DYPdən xəbərdarlıq Son dərəcə ehtiyatlı olsunlar
Digərləri 04 Fev 2026 09:23:00 77 0
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına çağırış edib.
Bu xəbəri də oxu: Toyuğun həmin hissələrini yemək olmaz Kəsib atın
İdarədən Son.az-a verilən məlumata görə, hazırda əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkənin bir sıra şəhər və rayonlarında yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Vurğulanıb ki, mövcud hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı artır:
"Ayrı-ayrı ərazilərdə, xüsusən də qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorusunlar, müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına tam əməl etsinlər.
Bir daha bütün yol hərəkəti iştirakçılarını diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət və diqqətli davranış mümkün risklərin qarşısını almağın əsas şərtidir.
Son.az
Bu dəqiqələrdə Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliy
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqəda
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar ol
Mütəxəssislər bildirir ki, evdə istilik itkisinin böyük bir hissəsi dö�
Smartfon asılılığından, sonsuz bildirişlərdən və sosial medianın gərg
Toyuq əti bir çox insanın sevimli qidasıdır, lakin bəzi hissələrinin sa�
Araşdırmalar göstərir ki, oyandıqdan dərhal sonra içilən qəhvə bədən
Mütəxəssislər bildirirlər ki, insanın şüuraltı hərəkətləri sözlər
"Gözlənilməz ailə" adlı dram filminin premyerası zamanı dünya
Bir çoxumuz meyvələri aldıqdan dərhal sonra soyuducuya qoymağın onları q
"Survivor"da yarışan müğənni Doğuş uzun zaman sonra ilk dəfə
Harvard Universitetinin apardığı yeni araşdırma gec saatlarda yuxuya gedən
Leyla Əliyeva fevralın 3-də Əbu-Dabidə Şeyx Zayed məscidini ziyarət edib
