Rəsulzadənin anadan olmasından 142 il ötür


Digərləri 31 Yan 2026 00:00:00 84 0

Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür.

Son.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

Gənc yaşlarında sosial demokratlarla birgə "Hümmət" təşkilatının yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu ildə İrana mühacirət edən Rəsulzadə bir müddət orada "İrane-nou" qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan sonra Türkiyəyə mühacirət edib.

O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib.

1918-ci ildə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra həbs edilib. Az sonra Stalinin göstərişi ilə həbsdən azad edilərək Moskvaya aparılıb. Stalinin təkidlərinə baxmayaraq, sovet hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.

Məhəmməd Əmin Rəsulzadə 1955-ci ilin martın 6-da Ankarada vəfat edib.

1992-ci il dekabrın 24-də Azərbaycan Prezidenti Əbülfəz Elçibəy "Görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin totalitar sovet rejimi dövründə repressiyaya məruz qalmış ailə üzvlərinin Azərbaycana qaytarılması və onların sosial-məişət məsələlərinin həlli haqqında" sərəncam imzalayıb.

29 dekabr 1993-cü ildə Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" sərəncam imzalayıb.

22 noyabr 2013-cü ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam verib. Sərəncama əsasən, respublikada və respublikadan kənarda silsilə yubiley tədbirləri keçirilib.

Həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ili münasibətilə Prezident İlham Əliyev tərəfindən 2018-ci il "Cümhuriyyət İli" elan edilib.

Prezident İlham Əliyev 30 dekabr 2023-cü ildə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Son.az 

Leyla Əliyeva BMTnin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub like
  • 30 Yan 23:55  
Kriminal Leyla Əliyeva BMTnin Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub

Yanvarın 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevr�

arrow Ətraflı
Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub like
  • 30 Yan 23:53  
Siyasət Leyla Əliyevanın iştirakı ilə Cenevrədə Xəzər dənizinin ekoloji problemləri müzakirə olunub

BMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycanın Cenevrədəki BMT B�

arrow Ətraflı
9 min manatliq ayaqqabıları ilə gündəmdə like
  • 30 Yan 23:29  
Şou-biznes 9 min manatliq ayaqqabıları ilə gündəmdə

Türkiyəli aktrisa Hande Erçel Paris Moda Həftəsində iştirak edib.

arrow Ətraflı
Leyla Əliyeva BMTnin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb like
  • 30 Yan 23:16  
Digərləri Leyla Əliyeva BMTnin Cenevrədəki ofisinin baş direktoru ilə görüşüb

Leyla Əliyeva Cenevrədə BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana

arrow Ətraflı
"Kevinin anası" vəfat etdi like
  • 30 Yan 23:06  
Şou-biznes "Kevinin anası" vəfat etdi

"Evdə tək" filminin unudulmaz anası və "Schitt's Creek&qu

arrow Ətraflı
Suxarını bir kənara qoyun  duzlu çubuq krakerli xırtıldayan toyuq resepti like
  • 30 Yan 23:00  
Digərləri Suxarını bir kənara qoyun duzlu çubuq krakerli xırtıldayan toyuq resepti

Adətən toyuq panesi üçün istifadə edilən suxari bəzən istənilən xırt

arrow Ətraflı
Tiktoker Müjgan polisə çağırıldı  barəsində şikayət var like
  • 30 Yan 22:38  
Digərləri Tiktoker Müjgan polisə çağırıldı barəsində şikayət var

Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb. 

arrow Ətraflı
Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi like
  • 30 Yan 22:30  
Digərləri Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar ola

arrow Ətraflı
Fatih Ürek vəfat etdi like
  • 30 Yan 21:53  
Şou-biznes Fatih Ürek vəfat etdi

Türkiyə şou-biznesinin tanınmış simalarından olan Fatih Ürək uzun müdd

arrow Ətraflı
Prezidentin təltif etdiyi gənclər like
  • 30 Yan 21:43  
Digərləri Prezidentin təltif etdiyi gənclər

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər

arrow Ətraflı
Tanınmış azərbaycanlı polkovnik vəfat etdi  FOTO like
  • 30 Yan 21:35  
Digərləri Tanınmış azərbaycanlı polkovnik vəfat etdi FOTO

Rusiya Daxili İşlər Nazirliyinin təqaüddə olan polkovniki Vidadi İslam o�

arrow Ətraflı
Türkiyədən qaçan fenomenlə bağlı qərar verildi like
  • 30 Yan 18:00  
Şou-biznes Türkiyədən qaçan fenomenlə bağlı qərar verildi

İstanbul 4-cü Sülh Cəza Məhkəməsi sosial media fenomeni Merve Taşkın v�

arrow Ətraflı
Bəhruz Əhmədova yeni köməkçi təyin olundu like
  • 30 Yan 14:22  
Digərləri Bəhruz Əhmədova yeni köməkçi təyin olundu

Respublika Hərbi Prokuroruna yeni böyük köməkçi təyin edilib.

arrow Ətraflı
"Millimənəvi dəyərlər" anlayışının tərifi, açıqlaması veriləcək" like
  • 30 Yan 14:20  
Digərləri "Millimənəvi dəyərlər" anlayışının tərifi, açıqlaması veriləcək"

Yeni mədəniyyət konsepsiyası çərçivəsində milli-mənəvi dəyərlərin

arrow Ətraflı