AZAL Şımkent şəhərinə müntəzəm reyslərə başlayır
Digərləri 16 Fev 2026 15:14:00 89 0
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxıstanın Şımkent şəhərinə uçuşlara başlayacaq. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.
Bu xəbəri də oxu: İcra başçısının ailəsində AĞIR İTKİ
Son.az xəbər verir ki, ilk reys 16 iyun 2026-cı il tarixində baş tutacaq. Aviaşirkətin uçuş cədvəlinə uyğun olaraq Bakı-Şımkent-Bakı reysləri:
16-27 iyun 2026-cı il tarixlərində həftədə iki dəfə - Bakıdan Şımkentə və əks istiqamətdə çərşənbə axşamı və şənbə günləri;
30 iyun 2026-cı il tarixindən etibarən isə həftədə üç dəfə olmaqla çərşənbə axşamı, cümə axşamı və şənbə günləri, əks istiqamətdə isə çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.
Qeyd edək ki, AZAL-ın genişlənən marşrut şəbəkəsində Şımkent Qazaxıstanın sayca 4-cü şəhəridir. 2025-ci il ərzində aviaşirkət Almatı, Astana və Aktau şəhərlərinə 850-yə yaxın müntəzəm uçuş (gediş-gəliş) həyata keçirib.
Əhali sayına görə Qazaxıstanın üçüncü ən böyük şəhəri olan Şımkent zəngin mədəni irsi və müasirliyi ilə seçilir. Şəhər canlı küçələri, yaşıl parkları və qonaqpərvərliyi ilə turistləri cəlb edir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
Aysel Son.az
Azərbaycan Rəssamlar İttifaqının qalereyasında rəssam Məryəm Ələkbər
Xanəndə Kəmalə Günəşli "Günə uğurla" verilişində səmimi e
Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətlərinə dəyişiklik
Bakıda daha bir ağır yol qəzası baş verib.
Tanınmış meyxanaçı Orxan Lökbatanlıdan üzücü xəbər var.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Azərbaycan Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı&q
Əməkdar artist Babək Niftəliyev "Rəngarəng" verilişində səsl�
"Gavali" şirkəti azərbaycanlı dizayner Aleksandra Salamakinaya 50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasın
Ölkəmizdə taxtadan tikilən A-frame tipli evlər son illərdə həm estetik g
Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi
Hazırda Avropada yaşayan bloqer Emin Hüseynovun 2014-cü ilin avqustundan cin
Bir müddət əvvəl səhhətində problem yarandığı üçün bir neçə gün
