AzərbaycanSuriya Parlamentlərarası İşçi Qrupu bərpa ediləcək
Siyasət 12 Apr 2025 18:19:00 79 0
Suriyadakı vətəndaş müharibəsi zamanı bu ölkənin Azərbaycanla diplomatik münasibətləri pozulmuş, Dəməşqdəki səfirliyimiz fəaliyyətini dayandırmış, Milli Məclisin Azərbaycan-Suriya Parlamentlərarası İşçi Qrupu ləğv olunmuşdu. Lakin ötən il Əsəd rejiminin devrilməsi və yeni hökumətin formalaşdırılması Suriyanın Azərbaycanla münasibətlərində yeni səhifə açdı. Artıq Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa olunub. Eləcə də Suriyanın yeni hökumətinə Azərbaycan humanitar yardımlar göstərib. Novruz bayramında Suriyanın keçid hökumətinin prezidenti Əhməd Əş-Şaara Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edib.
Bu xəbəri də oxu: Prezident bu sazişi təsdiq etdi
Bütün bunlar parlament əlaqələrinin yenidən formalaşıb-formalaşmayacağı məsələsini gündəmə gətirir.
Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov bildirib ki, Suriya-Azərbaycan arasındakı siyasi və iqtisadi münasibətlər inkişaf edir:
"Bu bir həqiqətdir ki, Ermənistan dövlətinin, onun ali siyasi rəhbərliyinin əsas güvəndiyi dayaqlarından biri Suriyadakı Bəşər Əsəd rejimi olub. Bir çox hallarda Bəşər Əsəd rejimi açıq, eləcə də məxfi şəkildə Ermənistan dövlətini, onun aqressiv siyasətini müdafiə edirdi. Bəşər Əsəd daha hakimiyyətdə deyil, xalq onun hakimiyyətinə son qoydu. Yeni hökumətin formalaşmasında qardaş Türkiyə dövləti çox fəal iştirak edib. Suriyada gedən proseslərə qardaş Türkiyənin təsir imkanları kifayət qədər böyükdür. Suriyanın yeni hakimiyyəti ilə Azərbaycanın münasibətləri bərpa olunur. Münasibətlərin inkişaf tempi var. Azərbaycan dövləti Türkiyə ilə birlikdə Suriyaya humanitar yardım aksiyasında yaxından iştirak edir. Suriyanın yeni hakimiyyəti Azərbaycan Prezidentini bayram günlərində təbrik edib. Bizim artıq səfirliyimizin fəaliyyəti də bərpa olunub. Bu o deməkdir ki, Suriya ilə siyasi və iqtisadi əlaqələr qurulmaqdadır".
Deputat vurğulayıb ki, Azərbaycan-Suriya Parlamentlərarası İşçi Qrupunun yenidən formalaşdırılması labüd xarakter ala bilər:
"Şübhəsiz ki, parlament əlaqələrinə yenidən baxmaq məsələsi gündəmə gəlir. Azərbaycan Milli Məclisinin 100-dən çox dövlətlə işçi qrupları fəaliyyət göstərir. Məlum hadisələr fonunda Bəşər Əsəd rejiminin anti-Azərbaycan siyasəti nəticəsində bu qrupun fəaliyyəti dayanmış, ona xitam verilmişdi. Yeni reallıqda bütün sahələrdə olduğu kimi, parlament əməkdaşlığı məsələlərinə də yenidən baxış aktuallaşır. İstisna deyil ki, Azərbaycan-Suriya münasibətlərinin inkişafı kontekstində iki dövlətin parlamentləri arasında əlaqələrin bərpası və işçi qruplarının fəaliyyət göstərməsi artıq labüd xarakter ala bilər".
Alkoqol çox vaxt rahatlanmaqla assosiasiya olunsa da, onun sağlamlığa təsir

Cari ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun Raket və Art

Rusiyanın Moskva vilayətində həkimlər 15 yaşlı xəstənin ondan artıq ə

Yumurta ilə çay və ya qəhvənin birlikdə qəbulu faydalı mikroelementləri

Ata və oğul 100 restoranda aldatmaqla üç il ərzində pulsuz yemək yeməyə

"İdarəetmə sahəsində qadınların uğurlu olmasının arxasında çoxs

COP29 ərəfəsində bir çoxları dünya ölkələrinin razılığa gələ bil�

"Nə qədər ki, bəzi insanlar kinonu, teatrı idarə edirlər, o vaxta q�

Bakıda sərxoş sürücü polisi aldadıb.

Ermənistan Azərbaycanın tarixi torpaqlarında dini və mədəni abidələri s

Növbəti maqnit qasırğası nə vaxt gözlənilir və həftə sonu günəş ak

Əməkdar artist Manana Çaparidze həyat yoldaşı Georgi Qabelavenin doğum g�

Əvvəllər məlum olmayan və evakuatorla daşınan pikapın fotoşəkli ortaya
