Kimlər oruc tuta bilməz?


Digərləri 04 Mar 2025 08:59:00 92 0

Kimlər oruc tuta bilməz?

Bu ilin martın 1-dən Azərbaycanda Ramazan ayı başlayıb. Oruc tutmaq insan orqanizminin sağlamlığı üçün çox önəmlidir. Lakin səhhətində problemi və xroniki xəstəliyi olanlar üçün oruc tutmaq vacib buyrulmur. Belə üçün də oruc tutmaqla bağlı müəyyən təlimatlar var.

Bəs, kimlər oruc tuta bilməz?

Son.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşı, ilahiyyatçı-alim Samid Quliyev bildirib ki, 6 qrup insan oruc tuta bilməz.

"Aşağıdakı insanların üzərindən Ramazan ayının orucu götürülmüşdür:

1. Yaşın çox olma səbəbindən taqətsiz qocalar;

2. Müəyyən xəstəlikləri (mədə yarası və mədə xorası, şəkərli diabet və s.) olan adamlar;

3. Hamiləliyinin son aylarında olan qadınlar;

4. Süd verən qadınlar;

5. Mensturasiya və ya nifas dövründə olan qadınlar;

6. Səfərdə olan şəxslər; ".

İlahiyyatçı qeyd edib ki, qadınlarda baş verən hallar bitdikdən sonra, səfərdə olanlar isə vətənlərinə qayıtdıqdan sonra Ramazan orucunu qəza edirlər.

Hansı xəstəlikləri olan insanlar oruc tutmamalıdır?

Bu barədə qastroenteroloq Türkan Alyarova Trend-ə bildirib ki, bir sıra mədə-bağırsaq problemlərindən əziyyət çəkən insanlar vardır ki, onlar üçün oruc tutmaq müəyyən qədər problemlər yarada bilər:

"Eyni zamanda oruc tutmaq onların var olan şikayətlərini artıra bilər. Ona görə də əgər, mədə-bağırsaq probleminiz varsa, oruc tutmadan əvvəl mütləq şəkildə bir qastroenteroloqla məsləhətləşmək lazımdır. Bəzi problemlər sadalayacam ki, bu xəstəliklərdən əziyyət çəkən insanların oruc tutmadan öncə mütləq həkimlə məsləhətləşmələri vacibdir. Birinci növbədə mədə yarası, kəskin qastriti olan insanlar şikayətlərini oruc tutaraq artıra bilərlər. Çünki, orucluq dönəmində biz uzun müddət ac qaldığımız üçün mədə turşuluğu artır, bu da yaranın pisləşməsinə və sağalmasının gecikməsinə gətirib çıxarır. Kəskin mərhələdə qastriti olan insanlarda turşuluq artdığına görə, həm mədə yanması, həm də ağrı şikayətləri arta bilər".

Həkim qeyd edib ki, ikinci yerdə reflüks dayanır:

"Reflüks xəstəliyi mədə möhtəviyyatının qida borusuna geri qayıtması xəstəliyidir. Hansı ki, xəstələr döş qəfəsi arxasında ağrı, yanma, göynəmə şikayətlərindən, gəyirmədən əziyyət çəkirlər.

Oruc tutan zaman mədədə turşuluq artdığına görə, reflüks xəstələri də oruc tutanda mədədəki var olan artmış turşuluğun qida borusuna qayıtması nəticəsində reflüks şikayətləri arta bilir. Eləcə də sahurda ağır yemək yeyildiyi təqdirdə bu da reflüks şikayətlərini artıra bilir. Xüsusilə buna şirniyyat, un məmulatları aitdir. Bunlar ağır qidalar olduğuna görə, yeyilib, sonra gedib yatılması reflüks şikayətini artıracaq. Daha sonra isə deyə bilərəm qıcıqlanmış bağırsaq sindromunu. Son dönəmlərdə çox aktual olan bir problemdir. Buna əsəbi bağırsaq sindromu və ya mədə- bağırsaq nevrozu da deyirik. Stress, düzənsiz qidalanma, uzun müddət ac qalmaq qıcıqlanmış bağırsaq sindromunun şikayətlərini artıra bilər. Əgər xəstədə qəbizlik və ya ishal varsa, daha da pisləşə bilər".

"İltahabi bağırsaq xəstəliyi olan kron xəstəliyindən əziyyət çəkən insanlarda kəskinləşmə mərhələlərində oruc tutmaq həmin şəxslərin vəziyyətlərini pisləşdirə və ağırlaşdıra bilər. Mütləq bu insanlar həkim məsləhəti olmadan oruc tutmamalıdırlar. Mədə və ya həzim sistemi əməliyyatı keçirmiş insanlar da oruc tuta bilməz. Onlarda bağırsaq hərəkətliliyinin yavaşlaması sağalmanı və reabilitasiyanı ləngidir. Əgər xəstəmiz şiddətli qəbizlikdən və ya şiddətli ishaldan əziyyət çəkirsə, bunlar da mütləq nəzarətdə qalmalıdır. Çünki oruc əsnasında ac qalırıq və yetərli miqdarda su qəbul etmirik. Bu qəbizlik şikayətini kəskin artıra bilər. Eləcə də davamlı ishaldan əziyyət çəkən insanlarda bədən yüksək miqdarda maye itirdiyinə görə, və lazımi qədər su qəbul edilmədiyinə görə, ishal şikayətləri də olduqca artar. Sadaladığım xəstəliklərdən əziyyət çəkirsinizsə və oruc tutmaq niyətindəsinizsə, mütləq bir qastroenteroloqa müraciət edin, onun tövsiyyələri əsasında davranın",- deyə həkim əlavə edib. Son.az

Rəşad İlyasov qızının FOTOsunu paylaşdı like
  • 04 Mar 08:53  
Şou-biznes Rəşad İlyasov qızının FOTOsunu paylaşdı

Əməkdar artist Rəşad İlyasov qızı Leyla ilə bağlı paylaşım edib.

arrow Ətraflı
Yaşayış binasına ildırım düşdü  Evin tavanı deşildi  FOTO like
  • 04 Mar 08:46  
Digərləri Yaşayış binasına ildırım düşdü Evin tavanı deşildi FOTO

Türkiyənin Antalya vilayətində qəfil yağan güclü yağış əsnasında ya

arrow Ətraflı
İslam ölkələri BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmalıdır  Ərdoğan like
  • 04 Mar 08:26  
Digərləri İslam ölkələri BMT Təhlükəsizlik Şurasında veto hüququna malik olmalıdır Ərdoğan

Qlobal qərar qəbuletmə mexanizmlərinin dəyişən qlobal şəraitə uyğunla

arrow Ətraflı
“Adamı havaya qaldırmışam, aşağı enməyib”  Tofiq əmidən like
  • 04 Mar 08:21  
Digərləri “Adamı havaya qaldırmışam, aşağı enməyib” Tofiq əmidən

O, peşəkar aktyor, illüziyaçıdır. Səhnədəki hər hərəkəti, etdiyi h�

arrow Ətraflı
Zelenski Zalujnıya yeni vəzifə verdi like
  • 04 Mar 07:57  
Dünya Zelenski Zalujnıya yeni vəzifə verdi

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri

arrow Ətraflı
Orucluqda susuzluğu necə dəf edək? like
  • 04 Mar 07:40  
Digərləri Orucluqda susuzluğu necə dəf edək?

İnsan orqanizmi üçün su olduqca önəmlidir. Maddələr mübadiləsinin düz

arrow Ətraflı
Qazaxda minatəmizləmə əməliyyatlarına cəlb edilmiş işçi heyəti artırılacaq like
  • 04 Mar 07:33  
Digərləri Qazaxda minatəmizləmə əməliyyatlarına cəlb edilmiş işçi heyəti artırılacaq

Qazax rayonu ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatlar

arrow Ətraflı
“Onun bu hərəkəti hörmətsizlikdir”  Mehribanlar arasında qalmaqal like
  • 04 Mar 07:28  
Şou-biznes “Onun bu hərəkəti hörmətsizlikdir” Mehribanlar arasında qalmaqal

"İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlar

arrow Ətraflı
Pis günlər geridə qaldı  Bu bürc axır ki, xoşbəxtliyi dadacaq like
  • 04 Mar 07:15  
Digərləri Pis günlər geridə qaldı Bu bürc axır ki, xoşbəxtliyi dadacaq

Mart ayı bürcün bir çox əlamətləri üçün maliyyə və münasibətlərd�

arrow Ətraflı
İnternet üzərindən satılan dərmanlar təhlükəlidir? like
  • 04 Mar 07:08  
Digərləri İnternet üzərindən satılan dərmanlar təhlükəlidir?

Sosial şəbəkələr aptek kimi fəaliyyət  göstərir...Burada  satılan ə

arrow Ətraflı
Tramp Ukraynaya hərbi yardımı dayandırdı like
  • 04 Mar 06:54  
Dünya Tramp Ukraynaya hərbi yardımı dayandırdı

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb.

arrow Ətraflı
Azərbaycanda uşaq bağçası yandı  FOTO like
  • 04 Mar 06:51  
Digərləri Azərbaycanda uşaq bağçası yandı FOTO

Ucar rayonunda körpələr evi-uşaq bağcası yanıb.

arrow Ətraflı
Selena Qomezin 16 000 xırda şüşədən ibarət donu like
  • 04 Mar 06:47  
Şou-biznes Selena Qomezin 16 000 xırda şüşədən ibarət donu

Müğənni və aktrisa Selena Qomez libası ilə bütün diqqətləri üzərinə

arrow Ətraflı
Dollar dəyişir?  Tramp 100 dolların üzərində like
  • 04 Mar 06:19  
Dünya Dollar dəyişir? Tramp 100 dolların üzərində

100 dollarlıq əskinasda Benjamin Franklinin fotosunun yerinə prezident Donald

arrow Ətraflı
Evə uğur gətirən qədim İNANCLAR like
  • 04 Mar 06:06  
Digərləri Evə uğur gətirən qədim İNANCLAR

Qədim inanclara görə evə uğur və bərəkət gətirmək üçün müxtəlif

arrow Ətraflı