Metroda iki stansiya birləşdirilir 200 metrlik tunel inşa ediləcək
Digərləri 07 Apr 2025 11:45:00 60 0
Bakı Metropoliteninin "28 May" stansiyasında kəsişərək birləşən Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin icrasına cari ildə başlanacaq.
Bu xəbəri də oxu: Avtomobili köhnə şinlərlə SÜRMƏYİN Ciddi təhlükəsi var
Son.az Trend-ə istinadla xəbər verir ki, bunu bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Emil Əhmədov bildirib.
"Bu xətlərin müstəqil olması hər birinin öz infrastrukturu çərçivəsində fəaliyyətinin, idarəetmə prinsiplərinin, sərnişindaşıma xidmətinin və texniki quruculuğunun daha səmərəli və keyfiyyətli təşkilinə imkan yaradacaq. Tədbirlərə "28 May" stansiyası yaxınlığında qazıntı işləri ilə başlanacaq. Ərazinin ağır geoloji quruluşa malik olması səbəbindən ən optimal qazma üsulu ilə inşaatın texniki təhlükəsizliyi təmin ediləcək. Bu işlər "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrə yaxın tunelin inşası ilə tamamlanacaq. Həmin müddət ərzində geoloji təsirlər nəticəsində "Nizami" stansiyası istiqamətində tunel geyimində meydana gəlmiş və yol mənzilində qatarların sürət həddinin aşağı salınmasına səbəb olan texniki çatışmazlıqlar da aradan qaldırılacaq", - o bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına daha bir keçid tikiləcək.
"Bu isə sərnişin axını gur olan "28 May" stansiyasından "Cəfər Cabbarlı" stansiyasına və əksinə sərnişin axınının parçalanmasına və hərəkətin daha intensiv tənzimlənməsinə, təhlükəsizliyin daha da artırılmasına əsaslı şəkildə təsir göstərəcək. Qeyd edək ki, layihənin icrası, sadəcə, tunelin və keçidin tikintisi ilə məhdudlaşmır", - o bildirib.
Yayın gəlişi ilə istirahət mərkəzləri, kurort və sanatoriyalara üz tut

Cəbrayılda sursat partlayışı nəticəsində həlak olan hərbçi Lənkəran

Bakı şəhərinin Xəzər və digər rayonlarında silsilə oğurluq hadisəsi

İcbari tibbi sığorta çərçivəsində vətəndaşların sağlamlıq xidmətl

Türkiyənin Eskişehir vilayətində vətəndaşlardan pul tələb edən 3 dil�

Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək birləş�

Asiyanın ən böyük Tokiyo fond birjasında (TFB) ticarət, ABŞ prezidenti Do

Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kə

Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Belə ki, b

Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması müəyyən

Müğənni Alsu 18 illik evliliyindən sonra boşandığı keçmiş əri Yan Abr

İngiltərənin ən böyük avtomobil istehsalçısı olan "Jaguar Land Rov
