Prezident “Tatneft”, “KazMunayQaz” və “Uzbeknefteqaz” şirkətlərinin rəhbərlərini qəbul etdi FOTO
Siyasət 04 Mar 2025 10:54:00 75 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın "Tatneft" şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın "KazMunayQaz" şirkətinin idarə heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın "Uzbeknefteqaz" şirkətinin idarə heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.
Bu xəbəri də oxu: Azərbaycan və Şimali Makedoniya Saziş imzaladı
Son.az AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğuladı. Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft sirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini dedi, bu xüsusda səyləri birləşdirməyin önəminə toxundu.
Dövlətimizin başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd etdi.
Söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparıldı, onun ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu. Vurğulandı ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur.
Qeyd edildi ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.
Xəbərə aid video
Ermənistan xarici siyasət kursunu yenidən Rusiyaya doğru dəyişir.

Milli Məclisinin martın 7-də keçiriləcək növbəti plenar iclasının gün

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�

Ötən gün Mingəçevirdə dəm qazından zəhərlənərək vəfat edən Gülna

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əm

Qərb Rusiya Prezidenti Vladimir Putini dayandıra bilər və bunun üçün xüs

Bu həftə bəzi bürclər üçün əsl sınaq ola bilər.

Sülh üçün səyləri təqdir etmək tam mənzərəni kölgədə qoymamalıdı

"O ses Türkiye"nin növbəti bölümündə iştirakçılardan biri Az

Bu ilin martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutmaq insan

Əməkdar artist Rəşad İlyasov qızı Leyla ilə bağlı paylaşım edib.

Türkiyənin Antalya vilayətində qəfil yağan güclü yağış əsnasında ya

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunla

O, peşəkar aktyor, illüziyaçıdır. Səhnədəki hər hərəkəti, etdiyi h�
