TƏBİBin yeni icraçı direktoru kimdir? DOSYE
Digərləri 16 Fev 2026 15:25:00 85 0
Xəbər verdiyimiz kimi, Vüqar Qurbanov "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) icraçı direktoru vəzifəsindən azad olunub və yeni təyinata qədər icraçı direktorun səlahiyyətləri direktor müavini Anar İsrafilova tapşırılıb.
Bu xəbəri də oxu: DYPdən piyadalara XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, Anar İsrafilov Azərbaycan Tibb Universitetində pediatriya ixtisası, eləcə də Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi üzrə təhsil alıb. Sonra Azərbaycan Tibb Universitetində nefrologiya ixtisası üzrə doktorantura pilləsi üzrə təhsilini davam etdirib.
Bir sıra dövlət və özəl tibb müəssisələrində uşaq nefroloqu kimi işləyib. 2006-2022-ci illər ərzində Səhiyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Səhiyyə nazirinin köməkçisi, Səhiyyə Nazirliyinin səhiyyənin təşkili şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
Anar İsrafilov 2022-ci il noyabrın 30-dan TƏBİB-in icraçı direktorunun müavinidir.
Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin məzunudur. 2000-2001-ci illərdə 5 nömrəli Şəhər Klinik Xəstəxanasında nevrologiya ixtisası üzrə həkim-intern, 2001-2016-cı illərdə həkim-nevroloq kimi fəaliyyət göstərib. 2016-2018-ci illərdə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İcbari tibbi sığorta şöbəsinin müdiri, 2018-ci ildən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi İddialar Departamentinin rəhbəri kimi çalışıb. 2021-2022-ci illərdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edib. 8 sentyabr 2022-ci ildən TƏBİB-in icraçı direktoru olub.
Asya Son.az
Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 2 saylı sahə inzibati
"Səni axtarıram" verilişinə üz tutan bir qadının sözləri sosi
Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayından etibarən Qazaxısta
Azərbaycan Rəssamlar İttifaqının qalereyasında rəssam Məryəm Ələkbər
Xanəndə Kəmalə Günəşli "Günə uğurla" verilişində səmimi e
Həqiqi hərbi xidmətin və sərəncamda olmanın müddətlərinə dəyişiklik
Bakıda daha bir ağır yol qəzası baş verib.
Tanınmış meyxanaçı Orxan Lökbatanlıdan üzücü xəbər var.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Azərbaycan Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı&q
Əməkdar artist Babək Niftəliyev "Rəngarəng" verilişində səsl�
"Gavali" şirkəti azərbaycanlı dizayner Aleksandra Salamakinaya 50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasın
Ölkəmizdə taxtadan tikilən A-frame tipli evlər son illərdə həm estetik g
Dumanlı hava ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi
