Dünyanın ən nadir XƏSTƏLİKLƏRİ FOTOlar
Digərləri 05 Mar 2025 06:06:00 121 0
Dünyada milyonlarla insan müxtəlif xəstəliklərlə mübarizə aparır, lakin bəzi nadir sindromlar və genetik pozğunluqlar tibb dünyasında nadir rast gəlinən hadisələr kimi qeydə alınır.
Bu xəbəri də oxu: Bakıda ağır qəza xəsarət alan var
Son.az xəbər verir ki, dünyada təxminən 7 min nadir xəstəlik qeydə alınıb və bu xəstəliklər 400 milyon insana təsir edir. Onların əksəriyyəti uşaqlardır və bu insanların 95%-i uyğun müalicə tapa bilmir.
Avropa Nadir Xəstəliklər Təşkilatı (EURORDIS) hər il fevralın son gününü "Dünya Nadir Xəstəliklər Günü" elan edib. 2025-ci ildə bu tarix 28 fevral tarixinə təsadüf edir.
Tədqiqatlara görə, nadir xəstəliklərin 80%-i genetikdir, 20%-i isə infeksiya, allergiya və ya ekoloji faktorlarla əlaqələndirilir. Dünyanın 5%-ni əhatə edən bu xəstəliklərin 75%-i uşaqlarda müşahidə edilir.
Nadir xəstəliklərin təsnifatı ölkədən ölkəyə dəyişir.
Nadir xəstəliklərin nümunələri:
1)Taş Adam Sindromu (FOP) - Bədənin müəyyən hissələrinin sümükləşməsi ilə müşahidə edilir. Hərəkət məhdudiyyəti, tənəffüs problemləri yaradır.
2) Lesch-Nyhan Sindromu - Xromosom anomaliyasına bağlıdır, əsasən oğlan uşaqlarında rast gəlinir. Özünə zərər vermə davranışı, böyrək problemləri, əzələ spazmları ilə müşahidə edilir.
3)Progeriya (Erkən qocalma sindromu) - Uşaqlarda erkən qocalmaya səbəb olur. Kardiovaskulyar problemlər nəticəsində ömür qısalır.
4)Kurt Adam Sindromu (Hipertrikozis) - Bədəndə həddindən artıq tüklənmə ilə xarakterizə olunur. Genetik mutasiyalar səbəbilə meydana çıxdığı düşünülür.
5) Möbius Sindromu (Üz iflici) - ABŞ, Braziliya və Avropanın bəzi bölgələrində rast gəlinir. Üz mimikalarının olmaması, göz qapaqlarını hərəkət etdirə bilməmək, danışma və udma çətinliyi.
6) Ximerizm (İki fərqli DNT-yə sahib olmaq) - Dünyanın müxtəlif yerlərində qeydə alınıb, lakin nadir rast gəlinir. İki fərqli dəri tonu, göz rənglərinin fərqli olması, genetik testlərin nəticələrinin ziddiyyətli olması, iki fərqli embrionun ana bətnində birləşməsidir.
Bu xəstəliklərin əksəriyyətinin tam müalicəsi yoxdur və diaqnoz qoyulması illərlə çəkə bilər. Xəstələrin çoxu düzgün tibbi xidmətə və dərmanlara çıxış imkanından məhrumdur.
Elm adamları və tibb mütəxəssisləri nadir xəstəliklərin daha erkən diaqnostikası və müalicəsi üçün araşdırmalar aparmağa davam edirlər. //BAKU.WS
Türkiyəli model Didem Soydan, uzun bir aradan sonra İzmir Fashion Week-də p

Sağlam Dubay şokoladının tərkibində daha az yağ, şəkər və kalori və

Avokado, digər adıyla Amerika perseyi, lavrkimilər fəsiləsinə aid bir bitk

Astarada qəssablar arasında yaranan mübahisə qanla bitib.

Buryatiya Respublikasında "Tengeri" assosiasiyasından olan şamanizm

Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının �

"Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim

Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"un 16 ə

ABŞ administrasiyasının başçısı Donald Tramp İranın nüvə silahına ma

ABŞ və Ukrayna faydalı qazıntılar üzrə saziş imzalamağa hazırlaşır

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Martın 4-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böy�

Martın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı m

97-ci "Oskar" mükafatlandırma mərasimində qırmızı xalçaya çı
