Marqo 54 il sonra həmin boyunbağını taxdı
Şou-biznes 31 Yan 2026 07:07:00 79 0
Los-Ancelesdə baş tutan premyerada Marqo Robbi təkcə geyimi ilə deyil, həm də boynundakı tarixi incə ilə diqqət mərkəzində olub. Aktrisa Elizabet Teylorun məşhur "Tac Mahal" almazını taxıb.
Bu xəbəri də oxu: Rəşid Behbudovun nəvəsi həyat yoldaşı ilə
Son.az xəbər verir ki, bu boyunbağı Hollivudun ən ikonik zinət əşyalarından biridir.
Riçard Berton bu almazı 1972-ci ildə Elizabet Teylorun 40 illik yubileyi münasibətilə ona hədiyyə etmişdi.
Almazın tarixi 17-ci əsrə, Böyük Moğol İmperiyasına dayanır. O dövrün imperatoru tərəfindən xanımı Nur Cahana hədiyyə edilib.
Ürək formasında olan bu almazın üzərində fars dilinin dialekti olan parsi dilində "Eşq əbədidir" sözləri həkk olunub. Filmin (Uğultulu təpələr) mövzusunun da ehtiraslı və sonsuz sevgi olduğunu nəzərə alsaq, Marqo Robbinin bu seçimi olduqca simvolik hesab olunur.
Almaz qızıl, nefrit (jade) və xüsusi zəncirlə bəzədilib. Bu zənciri "Cartier" brendi orijinal ipək kordon üslubunda hazırlayıb.
Boyunbağı sonuncu dəfə 2011-ci ildə Elizabet Teylorun şəxsi əşyalarının hərracı zamanı 8.8 milyon dollara satılıb.
Marqo Robbi qırmızı xalçaya "Schiaparelli" moda evinin qara və qırmızı rəngli lüks libasında çıxıb. Maraqlı məqam odur ki, aktrisa təkcə boyunbağını deyil, həm də Elizabet Teylorun 1967-ci ildə "İnadkarın ram edilməsi" filmində geyindiyi tarixi plaşı da (cape) üzərinə keçirib. Lalə Qüdrətova Son.az
Xəbərə aid video
90-cı illərdə Azərbaycanda keçirilən toy mərasimindən yayılan görünt�
Qış aylarında elektrik və isitmə sistemi olmadıqda evdə soyuqdan qorunmaq
Aparılan araşdırmalar göstərir ki, bir çox parfüm və kosmetik məhsulun
Sosial şəbəkələrdə əsgərliyə yola düşən gəncin atasına etdiyi səm
Bir çox səyahətçinin ortaq müşahidəsi budur: "Xaricdə doyunca çör
Müğənni Elnarə Xəlilova həmkarı Xatirə İslamın ona ünvanladığı sua
Bir çoxumuz şüşə bankaları təkrar istifadə etmək üçün saxlayırıq.
Əfsanəvi müğənni Rəşid Behbudovun qızı, Əməkdar artist Rəşidə Behb
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin bani
Yanvarın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevr�
BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT B�
Türkiyəli aktrisa Hande Erçel Paris Moda Həftəsində iştirak edib.
Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana
