Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib


Siyasət 13 Apr 2025 19:31:00 116 0

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2022-ci ildən həyata keçirilən "Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi" layihəsinin növbəti mərhələsinə başlanılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Leyla Əliyevanın iştirakı ilə aprelin 13-də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən yeni açılan parkda layihə üzrə ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub. Eyni zamanda parkın ərazisində 50 ədəd zeytun ağacı əkilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin dayanıqlığını təmin etmək, müdaxilə hallarının aradan qaldrılmasına, dəqiqləşdirilmiş inventarizasiya və reyestr platformasının formalaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə nail olmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində artıq "Şəhər yaşıllıqlarının reyestri" informasiya sistemi yaradılıb və Bakı şəhərinin Səbail rayonu ərazisində 25 minə yaxın ağac uçota alınıb, yaxın aylarda üzərlərinə nömrə lövhələri vurulmaqla inventarlaşma prosesinin tamamlanması nəzərdə tutulub.

Eyni zamanda, layihənin pilot mərhələdə icrası zamanı Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkı və abad həyət komplekslərində 2 min 352 ağac uçota alınaraq inventarlaşdırılıb. İnventarlaşdırılmış ağacların üzərində hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.

Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az portalı sınaq rejimində istifadəyə verilib. Təqdim olunan portal, Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş "Rəqəmsal ekologiya" informasiya sisteminin tərkib hissəsi olaraq yaradılmışdır.

Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil edilir. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçirilir. Nömrələnmə ağaclara tam zərərsiz olan üsul ilə aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır. Son.az

Məhərrəm ayında toy etmək olar?  İlahiyyatçı AÇIQLADI like
  • 13 Apr 19:01  
Digərləri Məhərrəm ayında toy etmək olar? İlahiyyatçı AÇIQLADI

Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) dərc etdiyi təqvimə əsasən, Məhə

arrow Ətraflı
"Ən abırlı geyinən müğənni mənəm"  VİDEO like
  • 13 Apr 18:49  
Şou-biznes "Ən abırlı geyinən müğənni mənəm" VİDEO

Müğənni Şəbnəm Tovuzlu "Elcanlı verilişinin qonağı olub.

arrow Ətraflı
Nazir yazdığı bu mesaja görə ÜZR İSTƏDİ like
  • 13 Apr 18:38  
Dünya Nazir yazdığı bu mesaja görə ÜZR İSTƏDİ

Böyük Britaniyanın dəmir yolu naziri Lord Piter Hendi ikimərtəbəli avtobu

arrow Ətraflı
Hava yenidən korlanacaq: güclü külək, leysan... like
  • 13 Apr 18:37  
Digərləri Hava yenidən korlanacaq: güclü külək, leysan...

Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən baş

arrow Ətraflı
Nisyə mal alqısatqısında yeni QAYDALAR olacaq like
  • 13 Apr 18:28  
Digərləri Nisyə mal alqısatqısında yeni QAYDALAR olacaq

İqtisadçı Eyyub Kərimli "Kredit büroları haqqında" Qanuna dəyi

arrow Ətraflı
"Onların başında şəxsən Makron dayanır" like
  • 13 Apr 18:06  
Siyasət "Onların başında şəxsən Makron dayanır"

Azərbaycanın müstəqil xarici siyasəti və dost ölkələrin, xüsusən də

arrow Ətraflı
Azərbaycanda siqaretlər BAHALAŞDI like
  • 13 Apr 18:05  
Digərləri Azərbaycanda siqaretlər BAHALAŞDI

Azərbaycanda siqaretlərin qiymətində artım müşahidə olunur.

arrow Ətraflı
Ayselin bu geyimi TƏNQİD EDİLDİ  VİDEO like
  • 13 Apr 17:56  
Şou-biznes Ayselin bu geyimi TƏNQİD EDİLDİ VİDEO

Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyevanın özünə dəbdəbəl

arrow Ətraflı
iPhone bahalaşacaq like
  • 13 Apr 17:45  
Digərləri iPhone bahalaşacaq

Apple onilliklər ərzində Asiyada öz logistikasını qurub, ona görə də Do

arrow Ətraflı
Hidayət Heydərovun bu VİDEOsu gündəm oldu like
  • 13 Apr 17:34  
Şou-biznes Hidayət Heydərovun bu VİDEOsu gündəm oldu

Azərbaycan millisinin üzvü Hidayət Heydərov görüntüsü ilə gündəm olu

arrow Ətraflı
Əməkdar artistin başına İŞ GƏLDİ: yeriyə bilmir  FOTO like
  • 13 Apr 17:22  
Şou-biznes Əməkdar artistin başına İŞ GƏLDİ: yeriyə bilmir FOTO

Əməkdar artist Firuzə İbadovanın başına iş gəlib.

arrow Ətraflı
Dünyanın ən varlı 10 siyasətçisi: like
  • 13 Apr 17:21  
Digərləri Dünyanın ən varlı 10 siyasətçisi:

Dünyanın ən varlı siyasətçiləri şəxsi sərvətləri ilə diqqət çəki

arrow Ətraflı
Bu BÜRCLƏR üçün aprel əsl sınaq ayı olacaq: Qara siyahıdasınız like
  • 13 Apr 17:10  
Digərləri Bu BÜRCLƏR üçün aprel əsl sınaq ayı olacaq: Qara siyahıdasınız

Aprel bürcün bəzi əlamətləri üçün əsl sınaq ayı olacaq.   Son.az-

arrow Ətraflı