Hava yenidən korlanacaq: güclü külək, leysan...
Digərləri 13 Apr 2025 18:37:00 99 0
Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli güclü olacağı gözlənilir.
Bu xəbəri də oxu: Xameneidən müharibəyə hazırlıq göstərişi
Son.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var.
Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.
Qeyd: Hava durumu ilə bağlı yenilənmiş məlumatlar mütəmadi təqdim olunacaq.
İqtisadçı Eyyub Kərimli "Kredit büroları haqqında" Qanuna dəyi

Müğənni Rəqsanə İsmayılova həmkarlarına mesaj yollayıb.

Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin, xüsusən də

Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın özünə dəbdəbəl

Apple onilliklər ərzində Asiyada öz logistikasını qurub, ona görə də Do

Azərbaycan millisinin üzvü Hidayət Heydərov görüntüsü ilə gündəm olu

Əməkdar artist Firuzə İbadovanın başına iş gəlib.

Dünyanın ən varlı siyasətçiləri şəxsi sərvətləri ilə diqqət çəki

Aprel bürcün bəzi əlamətləri üçün əsl sınaq ayı olacaq. Son.az-

Dünya şöhrətli pop ulduzu Keti Perri 14 aprel tarixində "Blue Origin&q

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.

Onlayn hərrac platforması "SBX Cars"da "Hennessey Venom F5"

2024-cü ildə Azərbaycanda ən çox hansı ölkələrə viza verildiyi məlum
