"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi FOTO


Digərləri 13 Apr 2025 23:00:00 71 0

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi  FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edib 10-cu sinifdə riyaziyyat olimpiadasına göndərənə qədər... Məhz o olimpiadadan sonra karyera yolunu da seçib, bu yolla uşaqlıq arzusunu da reallaşdırıb, hətta ABŞ-li professoru da təəccübləndirməyi bacarıb.

Son.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Müsahib Pensilvaniya Dövlət Universitetinin 2-ci kurs tələbəsi Nihad Həsəndir. Nihad bu universitetdə kompüter elmləri ixtisası üzrə təhsil alır.

"O filmlərə baxdıqda, burada təhsil almağı xəyal edirdim"

2006-cı ildə Bakıda anadan olub. Cəmi bir il SAT və TOEFl-a hazırlaşıb və imtahanda iştirak edərək yüksək bal toplayıb. Türkiyə, Almaniya və İsveçrədən qəbul alsa da, uşaqlıq arzusunu reallaşdıraraq ABŞ-ni seçir: "ABŞ məni uşaqlıqdan baxdığım filmlərlə özünə cəlb etmişdi. Hər dəfə o filmlərə baxdıqda burada təhsil almağı xəyal edirdim. İmtahan verdim və yüksək bal topladım. Universitetlərə qəbul aldıqda, ölkələr arasında ABŞ-dən başqa, Almaniya, İsveçrə, Türkiyə də var idi. ABŞ uzaq olduğu üçün valideynlərim orada təhsil almağımı istəmirdilər. Amma xəyallarımın da önünü kəsmədilər. Atamla ilk dəfə buraya gəldim, universitetimlə tanış oldum və ABŞ macəram başladı".

"Seçildiyimin fərqində deyildim"

Yuxarıda da qeyd etdiyimiz kimi, Nihad riyazi istedadını gec kəşf edib. Buna qədər o, əksər oğlan uşaqları kimi polis, vəkil olmaq istəyib: "İnsan özünü kəşf edənə qədər hər yaşda müxtəlif peşələrə maraq göstərir. Bu, məndə də elə idi. Amma 10-cu sinifdə məktəbimizin direktoru mənə karyera yolumu tapmaqda işıq oldu. O vaxta qədər olimpiadalarda iştirak etmirdim. Direktor məni otağına çağırdı və dedi ki, riyaziyyat olimpiadasında iştirak etməlisən. Düzü, riyaziyyat fənnində yaşıdlarımdan seçildiyimin fərqində deyildim. Direktor dedi ki, səndə həvəs də var, bacarıq da, niyə qatılmayasan? Heç bir xüsusi hazırlıq keçmədən olimpiadada iştirak etdim və riyaziyyat üzrə birinci yeri qazandım. Bundan sonra riyaziyyat biliklərimə etibar etdim və kompüter elmlərinə marağımı inkişaf etdirdim. Kompüter elmlərinin nəbzi riyaziyyat və alqoritmlərdir. "Penn State"in bu ixtisasında riyaziyyata xüsusi önəm verilir. Tələbələr diskret riyaziyyat, hesablama nəzəriyyəsi, statistika və ehtimal, cəbri strukturlar kimi fundamental kurslar keçərək proqramlaşdırma və alqoritmik düşünmə qabiliyyətlərini gücləndirirlər. Riyaziyyatda bacarığı olan tələbələr bu proqramda sürətlə fərqlənə və yüksək nəticələr göstərə bilərlər. Bu yolu seçdiyim, bacardığım və sevdiyim sahədə peşəkarlaşmağa çalışdığım üçün özümü şanslı hesab edirəm".

"Təhsil metodları çox fərqlidir"

Nihad deyir ki, burada təhsil metodları fərqlidir: "Mən indi Azərbaycandakı dostlarımla dərsləri müzakirə edəndə bunun fərqinə varıram. Bura balaca şəhər kimidir və dərsləri, müəllimini, dərs saatını sən seçirsən. Professorları araşdırıb uyğun olanı seçirik. Bəzən başqa ölkədən olan professorların nitqini başa düşmək çətin olur, bunu dəyişə bilirik. "Penn State" Universiteti ABŞ-nin ən nüfuzlu ali məktəblərindən biridir və burada Kompüter Elmləri (Computer Science) ixtisası texnologiya sahəsində karyera qurmaq istəyənlərə imkanlar yaradır. Tələbə həyatı da çox aktivdir - texnologiya klubları, "hackathon" yarışları və sosial layihələr tələbələrin həm texniki, həm şəxsi inkişafına kömək edir".

Evdə qısaqapanma faciə yaratdı: İki yeniyetmə... like
  • 13 Apr 22:36  
Digərləri Evdə qısaqapanma faciə yaratdı: İki yeniyetmə...

Sumqayıtda üçotaqlı fərdi yaşayış evi yanıb. Hadisə "BTZ" ba

arrow Ətraflı
78 yaşlı Əməkdar artistin formada qalma sirri like
  • 13 Apr 22:28  
Şou-biznes 78 yaşlı Əməkdar artistin formada qalma sirri

78 yaşlı Əməkdar artist Suğra Bağırzadə formada qalmasının sirrini bö

arrow Ətraflı
"BYD"nin vurduğu "Ford"un sürücüsünün FOTOsu like
  • 13 Apr 22:04  
Digərləri "BYD"nin vurduğu "Ford"un sürücüsünün FOTOsu

Bakıda iki gün əvvəl baş verən qəribə qəzada xəsarət alan Ford sürü

arrow Ətraflı
Taksi sürücülərinin iş saatı və qrafiki necə olmalıdır? like
  • 13 Apr 21:56  
Digərləri Taksi sürücülərinin iş saatı və qrafiki necə olmalıdır?

Son günlərdə taksi fəaliyyəti göstərən avtomobillərinin iştirakı ilə

arrow Ətraflı
Bəzi ərazilərdə qaz olmayacaq like
  • 13 Apr 21:45  
Digərləri Bəzi ərazilərdə qaz olmayacaq

Nizami rayonunun bəzi küçələrinin qaz təchizatı müvəqqəti dayandırıl

arrow Ətraflı
“Uzak Şehir”dən ayrılır like
  • 13 Apr 21:23  
Şou-biznes “Uzak Şehir”dən ayrılır

"Uzak Şehir"də "Uğur" obrazı ilə məşhurlaşan Anıl �

arrow Ətraflı
3 bürc tezliklə xoş xəbər alacaq like
  • 13 Apr 20:42  
Digərləri 3 bürc tezliklə xoş xəbər alacaq

Tale bürcün üç əlamətinə istəklərini həyata keçirmək və ağır iş

arrow Ətraflı
“Yemək yemirəm, 24 saat yalnız su içirəm”  Talıb Tale like
  • 13 Apr 20:31  
Şou-biznes “Yemək yemirəm, 24 saat yalnız su içirəm” Talıb Tale

"Hər zaman idman edirdim. Amma bəzi məqamlar var ki, onları özüm üç

arrow Ətraflı
Bakıda yaşayış binasında yanğın like
  • 13 Apr 20:12  
Digərləri Bakıda yaşayış binasında yanğın

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərt

arrow Ətraflı
Muxadin Kişev vəfat etdi like
  • 13 Apr 19:55  
Kriminal Muxadin Kişev vəfat etdi

Rusiyanın Əməkdar Rəssamı və Kabardin-Balkar Respublikasının Xalq Rəssa

arrow Ətraflı
53 yaşlı qadın dəm qazından öldü like
  • 13 Apr 19:45  
Digərləri 53 yaşlı qadın dəm qazından öldü

Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 13 Apr 19:36  
Digərləri Türkiyədə zəlzələ oldu

Türkiyədə 4,7 maqnitudalı zəlzələ olub.

arrow Ətraflı