20 yaşı tamam olmayan vətəndaşların nəzərinə: Aprelin 20dək...


Digərləri 04 Mar 2025 12:10:00 115 0

20 yaşı tamam olmayan vətəndaşların nəzərinə: Aprelin 20dək...

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna tələbə qəbulu elan edilib.

Son.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - çəkisi 80 kq-dək - 10 dəfə və çəkisi 80 kq-dan yuxarı - 8 dəfə, qaçış - 100 metr məsafəyə 15 saniyə və 1000 metr məsafəyə 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 20 dəfə, gövdənin döşəmədən qaldırılıb-endirilməsi - 20 dəfə).

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün DİM-ə göndərilir.

İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. İnstitutda tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

İnstitutu müvəffəqiyyətlə bitirmiş məzunlara "İctimai təhlükəsizlik və idarəetmə" ixtisası və "Leytenant" hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2025-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul edilmir.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutuna qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və 2 nüsxədə notarial qaydada təsdiq olunmuş surəti), yaxın qohumlarının (ata, ana, qardaş, bacı) 2 nüsxədə şəxsiyyət vəsiqələrinin notarial qaydada təsdiq edilmiş surətləri,təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta, texniki peşə, orta ixtisas təhsili haqqında sənəd (attestatın, diplomun əsli və 2 nüsxədə notarial qaydada təsdiq edilmiş surəti) təqdim olunmalıdır.

Bunlarla yanaşı ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnaməni, 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (baş geyimsiz, rəngli, donuq kağızda), yaşayış yeri və ailə tərkibi haqqında arayışın da təqdim olunması lazımdır.

Qeyd edək ki, namizədlərin ərizə və sənədlərinin qəbulu 2025-ci il mart ayının 1-dən aprel ayının 20-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçirilir.

Son 30 ilin ən böyük meşə yanğını  Minlərlə insan təxliyə edildi like
  • 04 Mar 12:08  
Dünya Son 30 ilin ən böyük meşə yanğını Minlərlə insan təxliyə edildi

Yaponiyanın şimalında baş verən və son 30 ilin ən böyük meşə yanğın

arrow Ətraflı
İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır like
  • 04 Mar 12:00  
Siyasət İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır

"Azərbaycanın ən çox istifadə etdiyi və ya böyütdüyü məsələ re

arrow Ətraflı
Asan İmza niyə işləmir? like
  • 04 Mar 11:53  
Digərləri Asan İmza niyə işləmir?

Artıq bir neçə gündür ki, oxucular Asan İmzanın işləməməsi ilə bağl

arrow Ətraflı
Tramp Nobel Sülh Mükafatına namizəd göstəriləcək  "The Hill" like
  • 04 Mar 11:49  
Dünya Tramp Nobel Sülh Mükafatına namizəd göstəriləcək "The Hill"

ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Darrel İssa bildirib

arrow Ətraflı
Bakıda baş verən dəhşətli qəzaların görüntüləri yayıldı like
  • 04 Mar 11:43  
Digərləri Bakıda baş verən dəhşətli qəzaların görüntüləri yayıldı

Bir sürücünün məsuliyyətsizliyi, qaydalara əməl etməməyi ölüm və x�

arrow Ətraflı
Diqqət! Bu proqramları dərhal silin, yoxsa məlumatlarınız like
  • 04 Mar 11:34  
Digərləri Diqqət! Bu proqramları dərhal silin, yoxsa məlumatlarınız

Dünyanın ən populyar internet brauzeri olan "Google Chrome"un 16 ə

arrow Ətraflı
Hansı dövlət qulluqçularına 1200 manat veriləcək? like
  • 04 Mar 11:30  
Digərləri Hansı dövlət qulluqçularına 1200 manat veriləcək?

Dövlət  qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsi

arrow Ətraflı
Qlobal nizam dağılır: ABŞ artıq Qərbin qoruyucusu deyil? like
  • 04 Mar 11:24  
Siyasət Qlobal nizam dağılır: ABŞ artıq Qərbin qoruyucusu deyil?

Qərbin siyasi mənzərəsi ciddi dəyişikliklərə məruz qalır. ABŞ prezide

arrow Ətraflı
Yol nişanlarındakı Nardaran adı niyə "Sea Breeze"ə dəyişdirilib? like
  • 04 Mar 11:17  
Digərləri Yol nişanlarındakı Nardaran adı niyə "Sea Breeze"ə dəyişdirilib?

Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adın�

arrow Ətraflı
“Bank müflis olarsa, o əmanətlər geri qaytarılmır” like
  • 04 Mar 11:09  
Digərləri “Bank müflis olarsa, o əmanətlər geri qaytarılmır”

"Son zamanlar əmanət, xüsusən də xarici valyutada depozit faizlərind�

arrow Ətraflı
“Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir like
  • 04 Mar 11:02  
Digərləri “Abşeron” Ticarət Mərkəzinin ərazisində avtovağzal xidməti təşkil edilir

Martın 4-dən "Azerbaijan Ground Service" MMC tərəfindən "Ab�

arrow Ətraflı
Ağdamda insan qalıqları tapıldı like
  • 04 Mar 10:57  
Digərləri Ağdamda insan qalıqları tapıldı

Ağdamın Qalayçılar kəndi ərazisində sümüklər tapılıb.

arrow Ətraflı
Ermənistandan Rusiya ilə bağlı U dönüşü  Paşinyan gizli tapşırıq verdi like
  • 04 Mar 10:26  
Dünya Ermənistandan Rusiya ilə bağlı U dönüşü Paşinyan gizli tapşırıq verdi

Ermənistan xarici siyasət kursunu yenidən Rusiyaya doğru dəyişir.

arrow Ətraflı
Şəhid ataları vəfat etdi like
  • 04 Mar 10:19  
Digərləri Şəhid ataları vəfat etdi

Vətən müharibəsi şəhidi Kamran Quliyevin atası vəfat edib.

arrow Ətraflı