Leyla Əliyevanın iştirakı ilə Bakıda 1400dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib


Siyasət 13 Apr 2025 19:21:00 76 0

Leyla Əliyevanın iştirakı ilə Bakıda 1400dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib

Aprelin 13-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1400-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbir çərçivəsində Leyla Əliyeva IDEA könüllüləri ilə birlikdə keçirilən ağacəkmə aksiyasında iştirak ediblər. Həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim olunub.

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb. Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 170 ədəd müxtəlif növ ağac və 3100-dən çox mövsümü gül, eləcə də kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək "yaşıl sədlər" yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət" layihəsi çərçivəsində bu günədək 157 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin "qaynar xətt"i "1113" və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur. Son.az 

Məhərrəm ayında toy etmək olar?  İlahiyyatçı AÇIQLADI like
  • 13 Apr 19:01  
Digərləri Məhərrəm ayında toy etmək olar? İlahiyyatçı AÇIQLADI

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, Məhə

arrow Ətraflı
"Ən abırlı geyinən müğənni mənəm"  VİDEO like
  • 13 Apr 18:49  
Şou-biznes "Ən abırlı geyinən müğənni mənəm" VİDEO

Müğənni Şəbnəm Tovuzlu "Elcanlı verilişinin qonağı olub.

arrow Ətraflı
Nazir yazdığı bu mesaja görə ÜZR İSTƏDİ like
  • 13 Apr 18:38  
Dünya Nazir yazdığı bu mesaja görə ÜZR İSTƏDİ

Böyük Britaniyanın dəmir yolu naziri Lord Piter Hendi ikimərtəbəli avtobu

arrow Ətraflı
Hava yenidən korlanacaq: güclü külək, leysan... like
  • 13 Apr 18:37  
Digərləri Hava yenidən korlanacaq: güclü külək, leysan...

Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən baş

arrow Ətraflı
Nisyə mal alqısatqısında yeni QAYDALAR olacaq like
  • 13 Apr 18:28  
Digərləri Nisyə mal alqısatqısında yeni QAYDALAR olacaq

İqtisadçı Eyyub Kərimli "Kredit büroları haqqında" Qanuna dəyi

arrow Ətraflı
"Onların başında şəxsən Makron dayanır" like
  • 13 Apr 18:06  
Siyasət "Onların başında şəxsən Makron dayanır"

Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin, xüsusən də

arrow Ətraflı
Azərbaycanda siqaretlər BAHALAŞDI like
  • 13 Apr 18:05  
Digərləri Azərbaycanda siqaretlər BAHALAŞDI

Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.

arrow Ətraflı
Ayselin bu geyimi TƏNQİD EDİLDİ  VİDEO like
  • 13 Apr 17:56  
Şou-biznes Ayselin bu geyimi TƏNQİD EDİLDİ VİDEO

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın özünə dəbdəbəl

arrow Ətraflı
iPhone bahalaşacaq like
  • 13 Apr 17:45  
Digərləri iPhone bahalaşacaq

Apple onilliklər ərzində Asiyada öz logistikasını qurub, ona görə də Do

arrow Ətraflı
Hidayət Heydərovun bu VİDEOsu gündəm oldu like
  • 13 Apr 17:34  
Şou-biznes Hidayət Heydərovun bu VİDEOsu gündəm oldu

Azərbaycan millisinin üzvü Hidayət Heydərov görüntüsü ilə gündəm olu

arrow Ətraflı
Əməkdar artistin başına İŞ GƏLDİ: yeriyə bilmir  FOTO like
  • 13 Apr 17:22  
Şou-biznes Əməkdar artistin başına İŞ GƏLDİ: yeriyə bilmir FOTO

Əməkdar artist Firuzə İbadovanın başına iş gəlib.

arrow Ətraflı
Dünyanın ən varlı 10 siyasətçisi: like
  • 13 Apr 17:21  
Digərləri Dünyanın ən varlı 10 siyasətçisi:

Dünyanın ən varlı siyasətçiləri şəxsi sərvətləri ilə diqqət çəki

arrow Ətraflı
Bu BÜRCLƏR üçün aprel əsl sınaq ayı olacaq: Qara siyahıdasınız like
  • 13 Apr 17:10  
Digərləri Bu BÜRCLƏR üçün aprel əsl sınaq ayı olacaq: Qara siyahıdasınız

Aprel bürcün bəzi əlamətləri üçün əsl sınaq ayı olacaq.   Son.az-

arrow Ətraflı
Məşhur müğənni kosmosa uçmağa hazırlaşır  FOTO like
  • 13 Apr 17:00  
Şou-biznes Məşhur müğənni kosmosa uçmağa hazırlaşır FOTO

Dünya şöhrətli pop ulduzu Keti Perri 14 aprel tarixində "Blue Origin&q

arrow Ətraflı