Avropa rəsmiləri Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivlərini qiymətləndiriblər
Digərləri 07 Apr 2025 12:31:46 73 0
Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci Nazirlər Toplantısı və Yaşıl Enerji Məşvərət Şurasının 3-cü Nazirlər Toplantısı keçirilib.
Bu xəbəri də oxu: Qızılın qiyməti yeni rekorda imza atdı
Tədbirdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi müzakirə olunan mühüm mövzulardan biri olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müşavirədə çıxışı zamanı dediyi kimi, bu gün Azərbaycan 10-u Avropa, 8-i isə Avropa İttifaqının üzvü olmaqla 12 ölkəni təbii qazla təmin edir:
"Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik. Onların bəzilərində yoxdur, digərləri isə genişləndirilməlidir və Azərbaycan investor kimi bunu etməyi planlaşdırır. Beləliklə, qaz təchizatımızın coğrafiyası birmənalı olaraq müxtəlif yollarla, o cümlədən interkonnektorlar vasitəsilə genişlənəcək.
Təbii ki, biz mövcud qaz boru kəməri sisteminin genişləndirilməsində birgə səylər haqqında düşünməliyik. Cənub Qaz Dəhlizi hamımız üçün böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi üçün əsas arteriyadır. İndi o, tam gücü ilə işləyir. İstər Cənubi Qafqaz Boru Kəməri, istərsə də TANAP və ya TAP - Cənub Qaz Dəhlizinin üç ayrılmaz hissəsi tam dolu işləyir. Biz onları genişləndirməliyik. Əlbəttə ki, bunun üçün bizə maliyyələşmə lazım olacaq. Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları, xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır".
Şübhəsiz ki, Azərbaycan qazını alan və onun həcmlərinin artırılmasında maraqlı olan Avropa ölkələri, eləcə də Azərbaycandan "mavi" yanacağa çıxış əldə etmək istəyən ölkələr bunun mövcud infrastrukturun genişləndirilməsini tələb etdiyini anlayırlar.
Belə ki, Trend-ə özəl müsahibəsində Avropanın enerji və mənzil məsələləri üzrə komissarı Dan Yorgensen qeyd edib ki, Aİ Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünü artırmaq üçün tərəfdaş ölkələrlə əməkdaşlıq edir.
"Bu, bizim Rusiya enerji-resurslarından asılılığımızı azaltmaq və enerji tədarükünü şaxaələndirmək səylərimiz fonunda olduqca önəmlidir", - o bildirib.
O vurğulayıb ki, Aİ Azərbaycan və digər tərəfdaş ölkələrlə birlikdə Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın ikitərəfli ticarətinin inkişafını davam etdirməyi planlaşdırır.
"Əlbəttə ki, bu kommersiya məqsədyönlülüyündən və bazar tələbatından asılıdır. Qaz həcmlərinin artırılması üçün imkanların qiymətləndirilməsi və kommersiya şərtlərinin razılaşdırılması bazar iştirakçılarının öhdəsinə düşür, belə ki, məhz o razılaşmalar qaz kəmərlərinin ötürücülük qabiliyyətinin artırılmasına sərmayə yatırımını təmin edəcək. Biz Azərbaycan qazının Avropa İttifaqına tədarükünün genişləndirilməsi üzrə bir sıra layihələrin gerçəkləşdirilməsində mühüm irəliləyişə nail olmaqdayıq, buna misal kimi "Adriatic Backbone" layihəsini və Bolqarıstan və Rumıniyanın enerji sistemlərinin möhkəmləndiirlməsini göstərmək olar", - o bildirib.
Moldovanın baş naziri Dorin Reçan da ölkəsinin Cənub Qaz Dəhlizinin genişləndirilməsini və onun Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində rolunu qətiyyətlə dəstəklədiyini bəyan edib.
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasa şəhərində leysan yağ�

İstanbulda özlərini polis və ya prokuror kimi təqdim edərək insanları al

"Halal Zəhmət" firmasının kolbasasından dəmir parçası çıxıb

"Gənclik Mall" ticarət mərkəzində yerləşən "CineMastercar

Türkiyəli bloqerin Bakıdakı "manatlıq" taksilərə münasibəti m

Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəş�

Şamaxı Şəhər İncəsənət Təhsili Mərkəzinin mənimsəmədə ittiham ol

Bakı Metropoliteninin "28 May" stansiyasında kəsişərək birləş�

Yayın gəlişi ilə istirahət mərkəzləri, kurort və sanatoriyalara üz tut

Cəbrayılda sursat partlayışı nəticəsində həlak olan hərbçi Lənkəran

Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi

İcbari tibbi sığorta çərçivəsində vətəndaşların sağlamlıq xidmətl

Türkiyənin Eskişehir vilayətində vətəndaşlardan pul tələb edən 3 dil�

Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək birləş�

Asiyanın ən böyük Tokiyo fond birjasında (TFB) ticarət, ABŞ prezidenti Do
