David Manukyan Ermənistanın Azərbaycan ərazilərində mina basdırmasını etiraf edib FOTO
Kriminal 04 Apr 2025 20:15:00 85 0
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 4-də davam etdirilib.
Bu xəbəri də oxu: “Nəsildənnəslə teatr” layihəsinin növbəti seminarı Gəncədə keçiriləcək
Trend xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə prosesində təqsirləndirilən şəxs - Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş, Ermənistan vətəndaşı David Manukyana dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən suallar ünvanlanıb.
O, Azərbaycana qarşı ilk döyüşlərə "Daşnak taboru" adlandırılan "Şuşa əlahiddə taboru"na qoşularaq başladığını bildirib.
Təqsirləndirilən şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zaman xidmət etdiyi taborda Azərbaycan Respublikasına qarşı döyüşdüyünü və hücum zamanı silahdan istifadə etdiyini də etiraf edib.
D.Manukyan Birinci Qarabağ müharibəsi zamanı "Daşnak taboru"nun tərkibində Ağdərə rayonunda, 15 gün isə Kəlbəcər rayonunda döyüşlərdə iştirak etdiyini deyib.
O bildirib ki, sonralar "Şuşa tabor"unda tağım komandiri, bölük komandiri, qərargah rəisi olub.
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq isə qeyd edib ki, Azərbaycanın vaxtilə işğal olunmuş ərazilərində hərbi xidmətdə olarkən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almağa göndərilib.
O, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində hərbi xidmətdə olan bir sıra zabitlərin hərbi təhsil üçün bəzi ölkələrə göndərilməsindən danışıb və deyib: "Hərbçilər Rusiyaya, ABŞ-a, Almaniyaya, Yunanıstana oxumağa göndərilirdilər. Bu, Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbçilər xarici ölkələrdə kurslarda təhsil alarkən onların maaşı da Ermənistanın Müdafiə Nazirliyi tərəfindən ödənilirdi".
Təqsirləndirilən şəxs general-mayor rütbəsini Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə aldığını bildirərək vurğulayıb: "Mənə rütbəni 2020-ci il yanvarın 28-də Ermənistan silahlı qüvvələri günündə prezident iqamətgahında prezident Armen Sarkisyan təqdim etdi".
Onun sözlərinə görə, daha sonra Ermənistan prezidenti Armen Sarkisyanın əmri ilə qondarma rejimin "ordusu"nda "komandanın 1-ci müavini" (döyüş hazırlığı üzrə) vəzifəsinə təyin olunub. O, 2020-ci ildə 44 günlük müharibə zamanı həmin vəzifədə olduğunu, göstərişləri "müdafiə naziri" Cəlal Harutyunyandan aldığını bildirib.
David Manukyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində yerləşən "qərargah"ın aşağı mərtəbəsində ehtiyat komanda məntəqəsi yaradıldığını da bildirərək deyib: "Tapşırıq bu idi ki, komanda məntəqəsi məhv ediləcəyi təqdirdə, vəzifələrini müvəqqəti üzərinə götürəcəkdi".
Təqsirləndirilən şəxs 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələrinin 99192 saylı hərbi hissəsinin "Cəsurlar dəstəsi" adlı üçüncü bölüyünün həmin vaxt işğal altında olan Azərbaycan ərazilərinə gəlməsindən də danışıb: "Həmin bölük 2020-ci il oktyabrın 11-də Ermənistanda formalaşdırılıb və Qarabağa "ordu" komandirinin tabeçiliyinə göndərilib. Komandir dedi ki, maraqlan. Mən qeyd olunan yerə getdim. Orada müxtəlif yaşlı və müxtəlif peşələrdən 90 nəfər var idi. Həmin bölmənin maliyyələşməsini Ermənistan həyata keçirirdi. Müharibədən sonra "bölük komandiri" yanıma gəldi. Əlində iki siyahı var idi: 90 və 20 nəfərlik. Dedi ki, 90 nəfərin hamısını olmasa da, azı 20 şəxsi mükafatlandıraq...".
O, 44 günlük müharibədən sonra qondarma rejimin "ordusu"nda ixtisarlar aparıldığını təsdiqləyib, lakin bunun səbəbi barədə danışmayıb. Daha sonra isə qeyd edib: "Mən 2021-ci ilin sonlarında Ermənistan prezidentinin əmri ilə "ordu"dan ehtiyata buraxıldım".
Təqsirləndirilən şəxs Ağdərədə "hərbi hissə komandiri" olarkən Ermənistan prezidenti Robert Köçəryan tərəfindən "İkinci dərəcəli döyüş xaçı" medalı ilə təltif olunduğunu da deyib.
Bakıda baş verən ağır yol nəqliyyat hadisəsinin qəsdən törədildiyi m�

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Astroloqlar iddia edirlər ki, bürclər arasında çətinliklərdən qorxmayan

İmic dəyişikliyi ilə diqqət çəkən müğənni Zahidə Günəş daha bir

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Age

Hindistanda Bollivud aktyoru və rejissoru Manoc Kumar 87 yaşında vəfat edib.

Aktyor Murad İsmayıl həyat yoldaşı, həmkarı Ülviyə Xəlilbəyova ilə a

Bakı şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Azərbaycanlı rejissor Namiq Ağayev səhhətində problem yaranıb.

Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.

Tanınmış aktyor, Əməkdar artist Vahid Əliyevin səhhətində problemlər y

Aysun İsmayılovanın ayrıldığı keçmiş həyat yoldaşı, vəkil Ramil Və

İtaliyada doğum sayında ciddi azalma müşahidə edilir, bu da ölkənin gəl

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.
