İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub
Siyasət 30 Mar 2025 15:24:00 71 0
Martın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.
Bu xəbəri də oxu: Ermənistan sülh gündəliyinə sadiqdir Paşinyan
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanın Baş naziri dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz növbəsində Məhəmməd Şahbaz Şərifi və Pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş Pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.
Pakistanın Baş naziri təbriklərə görə təşəkkürünü bildirib.
Məhəmməd Şahbaz Şərif bu il ölkəmizə dövlət səfərini və Prezident İlham Əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.
Telefon söhbəti zamanı Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.

Milli Hidrometeorologiya Xidməti martın 31-də Bakıda və Abşeron yarımadas

Luddizmdən (qəribə hobbilər, sosial baxımdan uyğunluq problemi, izaholunma

Sabirabad Rayon Mərkəzi Xəstəxanasında yeni doğulan körpə ölüb.

Bir neçə ölkədə Ramazan bayramı sabah qeyd olunacaq. Son.az azxeber.c

Yerin maqnit sahəsi və fırlanma hərəkətindən enerji əldə etməyi hədə

İran ABŞ Prezidenti Donald Trampın məktubuna cavab verib və cavab ABŞ-a ç

Türkiyə cənub sərhədlərində qeyri- sabitliyi davam etdirmək istəyənlə

Son 5 gün ərzində Bakıya region avtovağzallarından 2 847 reyslə 25 790 s�

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirl�

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb

Almaniyanın Şimal dənizindəki Vanqeroqe adası görünməmiş kadr böhranı

Antarktidadakı SANAE IV tədqiqat bazasında alimlər arasında yaranan gərgin

Aktrisa Ülviyyə Xalinbəyovanın başına maraqlı hadisə gəlib.
