Arıqlama dərmanı adı altında satılan təhlükəli preparatlar SİYAHI
Digərləri 29 Mar 2025 03:03:00 92 0
Arıqlıq və gözəllik axtaran insanlar internetdə şübhəli mənşəli peptid preparatları alaraq sağlamlıqlarını riskə atırlar.
Bu xəbəri də oxu: Hamilə qadının ilahiyyatçıya verdiyi SUAL VİDEO
Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti araşdırma aparıb.
Aşkar edilib ki, bəzi saytlarda "Tirzepatid" adlı dərman kosmetik vasitə kimi satılır. Halbuki bu preparat, "Ozempic", "Mounjaro" kimi piylənmə və şəkərli diabetin müalicəsi üçün istifadə olunan dərmanların analoqudur. Lakin rəsmi qeydiyyatdan keçmiş dərmanlardan fərqli olaraq, onlayn satılan "Tirzepatid"in istehsalçısı məlum deyil.
Beynəlxalq "Antikontrafakt" Assosiasiyası da bu məsələyə diqqət çəkərək bildirib ki, "Peptides Shop" (ad dəyişdirilib) adlı onlayn mağaza bu və digər güclü dərmanları kosmetik vasitə adı altında satır. Burada həmçinin "Gonadorelin" və "Rapamisin" kimi preparatlar da təklif olunur. Bunların hamısı əslində dərman vasitələri olduğu halda, kosmetika və qida əlavəsi kimi satılır.
"Tirzepatid" - 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsi üçün vasitə kimi təqdim edilir. Preparatın nəzarətsiz qəbulu həddindən artıq çəki itkisinə, qida maddələrinin çatışmazlığına və hətta dərman qəbulunun dayandırılmasından sonra çəkinin yenidən artmasına səbəb ola bilər.
"Rapamisin" - guya "kosmetik" preparat kimi təqdim edilir və ömrü uzatdığı iddia edilir. Əslində bu, transplantların rədd edilməsinin qarşısını almaq üçün istifadə olunan güclü immunodepressantdır. Onun yaşlanmaya qarşı effekti alimlər tərəfindən birmənalı sübut edilməyib, lakin nəzarətsiz qəbulun immuniteti azaltmağa, hormonal pozğunluqlara və ürək-damar xəstəlikləri riskini artırmağa səbəb ola biləcəyi məlumdur.
Populyar bir mifə görə, yemək zamanı su içmək zərərlidir - bu fikir art

İlk yaz günləri ilə birlikdə bir çox ailədə ənənəvi yaz təmizliyi ba

"Bank kartını icarəyə ver, hər ay 1000 manat qazan".

Əməkdar artist Nüşabə Ələsgərli Novruz tətilində Belçikada yaşayan q

"Kiyev ABŞ-nin verdiyi hərbi yardımı borc kimi qəbul etməyəcək"

"Bağçada bir iş olsaydı flankəs də işləyərdi". Uzun illər m�

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə daxilindəki ana müxalifə

Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi ge

Sabirabadda 27 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

Martın 28-də iki zəlzələnin (5,5 və 5,7 bal) baş verdiyi Qazaxıstanın C

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə avtomobil

ABŞ Dövlət Departamenti 2025-ci il iyulun 1-dək ABŞ Beynəlxalq İnkişaf A

Rusiya və Ukrayna arasında müharibədə həlak olanların meyitlərinin müba
