“Adamı havaya qaldırmışam, aşağı enməyib” Tofiq əmidən
Digərləri 04 Mar 2025 08:21:00 91 0
O, peşəkar aktyor, illüziyaçıdır. Səhnədəki hər hərəkəti, etdiyi hər fokus sadəcə bir oyun deyil, illərin zəhmətinin, sənətə olan sevginin göstəricisidir. Uşaqlığı 90-cı illərə təsadüf edənlər onu yaxşı xatırlayır. Həmin uşaqlar üçün o, Sehrbaz Tofiq əmidir.
Bu xəbəri də oxu: Kəmaləddin Heydərov ona vəzifə verdi
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Tofiq İsgəndərlidən gedir. Heyrətləndirən, təəccübləndirən və sevindirən sima.
İllər keçdi, o uşaqlar böyüdü, amma Tofiq İsgəndərli indi də səhnədədir, illüziyanın sehrini yaşatmağa davam edir. Hələ də həmin uşaqların "Sehrbaz Tofiq əmi"sidir. 63 yaşlı sənətkar ömrünün 42 ilini bu sənətə həsr edib. İllərini təəccüb dolu baxışlara və tamaşaçıları sevindirməyə verib. Amma indi fokus və illüziyanın əvvəlki qədər populyar olmadığını görürük. Bu və digər mövzular ətrafında elə Tofiq İsgəndərlinin özü ilə söhbət etdik.
Qəhrəmanımız 21 ildir ki, Bakı Uşaq və Gənclər teatrında (BUGT) çalışır.
Köhnə teatr binasının daxilində xüsusi bir sakitlik var, sanki buradakı hər divar illərin sənət yükünü daşıyır. Səhnəyə doğru irəlilədikcə, bizi mehriban təbəssümlə Tofiq əmi qarşılayır. Ətrafda illüziya aləmini xatırladan aksesuarlar, rekvizitlər gözə dəyir. Söhbətə başlamazdan əvvəl sənətkar bizi bir qədər müşahidə edir, sanki düşüncələrimizi oxumağa çalışır. Daha sonra isə "müsahibədən sonra sizə fokus göstərəcəyəm" deyərək gülümsəyir.
İllər onun işinə olan sonsuz sevgisindən heç nə qopara bilməyib. Buna səbəb nədir? Bu sevgi necə yaranıb? Elə söhbətə də bu suallarla başlayırıq. Tofiq bəy lap uşaqlıqdan bu sənətə marağı olduğunu deyir: "4-5-ci sinifdə oxuyarkən o vaxt kəndlərə gözbağlayıcılar gəlirdi. Mən də gedirdim, baxırdım. Bilmirəm həvəs haradan yaranmışdı, amma onların etdikləri iş mənə olduqca maraqlı idi. Öz kəndimizdə baxırdım, sonra onların dalınca gedib başqa kənddə də baxırdım. Mən izlədiklərimi çox primitiv bir şəkildə düzəltməyə başladım. Bizim evdə yay mətbəxi var idi. Orada qoyulan taxtın üstünə səhnə qururdum. Nənəmin önlüyünü çiyinlərimə salıb qabaq hissədən iplərini bağlayırdım. Kəlağayısından da çalma düzəldirdim. Öz yaşıdlarımı, dostlarımı, qohum uşaqları yığıb fokus göstərirdim. Bununla da həvəs daha da çoxaldı. O vaxt çox çətin idi. Fokusa aid kitablar tapmaq olmurdu. Televiziyada da belə proqramlar çox az idi. Buna baxmayaraq, bu həvəs getdikcə artdı və əsgərlik dövrümdə də mənə kömək oldu. Mən əsgər kimi həyat sürməmişəm. Öz xüsusi otağım var idi. Həm fotoqraf, həm kinomexanik idim. Tədbirlərdə olurdum".
Amma peşəkar olaraq bu sənətlə məşğul olmağa 1983-cü ildən başlayıb: Bakı Dövlət Sirkində işə başlayandan artıq 3 ay sonra məni manejə buraxdılar. Ondan sonra televiziyadan dəvət aldım. AzTV-də "Taptapmaca" adlı verilişə çəkilirdim. Mən gördüm ki, səhnə başqa şeydir, televiziya tamam başqa şey. Televiziya insanı tanıdır, sevdirir. Amma televiziya yaradıcılığa müəyyən bir hədd qoyur, canlı tamaşaçı, canlı təmas deyil. Həmin illər həm televiziyaya çıxırdım, həm də sirkdə işləyirdim. 15 il sirkdə işləmişəm, qastrollarda olmuşam. Beləcə davam edirdim. Bir də gördüm, ömrümün yarısından çoxunu bu sənətə vermişəm. Sənətdə həmişə yaxşı adamlara rast gəlmişəm. Yəni mənə təkan verən, mənə stimul verən..."
İndiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğu fakültəsini 1989-cu ildə bitirən Tofiq bəy deyir ki, aktyor kimi filmlərdə rol almayıb: "Yaxşı tələbə olmuşam, aktyor sənəti, səhnə danışıqlarından həmişə beş almışam. O vaxt məni teatra dəvət ediblər, ora getmək imkanım, şansım olub. Lakin getmədim. Tələbə vaxtı kütləvi səhnələrdə rol almışam. Sonra heç özüm də maraqlanmadım, davamı üçün müraciət etmədim. Görünür ki, bu sənətin sehri məni o birisindən daha çox çəkib".
O, 2001-ci ildə Çində keçirilən illüziyaçıların beynəlxalq festivalında ilin 20 ən yaxşı illüziyaçılarından biri seçilib. Azərbaycandakı Tİ-MAGİC illüziya teatrının yaradıcısıdır. Azərbaycan İllüzionistlər Assosiasiyasının prezidenti, Azərbaycan dilindəki "Fokuslar" kitabının müəllifidir. Bununla yanaşı, 2005-ci ildən İllüziaçıların Beynəlxalq Qardaşlıq Birliyinin üzvüdür. Amerikada yerləşən bu birlik dünyanın ən böyük, ən prestijli birliyidir. Dünyanın ən məşhur illüziyaçıları-Devid Kopperfild, Lans Burton bu birliyin üzvüdür.
Sənətkarla söhbət zamanı efir məsələsinə də toxundu. "Niyə daha Tofiq əmini efirdə görmürük?" sualına belə cavab verdi: "Düz 15 il "Sehrli güzgü" proqramında efirə çıxmışam. Mənim tanınmağımda da bu proqramın böyük köməyi olub. İndi də yenidən belə bir şey etmək olar. 15-20 dəqiqəlik, həftədə iki dəfə yayımlanan bir veriliş. Lakin hələ ki, belə bir təklif gəlməyib. Mən özüm vaxtilə təklif etdim bir neçə yerə, baxdılar, dedilər, pullu işdir, sponsor lazımdır, tapın... Mən neyləyirəm sponsoru? Niyə tapmalıyam?!"
Tofiq İsgəndərli deyir ki, bu gün fokus sənəti ölkəmizdə inkişaf etməyib. Səbəbini isə təbliğatın zəif olmasında görür: "Əvvəllər, sovet dönəmində təbliğat güclü idi, bu sənət haqqında daha çox məlumat var idi. Həmişə özfəaliyyət səviyyəsində olub, milli kadr yox idi. Buna səbəb də insanların özünün marağının olmaması idi. Bunun üçün də güclü təbliğat lazım idi.
Bu sənət elədir ki, özü adamı saxlayır. Lazım olmayanları isə ələyir. Fokus göstərməklə fokusçu olmaq fərqlidir. Hər hansı bir insan fokus göstərə bilər, amma fokusçu ola bilməz. Bizdə fokus göstərənlər var. Tədbirlərdə, ad günlərində, müəyyən korporotivlərdə fokus göstərib pul qazanırlar. Eləsi də var ki, maddiyyata görə marağı varsa da, getmir. Sözsüz ki, bu sənətdə maddiyyat istənilən qədər yüksək deyil. Sadəcə insanın öz daxilindən gələn bir istəkdir. Bu sənətlə xəstələnən insan heç vaxt əl çəkə bilmir".
Sənətkarın başqa qazanc yeri yoxdur. İllüziyaçının sözlərinə görə, hər şeyi fokusun sayəsində əldə edib: "Mən bu sənətə öz canımı qoymuşam və nəticəsini görmüşəm. İnsanın gündəlik yaşamı üçün lazım olan hər şey məndə var. Sadəcə artıq pulum yoxdur. Çünki mən sənətə gəlir mənbəyi kimi yox, sənət kimi baxmışam. 10 minlərlə qiyməti olan rekvizitlərim var. Qazandığımı rekvizitlərə, paltarlara, proqram hazırlamağa qoymuşam. Dövlət patenti almış altı illüziya nömrəsinin müəllifiyəm. Xaricə festivallara, qastrolla gedirəm. Amma bəziləri Biləcəridən o tərəfə çıxmaq istəmir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Böyük Britaniyadakı səfiri

İnsan orqanizmi üçün su olduqca önəmlidir. Maddələr mübadiləsinin düz

Qazax rayonu ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatlar

"İllərlə bu teatrın səhnəsində püxtələşmiş, müxtəlif obrazlar

Mart ayı bürcün bir çox əlamətləri üçün maliyyə və münasibətlərd�

Sosial şəbəkələr aptek kimi fəaliyyət göstərir...Burada satılan ə

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb.

Müğənni və aktrisa Selena Qomez libası ilə bütün diqqətləri üzərinə

100 dollarlıq əskinasda Benjamin Franklinin fotosunun yerinə prezident Donald

Qədim inanclara görə evə uğur və bərəkət gətirmək üçün müxtəlif

İş xanımı və blogger Nailə Əliyevanın iti itkin düşüb.

Sarımsaq sağlamlıq üçün faydalı olduğu üçün mənəvi və fiziki rifah

Amerikanın biznes nəşri "Forbes" Hollivud aktyor və aktrisaların�

Təcrübəli avtomobil ustası Skotti Kilmer sürücülərə xəbərdarlıq edib
