Su idarəsinin "əməkdaşı" yaşlı qadını pulunu aldı, telefonunu oğurladı
Digərləri 31 Yan 2026 21:25:00 72 0
Bakıda özünü su idarəsinin əməkdaşı kimi qələmə verib, yaşlı ev sahibini aldadan şəxs həbs olunub.
Bu xəbəri də oxu: Həftəsonu yollarda tələskənlik, diqqətsizlik... – Sürücülərə
Son.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonunda baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Şamil Əfəndiyev saat 15:30-da evin qapısını döyərək, özünü su idarəsinin işçisi kimi təqdim edib və evin yaşlı sakini Raisə adlı qadına sayğacın xarab olduğunu, bu səbəbdən artıq pul yazdığını və dəyişdirilməli olduğunu deyib. Bundan sonra isə ona 500 manat pul qaytarılacağını bildirib.
O, sayğacın dəyişdirilməsi üçün 240 manat pul istəyib. Qadın isə ona inanıb, xırda pulu olmadığına görə 300 manat verib. Həmin şəxs pulu xırdalamaq adı ilə həyətə düşərək ərazini tərk edib.
Onun zərərçəkmiş qadının "Nokia" markalı mobil telefonunu oğurlayıb getdiyi də məlum olub.
Dərhal hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" xidmətinə və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Şöbəsinə məlumat verilib və faktla bağlı araşdırma başlayıb.
Təqsirləndirilən şəxs saxlanılaraq, məhkəmə qarşına çıxarılıb. Məhkəmənin hökmü ilə Şamil Əfəndiyev İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 3 ay müddətə həbs edilib.
Yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran �
Ağdamda kişi həyat yoldaşına balta ilə xəsarət yetirib.
Bəzi bürclər astroloji təhlillərdə daha çox "uğursuz" və ya &
2026-cı il yanvarın 31-də "Baku Marriott Hotel Boulevard" mehmanxan
Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çat
Azərbaycan Dövlət Filarmoniyasının solisti Taleh Yahyayev efirdə səslənd
Zəngəzur Milli Parkında nadir quş növünün unikal görüntüləri qeydə a
Müğənni Aysun İsmayılova son açıqlaması ilə diqqət mərkəzinə düş�
Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətində (RİH) struktur dəyişikl
"Dünyanın ən şirin yarışması" adlı video sosial şəbəkələr
Bir toy mərasimində gəlinin uşaqlara qarşı əsəbi reaksiyası sosial şə
Xalq artisti Aygün Kazımovanın çıxışı zamanı səhnədə gözlənilməz
Musavat.com xəbər verir ki, Cefri Epşteyn işi ilə bağlı ictimaiyyətə a�
Meyxanaçı Ağamirzə sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə d
