Bakıda film kimi cinayət: Söyüşə görə “Mercedes”lə “Porshe”ni məhv etdi
Kriminal 04 Apr 2025 20:07:00 68 0
Bakıda baş verən ağır yol nəqliyyat hadisəsinin qəsdən törədildiyi məlum olub. Hər iki maşında olan şəxslər tanış olublar. Qəzanı törədən şəxs içkili imiş.
Son.az "musavat.com"a istinadən xəbər verir ki, Dilsuz və Araz adlı şəxslər dost olublar. Onlar arasındakı münasibətlər uzun illər davam edib. Araz xarici ölkələrdən avtomobil gətirərək satırmış. Dilsuz isə Bakıda "Labirint" çay evini işlədirmiş. Dilsuz əlavə pul qazanmaq üçün Arazın xaricdən maşın gətirmək təklifi ilə razılaşıb.
Bu məqsədlə Dilsuza 12 min dollar pul verib. Bu pula "Mercedes Benz GL450" markalı maşın alınacaqdı.
Dilsuz həmin maşını Bakıda sataraq 6-7 min manat pul qazanmağı düşünüb. Əvvəlcə maşın hərracda alınıb və Araz bu barədə Dilsuza məlumat verib. Lakin 3 gün sonra Dilsuz avtomobilin yenidən hərraca çıxarıldığını və gürcüstanlı bir şəxs tərəfindən alındığını görüb. Bu barədə Araza məlumat verib. Araz isə həmin gürcüstanlı şəxsin öz adamı olduğunu və maşının artıq Poti şəhərinə gətirildiyini deyib.
Maşının Potiyə çatmalı olduğu vaxt bitəndən sonra Araz müxtəlif bəhanələr gətirərək maşını çatdırmayıb və bildirib ki, karqo şirkətində problem var. Həmin ərəfədə Araz şəxsi ehtiyacı üçün Dilsuzdan əlavə 6 min dollar da borc alıb.
Bir müddət keçəndən sonra Araz nə maşını çatdırıb, nə də aldığı borcu qaytarıb. Buna görə onlar arasında mübahisələr başlayıb.
Araz Dilsuzun zənglərinə cavab vermədiyi üçün mübahisələr böyüyüb. Sonuncu dəfə Dilsuz Araza zəng edərək görüşmək istədiyini deyib. Həmin vaxt Araz tanışları ilə məclisdə olub. İçkili olan Araz Dilsuzun ünvanına ağır söyüşlər söyüb. Dilsuz isə görüşmək üçün Arazdan ona məkanı söyləməsini istəyib. Araz buna daha da əsəbləşib və Dilsuzu təhqir edib, onun qarnını deşəcəyini, maşınla üstündən keçəcəyini deyib. Bu söyüşləri məclisdə olan dostlarının yanında işlədən Araz Dilsuzun gəlməsini gözləyib.
Dilsuz Arazın olduğu məkana çatanda orada 6-7 nəfər şəxsin olduğunu görüb. Arazla eyni məclisdə olan Anar adlı şəxs Dilsuzu kənara çəkərək onunla söhbət edib.
Anar adlı şəxs Arazın içkili olduğunu deyərək Dilsuzdan onu yola verməsini xahiş edib. Uzun söhbətdən sonra Anar adlı şəxs Dilsuzu razı salıb. Dilsuz söhbəti Araz içkinin təsirindən ayıldıqdan sonra etməyə razılaşaraq oradan uzaqlaşıb. Həmin ərəfədə Dilsuzun dostlarından biri də onun yanına gəlib və birlikdə evə doğru hərəkət ediblər.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub

Astroloqlar iddia edirlər ki, bürclər arasında çətinliklərdən qorxmayan

İmic dəyişikliyi ilə diqqət çəkən müğənni Zahidə Günəş daha bir

Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Age

Hindistanda Bollivud aktyoru və rejissoru Manoc Kumar 87 yaşında vəfat edib.

Aktyor Murad İsmayıl həyat yoldaşı, həmkarı Ülviyə Xəlilbəyova ilə a

Bakı şəhər İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Azərbaycanlı rejissor Namiq Ağayev səhhətində problem yaranıb.

Şuşa Dövlət Musiqili Dram Teatrına baş rejissor təyin edilib.

Tanınmış aktyor, Əməkdar artist Vahid Əliyevin səhhətində problemlər y

Aysun İsmayılovanın ayrıldığı keçmiş həyat yoldaşı, vəkil Ramil Və

İtaliyada doğum sayında ciddi azalma müşahidə edilir, bu da ölkənin gəl

Xalq artisti Zülfiyyə Xanbabayeva yeni mahnısını təqdim edib.

İraqın Milli Dövlət Qüvvələri Koalisiyasının Prezidenti Ammar Əl-Hakim
