İcbari sığorta ilə özəl xəstəxanalara da getmək olar 180dən çox...


Digərləri 07 Apr 2025 10:50:57 67 0

İcbari sığorta ilə özəl xəstəxanalara da getmək olar  180dən çox...

İcbari tibbi sığorta çərçivəsində vətəndaşların sağlamlıq xidmətlərinə çıxış imkanlarını genişləndirmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) müqavilə bağladığı tibb müəssisələrinin (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) sayı mütəmadi artır. Hazırda Agentlik tərəfindən 180-dən çox özəl tibb müəssisəsi ilə müqavilə bağlanılıb.

Son.az xəbər verir ki, bu siyahıya paytaxtda və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar daxildir.

Qeyd edək ki, dövlət tibb müəssisəsi tərəfindən göndəriş verildikdən sonra Agentliklə müqaviləsi olan özəl xəstəxanalar arasında pasiyentlər sərbəst şəkildə seçim edə bilərlər. Göndəriş verilən zaman və ya sonrasında konkret tibb müəssisəsinə yönləndirilmə kimi hallara yol verilməməlidir. Göndəriş əsasında özəl tibb müəssisəsini seçmək hüququ yalnız pasiyentə məxsusdur.

Belə ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi Agentlik tərəfindən təsdiq edildikdə 24 saat ərzində bu barədə pasiyentə SMS-lə birdəfəlik kod göndərilir. Mesajda göndəriş vərəqəsinin nömrəsi qeyd olunur. SMS-i aldıqdan sonra vətəndaş 3 vasitə ilə özəl xəstəxana arasından seçim edə bilər.

Bundan əlavə, vətəndaşların nəzərinə çatdırırıq ki, özəl tibb müəssisələrində xidmət almaq üçün SMS mətndə sizə təqdim olunan göndəriş kodu fərdi məlumatdır. Bu kod yalnız müraciət edəcəyiniz özəl xəstəxanaya təqdim olunmalıdır. 

Göndəriş əsasında özəl xəstəxanaya müraciət etdiyiniz zaman icbari tibbi sığorta çərçivəsində qarşılanan tibbi xidmətlər üçün əlavə ödəniş edilməməlidir. Vətəndaşa göstərilən tibbi xidmətin dəyəri Agentlik tərəfindən həmin xəstəxanaya ödənilir. Xidmətlər Zərfinə daxil olmayan tibbi xidmətlərdən istifadə edildiyi halda isə pasiyent həmin xidmətin dəyərini xəstəxanaya öz vəsaiti hesabına ödəyir. 

Vətəndaşların göndəriş əsasında özəl tibb müəssisələrində xidmət almaları barədə tam və düzgün məlumatlı olmaları onların icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlərdən maneəsiz və effektiv şəkildə yararlanmaları üçün mühüm əhəmiyyət kəsb edir. Bu həm də sui-istifadə hallarının qarşısının alınması və pasiyent hüquqlarının qorunması baxımından vacibdir.

Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin siyahısı ilə tanış olmaq üçün https://its.gov.az/ saytına keçid edə, əlavə suallarınız yaranarsa, 1542 Çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Dilənçinin üstündən 42 min pul çıxdı like
  • 07 Apr 10:43  
Digərləri Dilənçinin üstündən 42 min pul çıxdı

Türkiyənin Eskişehir vilayətində vətəndaşlardan pul tələb edən 3 dil�

arrow Ətraflı
Metroda böyük YENİLİK: Xətlər ayrılır, proses başladı like
  • 07 Apr 10:38  
Digərləri Metroda böyük YENİLİK: Xətlər ayrılır, proses başladı

Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək birləş�

arrow Ətraflı
Tramp Asiyada ən böyük fond birjasını "çökdürdü"  Qlobal şirkətlər təhlükə altında like
  • 07 Apr 10:35  
Dünya Tramp Asiyada ən böyük fond birjasını "çökdürdü" Qlobal şirkətlər təhlükə altında

Asiyanın ən böyük Tokiyo fond birjasında (TFB) ticarət, ABŞ prezidenti Do

arrow Ətraflı
Şəki kafesinin sahibi ağacları kəsib, iş prokurorluğa göndərildi like
  • 07 Apr 10:32  
Digərləri Şəki kafesinin sahibi ağacları kəsib, iş prokurorluğa göndərildi

Nəsimi rayonu, Cavadxan küçəsi Şəki kafesinin ərazisində ağacların kə

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 07 Apr 10:29  
Digərləri Türkiyədə zəlzələ oldu

Adananın Ceyhan rayonunda 3,5 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Kediri olanlara ŞAD XƏBƏR  Bağlana bilər like
  • 07 Apr 10:28  
Digərləri Kediri olanlara ŞAD XƏBƏR Bağlana bilər

Azərbaycanda problemli kreditlərin məbləği artmaqda davam edir. Belə ki, b

arrow Ətraflı
Mənzildə qeydiyyatda olanları necə çıxarmaq olar? like
  • 07 Apr 10:20  
Digərləri Mənzildə qeydiyyatda olanları necə çıxarmaq olar?

Mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması müəyyən

arrow Ətraflı
"Tanış olanda hər şey filmlərdəki kimi idi..."  Bakılı ərindən boşanan Alsu  FOTO like
  • 07 Apr 10:15  
Şou-biznes "Tanış olanda hər şey filmlərdəki kimi idi..." Bakılı ərindən boşanan Alsu FOTO

Müğənni Alsu 18 illik evliliyindən sonra boşandığı keçmiş əri Yan Abr

arrow Ətraflı
Kərə yağı bahalaşdı like
  • 07 Apr 10:10  
Digərləri Kərə yağı bahalaşdı

Azərbaycanda kərə yağının bahalaşması son günlərin ən çox müzakirə

arrow Ətraflı
Trampın qərarına "etiraz"  "Jaguar Land Rover" ABŞyə avtomobil like
  • 07 Apr 10:00  
Digərləri Trampın qərarına "etiraz" "Jaguar Land Rover" ABŞyə avtomobil

İngiltərənin ən böyük avtomobil istehsalçısı olan "Jaguar Land Rov

arrow Ətraflı
Göyərtəsincə 5 sərnişin olan gəmi aşdı  ölən və itkin düşənlər var like
  • 07 Apr 09:57  
Digərləri Göyərtəsincə 5 sərnişin olan gəmi aşdı ölən və itkin düşənlər var

Kemerovo vilayətinin Novokuznetsk rayonu ərazisində 5 sərnişini olan gəmi

arrow Ətraflı
Gözəllik salonlarında yoxlamalar başladı like
  • 07 Apr 09:53  
Digərləri Gözəllik salonlarında yoxlamalar başladı

Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm

arrow Ətraflı
Ən ucuz elektromobillər: 3 mindən 600 minə.. like
  • 07 Apr 09:49  
Digərləri Ən ucuz elektromobillər: 3 mindən 600 minə..

2025-ci ilin yanvar ayında Azərbaycana 6 mln. 588.14 min ABŞ dolları dəyər

arrow Ətraflı
Ən kasıb bürclər  Onlar pul yığmağı bacarmır like
  • 07 Apr 09:46  
Digərləri Ən kasıb bürclər Onlar pul yığmağı bacarmır

Maliyyə sabitliyi hər kəsin arzusu olsa da, bəziləri üçün pul sadəcə �

arrow Ətraflı