FHN “Yuxa” restoranını BAĞLADI
Digərləri 16 Fev 2026 16:12:00 75 0
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu xəbəri də oxu: Rusiyadan azərbaycanlılara şok qadağa
Nazirliyin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən "Yuxa" restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır;
- elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib;
- obyekt odsöndürən balonlarla tam təmin olunmayıb;
- obyektin bəzi daxili divarları yanar materiallarla üzlənilib;
- mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- obyektdə köçürmə yolunu göstərən nişanlar mövcud deyil;
- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş "Yuxa" restoranının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
"Komedixana" verilişinin son buraxılışında yaşanan bir məqam so
Türkiyəli məşhur aktrisa Burcu Özberk həm karyerası, həm də şəxsi hə
13 fevral tarixində VTB (Azərbaycan)-ın baş ofisində "Talassemiyasız
Türkiyəli müğənni Tarkan ilə bağlı maraqlı iddia yayılıb.
Xəbər verdiyimiz kimi, Vüqar Qurbanov "Tibbi Ərazi Bölmələrini İdar
Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati
"Səni axtarıram" verilişinə üz tutan bir qadının sözləri sosi
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxısta
Azərbaycan Rəssamlar İttifaqının qalereyasında rəssam Məryəm Ələkbər
Xanəndə Kəmalə Günəşli "Günə uğurla" verilişində səmimi e
Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətlərinə dəyişiklik
Bakıda daha bir ağır yol qəzası baş verib.
Tanınmış meyxanaçı Orxan Lökbatanlıdan üzücü xəbər var.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
