"Card to card" dövrü bitir? Hər kəsin bilməli olduğu


Digərləri 08 Fev 2026 00:15:00 82 0

"Card to card" dövrü bitir?  Hər kəsin bilməli olduğu

Azərbaycanda kartdan karta pul köçürmələri sahəsində yeni mərhələ başlayıb. Artıq "card to card" əməliyyatları kart prosesinq sistemi üzərindən deyil, Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilir. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu dəyişiklik bankların daxili infrastrukturunda yeniliklər yaradır və onlara bir sıra texnoloji və əməliyyat üstünlükləri qazandırır. Maraqlıdır, AÖS-ün üstünlükləri nədir? Bu sistem gündəlik pul əməliyyatlarını nə dərəcədə asanlaşdıracaq?

Son.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Milli magistral yol"

Maliyyə eksperti İsmayıl Məmmədov deyir ki, Ani Ödənişlər Sistemi (AÖS) müxtəlif banklardakı hesablar arasında pul köçürmələrini bir neçə saniyədə həyata keçirən milli ödəniş infrastrukturudur: "Onu ölkə daxilində işləyən, mərkəzləşdirilmiş "pul körpüsü" kimi təsəvvür edə bilərsiniz. Ən əsası, AMB tərəfindən idarə olunur və əməliyyatlar birbaşa bank kartları deyil, bank hesabları səviyyəsində aparılır. Deyək ki, əvvəllər "card to card" köçürməsi üçün pul, xarici və ya beynəlxalq kart şəbəkələrinin içindən keçməli idi. Bu, bəzən vaxt ala bilərdi və müəyyən riskləri də var idi. İndi isə bu əməliyyat AÖS adlı yeni, geniş və sürətli bir "milli magistral yol"a yönləndirilir. Yəni, pul köçürməsi birbaşa Azərbaycan daxilində, Mərkəzi Bankın nəzarəti altında və daha qısa marşrutla həyata keçirilir. Bu, prosesi daha sürətli, daha təhlükəsiz və banklar üçün daha səmərəli edir".

"Əsaslı və müsbət dəyişikliklər gətirir"

Ekspert deyir ki, bu keçid banklar üçün əsaslı və müsbət dəyişikliklər gətirir: "İlk növbədə xərcləri azaldır. Mərkəzi Bank AÖS üzrə bu xidmətə görə banklardan xidmət haqqı tutmur. Əvvəlki xarici şəbəkələr üzrə xidmət haqqı ödənilirdi. Həmçinin, proseslər optimallaşdırılır. Yəni, birdən çox xarici tərəflə işləmək əvəzinə, bütün daxili köçürmələr üçün vahid bir milli sistemə keçid bankların daxili iş proseslərini sadələşdirir. Təhlükəsizliyin güclənməsi isə, ən kritik dəyişiklikdir. Köhnə sistemdə bank yalnız kart nömrəsini görürdü. AÖS-də isə əməliyyatlar hesab səviyyəsində aparıldığı üçün həm göndərən, həm də alan tərəf daha dəqiq identifikasiya olunur. Bu, fırıldaqçılıq əməliyyatlarının anında aşkarlanmasına və kart məlumatlarının oğurlanması riskinin azalmasına kömək edir".

"Birbaşa xərc aradan qalxır"

Mütəxəssis vurğulayır ki, bankların bu əməliyyat üçün Mərkəzi Banka ödədiyi birbaşa xərc aradan qalxır: "Bu, banklara komissiyaları azaltmaq və ya yenidən nəzərdən keçirmək üçün real fürsət yaradır. Hər bank öz tarif və qiymət siyasətini müstəqil formalaşdırır. Sistem xərcləri aşağı salır, amma bunun müştəriyə endirim şəklində ötürülməsi hər bir bankın strateji qərarından asılıdır. Sistem sürətlidir. Köçürmələr bir neçə saniyə ərzində başa çatacaq. Sistemin fırıldaqçılığa qarşı daha güclü nəzarət imkanları olduğunu bilmək rahatlıq verəcək. Əlavə olaraq, bütün daxili köçürmələrin vahid, sürətli bir kanaldan getməsi, texniki problem ehtimallarını da aşağı sala bilər. Bu keçid yalnız texniki bir dəyişiklik deyil, Azərbaycanda ödəniş ekosisteminin daha müstəqil, sürətli, təhlükəsiz və səmərəli olması istiqamətində atılmış böyük bir addımdır. Müştərilər bunun faydasını birbaşa sürət və təhlükəsizlikdə hiss edəcək, uzunmüddətli perspektivdə isə tariflərdə də müsbət dəyişikliklər gözləmək olar".


Xəbərə aid fotolar

Günün qoroskopu: Taleyin sizə verdiyi işarələr sakitdir like
  • 08 Fev 00:01  
Digərləri Günün qoroskopu: Taleyin sizə verdiyi işarələr sakitdir

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Hüseyn Dəryanın oğlu: “Heç yadıma gəlmir səndən pul götürüb çölə çıxdığım”  FOTO like
  • 07 Fev 23:41  
Şou-biznes Hüseyn Dəryanın oğlu: “Heç yadıma gəlmir səndən pul götürüb çölə çıxdığım” FOTO

Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangir atası ilə bağlı paylaşım e

arrow Ətraflı
Həmin müəllimlə bağlı tədbir görüldü  VİDEO like
  • 07 Fev 23:35  
Digərləri Həmin müəllimlə bağlı tədbir görüldü VİDEO

Sosial şəbəkələrdə Bərdə rayon Lənbəran kənd tam orta məktəbində d

arrow Ətraflı
Bakıda əkizlərin ölümündə müəmmalı "boya" detalı like
  • 07 Fev 23:22  
Digərləri Bakıda əkizlərin ölümündə müəmmalı "boya" detalı

Paytaxtın Xətai rayonu, Əhmədli ("kənd Əhmədli") qəsəbəsind�

arrow Ətraflı
ABŞ İranla ticarət edən bütün ölkələrə 25%lik rüsum tətbiq edir like
  • 07 Fev 23:04  
Dünya ABŞ İranla ticarət edən bütün ölkələrə 25%lik rüsum tətbiq edir

ABŞ Prezidenti Donald Tramp İrandan birbaşa və ya dolayı yolla mal və xidm

arrow Ətraflı
Vensin Azərbaycana səfərinin tarixi açıqlandı like
  • 07 Fev 22:51  
Siyasət Vensin Azərbaycana səfərinin tarixi açıqlandı

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistan və Azərbaycana səfə

arrow Ətraflı
Samir Bağırov plastik əməliyyatdan əvvəl  Video like
  • 07 Fev 22:09  
Şou-biznes Samir Bağırov plastik əməliyyatdan əvvəl Video

Müğənni Samir Bağırovun plastik əməliyyatdan əvvəlki görüntüsü yay�

arrow Ətraflı
İftardan sonra həzmi asanlaşdıran möcüzəvi bitki çayları like
  • 07 Fev 21:48  
Digərləri İftardan sonra həzmi asanlaşdıran möcüzəvi bitki çayları

Uzunmüddətli aclıqdan sonra iftar süfrəsində qəbul edilən qidalar bəzə

arrow Ətraflı
“Kızılcık Şerbeti”ndə yeni sima like
  • 07 Fev 21:34  
Şou-biznes “Kızılcık Şerbeti”ndə yeni sima

"Kızılcık Şerbeti" serialı hekayəsini yeni personajlarla genişl

arrow Ətraflı
Azərbaycanda məşhur istirahət mərkəzi yandı like
  • 07 Fev 21:20  
Digərləri Azərbaycanda məşhur istirahət mərkəzi yandı

İsmayıllıda istirahət mərkəzində yanğın baş verib.

arrow Ətraflı
ABŞ Dövlət katibinin müavini Azərbaycana gələcək like
  • 07 Fev 21:17  
Siyasət ABŞ Dövlət katibinin müavini Azərbaycana gələcək

ABŞ Dövlət katibinin İqtisadi məsələlər üzrə müavini Ceykob Helberq f

arrow Ətraflı
Gündə nə qədər protein qəbul etməliyik? like
  • 07 Fev 21:10  
Digərləri Gündə nə qədər protein qəbul etməliyik?

Protein bədənimizin "tikinti materialıdır". Saçımızdan dırnağ

arrow Ətraflı
AZTVnin sədr müavininə like
  • 07 Fev 20:53  
Digərləri AZTVnin sədr müavininə

Azərbaycan Televiziyasının sədr müavini Rafiq Həşimova ağır itki üzv v

arrow Ətraflı
Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir  Atası biznesmen, babası isə.. like
  • 07 Fev 20:38  
Digərləri Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir Atası biznesmen, babası isə..

"İdrak" liseyində şagirdin müəllimini güllələməsi ilə nətic

arrow Ətraflı