"Ətağa"ya görə iş yoldaşını öldürdü
Kriminal 05 Mar 2025 08:27:00 98 0
2024-cü il aprelin 20-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olur. Daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə yollanır. Məlum olur ki, hadisə Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən "Bakıxanov Çörək zavodu"nun həyətində baş verib.
Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törədən Elşən Məmmədov 1985-ci ildə İsmayıllı rayonunda anadan olub, əvvəllər məhkum olunmayıb.
Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, aprelin 19-u saat 21 radələrində Elşən Məmmədov sərxoş halda vaxt keçirməkdən ötrü çilingər vəzifəsində işlədiyi çörək zavodun həyətinə gəlib. Orda təsadüfən rastlaşdığı, həmin müəssisədə qazanxana operatoru işləyən Etibar Salamzadə ilə birlikdə yenidən spirtli içki qəbul etməkdən ötrü yaxınlıqda yerləşən marketə gediblər. Aldıqları alkoqollu enerji içkisini içdikdən sonra aralarında sözlü mübahisə yaranıb. Etibar Salamzadənin ifadəsindən qəzəblənən Elşən Məmmədov ayın 20-i səhər saat 05:30-da zavodun ərazisində xidməti otağına daxil olaraq, ordan məişət təyinatlı bıçağı götürüb. Buraxılış məntəqəsinə doğru hərəkət edən iş yoldaşına yaxınlaşaraq, döş qəfəsinə və qarnına 2 dəfə zərbə vurub. Nəticədə Etibar Salamzadə aldığı xəsarətlərdən ölüb.
İş üzrə dindirilmiş Elşən Məmmədov bildirib ki, ailəlidir, himayəsində bir övladı var. 2023-cü ilin iyun ayında ailə üzvləri ilə birlikdə anadan olduğu İsmayıllı rayonunda Bakı şəhərinə köçüb və Bakıxanov qəsəbəsində kirayədə yaşayıb:
"2024-cü ilin fevral ayından çörək zavodunda çilingər kimi çalışırdım. İşim səhər saat 9-da başlayırdı və saat 18-də başa çatırdı. Etibar Salamzadə qazanxana operatoru vəzifəsində işləyirdi.
Aprelin 19-da işdən sonra evə getdim. Yemək yeyəndən sonra saat 21 radələrində evdən çıxıb kafeyə gedib 2 bakal pivə içdim. Kafedən çıxıb işlədiyim zavod istiqamətində hərəkət etdim. Müəssisənin həyətində gecə növbəsinə qalan Etibar Salamzadə ilə rastlaşdım. Birlikdə marketə gedib dəmir qablarda olan energetik spirtli içki aldıq. Küçədə oturub içərək xeyli söhbət etdik".
Ayın 20-i səhər saat 5 radələrində sağollaşıb, evə getmək istəyən zaman Etibar onu arxadan çağırıb, yenidən mağazaya gedib, spirtli içki almaqlarını təklif edib:
"Artıq içmək istəmədiyimi söyləyəndə, Etibar mənə "Sən Ətağa, gəl bir şüşə də araq içək" dedi. Gülə-gülə "Ətağanın kim olmasını?" soruşanda, iş yoldaşım əsəbi şəkildə mənə "Ətağanın atamdan yaxşı kişi olmasını" bildirdi. Etibarın bu sözü mənə pis təsir etdiyindən, danışığına fikir verməsini tələb etdim. Amma tanışım buna əhəmiyyət verməyərək, üzərimə gəldi və bir daha həmin sözləri təkrarladı. Aramızda təxminən 15 dəqiqə bu məzmunda sözlü mübahisə davam etdi. Atam barədə işlətdiyi xoşagəlməz ifadələrin qarşısını almaq məqsədi ilə çilingər otağına qaçıb bıçağı götürdüm. Yenidən Etibarın yanına qayıdaraq, sinəsinə və qarınına bıçaqla zərbələr vurdum. Etibar qışqırıb qaçmağa çalışsa da, buna imkan vermədim. Etibarın yerə yıxıldığını görüb qorxdum və ərazidən uzaqlaşdım. İş yerimlə yaşadığım ünvan arasındakı məsafə 4-5 dəqiqə idi. Evə çatıb arvadıma bıçaqla adam vurduğumu bildirdim və yenidən zavoda qayıtdım".
İsveçrə hakimiyyəti Avropa İttifaqının oxşar qərarından sonra Rusiyaya

2025-ci ilin fevralında Donald Tramp Vladimir Putindən İranla nüvə danış�

"Bir gün bezdim və efirdə dedim ki, artıq toya getmirəm. Böyük rütb

19 yaşlı Jac Sexton adlı gənc oktyabr ayında başgicəllənmə, nitq pozğ

İşə düzəlmək istəyən şəxs dələduzluqla üzləşdiyini iddia edir.

İran xalqı Kiyev və Vaşinqton arasında aparılan danışıqlarda Ukrayna xa

Dünyada milyonlarla insan müxtəlif xəstəliklərlə mübarizə aparır, laki

Türkiyəli model Didem Soydan, uzun bir aradan sonra İzmir Fashion Week-də p

Sağlam Dubay şokoladının tərkibində daha az yağ, şəkər və kalori və

Avokado, digər adıyla Amerika perseyi, lavrkimilər fəsiləsinə aid bir bitk

Astarada qəssablar arasında yaranan mübahisə qanla bitib.

Buryatiya Respublikasında "Tengeri" assosiasiyasından olan şamanizm

Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının �

"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim

Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"un 16 ə
