Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə Böyük Britaniya” filminin təqdimatı olub


Siyasət 04 Mar 2025 23:43:00 148 0

Nizami Kino Mərkəzində “Bir səfərin izi ilə  Böyük Britaniya” filminin təqdimatı olub

Martın 4-də Nizami Kino Mərkəzində Ümummilli Lider Heydər Əliyevin Böyük Britaniya Krallığına rəsmi səfərlərinə həsr olunmuş "Bir səfərin izi ilə - Böyük Britaniya" sənədli filminin təqdimatı olub.

Son.az xəbər verir ki, filmin təqdimatında Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva iştirak edib.

Ekran əsərinin nümayişindən əvvəl çıxış edən layihə rəhbəri, tanınmış səyyah və jurnalist Azər Qərib bildirib ki, tamaşaçıları Ümummilli Lider Heydər Əliyevin səfər etdiyi Böyük Britaniyanın tarixi şəhərləri - London vǝ Edinburqa aparan film rəsmi səfərin qeyri-rəsmi tərəflərini göstərir. O qeyd edib ki, filmdə, eyni zamanda, Ulu Öndərin Azərbaycanla Böyük Britaniya arasında dostluq əlaqələrinin formalaşmasında oynadığı xüsusi rol barəsində tarixi faktlar təqdim olunur.

Filmin çəkilişləri London və Edinburq şəhərlərində aparılıb. Bu, Ümummilli Lider Heydər Əliyevin səfərlərinə həsr olunmuş "Bir səfərin izi ilə" filmlər toplusundan artıq dördüncü filmdir. Birinci film Ulu Öndərin İtaliya səfərinə, ikinci film Yaponiya səfərinə, üçüncü film Çin səfərinə, dördüncü film isə Böyük Britaniya səfərinə həsr olunub. Layihə çərçivəsində Heydər Əliyevin müxtəlif xarici səfərləri və onların tarixi əhəmiyyəti işıqlandırılır.

"Bir səfərin izi ilə" filmlər toplusu Ulu Öndər Heydər Əliyevin beynəlxalq səviyyədə göstərdiyi fəaliyyəti, Azərbaycanın dünya dövlətləri ilə əlaqələrini gücləndirmək üçün gördüyü işləri və ölkəmizin beynəlxalq nüfuzunu artırmaq üçün atdığı addımları əks etdirir.

İdeya müəllifi Azər Qərib olan filmin yaradıcı heyətinə redaktor Ayaz Mirzəyev, prodüser Əsgər Qəribzadə, operator Əli Əliyev, montaj üzrə mütəxəssis Elmar Tariyeloğlu daxildir.

Film milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları"nın (AZAL), "bp-Azərbaycan" şirkəti və "CinemaPlus" kinoteatrlar şəbəkəsinin dəstəyi ilə ərsəyə gəlib. Son.az


Xəbərə aid fotolar

Dəm qazı daha bir can aldı like
  • 04 Mar 23:35  
Digərləri Dəm qazı daha bir can aldı

Oğuz sakininin Bakıda meyiti aşkarlanıb.

arrow Ətraflı
Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib like
  • 04 Mar 23:26  
Digərləri Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib

Martın 4-də Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı m

arrow Ətraflı
“Oskar” paltarını tikmək üçün həftələrlə işləyiblər like
  • 04 Mar 23:25  
Şou-biznes “Oskar” paltarını tikmək üçün həftələrlə işləyiblər

97-ci "Oskar" mükafatlandırma mərasimində qırmızı xalçaya çı

arrow Ətraflı
Rövşən Vəliyev vəfat etdi like
  • 04 Mar 23:17  
Digərləri Rövşən Vəliyev vəfat etdi

Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutu

arrow Ətraflı
Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalandı like
  • 04 Mar 23:09  
Digərləri Xocalının Ballıca kəndində uzun illərdən sonra Od çərşənbəsi tonqalı qalandı

İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzinin növbəti “Muğamat axşamı” təqdim olunub  FOTO like
  • 04 Mar 22:58  
Kriminal Beynəlxalq Muğam Mərkəzinin növbəti “Muğamat axşamı” təqdim olunub FOTO

Beynəlxalq Muğam Mərkəzinin milli musiqi irsimizin təbliği istiqamətində

arrow Ətraflı
Makronun planı Moskvanı şoka saldı: Rusiya bundan məhrum olacaq like
  • 04 Mar 22:52  
Dünya Makronun planı Moskvanı şoka saldı: Rusiya bundan məhrum olacaq

Fransa prezidenti Emmanuel Makronun Ukraynada atəşkəslə bağlı planı Rusiy

arrow Ətraflı
"Qızı tez ərə verməlisən, ağlı kəsmədən" like
  • 04 Mar 22:30  
Şou-biznes "Qızı tez ərə verməlisən, ağlı kəsmədən"

"Qızım Qumrala 5 yaşında sual verdilər ki, məktəbə gedirsən? Cavab

arrow Ətraflı
"Ukrayna bu silahlardan məhrum olur" like
  • 04 Mar 22:21  
Dünya "Ukrayna bu silahlardan məhrum olur"

ABŞ Prezidenti Donald Tramp Ukraynaya hərbi yardımı dayandırıb, bu, hətta

arrow Ətraflı
Xankəndidə bayram abhavası: Tonqal yandırıldı like
  • 04 Mar 21:49  
Digərləri Xankəndidə bayram abhavası: Tonqal yandırıldı

İşğaldan azad edilən bütün ərazilərdə olduğu kimi, Xankəndi şəhəri

arrow Ətraflı
Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yaydı like
  • 04 Mar 21:21  
Digərləri Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yaydı

Azərbaycanın Türkiyədəki səfirliyinin Konsulluq şöbəsi martın 20-dən

arrow Ətraflı
Fevralda ən çox qar bu ərazilərə yağdı like
  • 04 Mar 21:15  
Digərləri Fevralda ən çox qar bu ərazilərə yağdı

"2025-ci ilin fevral ayında ölkə ərazisində soyuq hava kütlələrinin

arrow Ətraflı
Namiq Aygünlə münasibətindən danışdı: "Onunla elə də..." like
  • 04 Mar 21:08  
Şou-biznes Namiq Aygünlə münasibətindən danışdı: "Onunla elə də..."

Meyxanaçı Namiq Qaraçuxurlu duet ortağı Aygün Kazımova ilə münasibətl�

arrow Ətraflı
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib like
  • 04 Mar 21:02  
Siyasət Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagra

arrow Ətraflı