaiyyətə açıqlanmayan razılığın əldə olunması da mümkündür. Əgər belədirsə, yəqin ki, Vaşinqton- Ankara xəttində yeni tendensiyaların şahidi olacağıq".

O bildirib ki, mümkündür ki, "sular asanlıqla durulmasın". Çünki PKK, YPG sadəcə terror təşkilatları deyillər, həm də ideologiyadırlar. Bu baxımdan bu və ya digər formada qısa müddət sonra yeni hərəkətlənmənin müşahidə olunması mümkündür.

"Terrorçular özbaşına deyillər. Onlar bu və ya digər ABŞ - dan idarə olunurlar. Bu mənada PKK, YPG- nin bundan sonrakı fəaliyyəti xeyli dərəcədə ABŞ-nin mövqeyindən və Türkiyə ilə münasibətlərdən asılı olacaq. Ö.Çeliyin dediyi kimi, regionda terror təhdinin tam aradan qalxmasında maraqlı olmayan güclər var. Onlar bunun üçün bütün mümkün vasitələrdən istifadə edəcəklər. Ancaq Türkiyə terrora tamamilə son qoymaqda qərarlıdır. Ankara bunun üçün həm hərbi, həm də diplomatik səylərini ortaya qoyacaq".

Aysel Əkbər Son.az 


Xəbərə aid video

Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı like
  • 05 Mar 19:37  
Digərləri Baş həkmin ölkədən çıxışı məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikası, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının d

arrow Ətraflı
Hazırda neçə ailə ünvanlı yardımla təmin olunur?  RƏSMİ like
  • 05 Mar 19:33  
Digərləri Hazırda neçə ailə ünvanlı yardımla təmin olunur? RƏSMİ

Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət sos

arrow Ətraflı
ABŞın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığı təsdiqləndi like
  • 05 Mar 19:30  
Dünya ABŞın Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini dayandırdığı təsdiqləndi

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİA) direktoru Con Retkliff ABŞ-ın Ukray

arrow Ətraflı
Aktyor Cin Hekmanın ölümü ilə bağlı yeni təfərrüat like
  • 05 Mar 19:24  
Şou-biznes Aktyor Cin Hekmanın ölümü ilə bağlı yeni təfərrüat

ABŞ-də, Nyu-Meksikodakı evlərində ölü tapılan məşhur aktyor Cin Hekman

arrow Ətraflı
İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ like
  • 05 Mar 19:06  
Digərləri İmtahanla bağlı valideynlərə XƏBƏRDARLIQ

"İmtahan nəticələrinin uğursuz olması bəzi valideynlər tərəfində

arrow Ətraflı
Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri AŞKARLANIB like
  • 05 Mar 18:55  
Digərləri Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri AŞKARLANIB

Xəzər dənizinin Novxanı sahilində suiti cəsədləri aşkar olunub.

arrow Ətraflı
ABŞın böyük planı: Çin, Rusiya, İran və Şimali Koreyanın qorxusu olacaqmı? like
  • 05 Mar 18:40  
Dünya ABŞın böyük planı: Çin, Rusiya, İran və Şimali Koreyanın qorxusu olacaqmı?

ABŞ prezidenti Donald Tramp müdafiə sahəsində böyük planını açıqlayı

arrow Ətraflı
İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb like
  • 05 Mar 18:38  
Siyasət İlham Əliyevin Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü başlayıb

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ankarada Azərbaycan Respublikas�

arrow Ətraflı
"Komedixana"nın məşhur aktrisasının atası HƏBS OLUNDU like
  • 05 Mar 18:32  
Digərləri "Komedixana"nın məşhur aktrisasının atası HƏBS OLUNDU

Dələduzluqda təqsirləndirilən "Sosial Adaptasiyanın İnkişafına Yar

arrow Ətraflı
Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ like
  • 05 Mar 18:28  
Digərləri Küləkli hava ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

arrow Ətraflı
Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməkdəyik  Bayraktar like
  • 05 Mar 18:16  
Siyasət Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişləndirməkdəyik Bayraktar

Biz enerji sahəsində Azərbaycanla əməkdaşlığımızı daha da genişlənd

arrow Ətraflı