Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Digərləri 29 Yan 2026 22:09:00 78 0
Leyla Əliyevanın təşəbbüsü ilə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Berlindəki "Tierpark" heyvanat parkından 12 zubr Azərbaycana yola salınıb. Bundan əlavə, Almaniyanın Bad Berleburq şəhərindən də 6 zubr ölkəmizə göndərilib.
Bu xəbəri də oxu: 14 Fevral üçün restoran QİYMƏTLƏRİ Toydan baha başa gəlir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, zubrların ölkəmizə göndərilməsi prosesini Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Berlinin "Tierpark" heyvanat parkının direktoru Andreas Knieriem və digər aidiyyəti qurumların nümayəndələri müşahidə ediblər.
Zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Bu cüssəli vəhşi öküzlər qədim zamanlardan insanlar tərəfindən güc rəmzi kimi qəbul olunub. Qobustan qayalarının üstündə vəhşi zubrların cizgilərinin əks olunması da bunun göstəricisidir. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Qafqaz dağlarında sonuncu zubr 1927-ci ildə öldürülüb. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən həyata keçirilən araşdırmaların nəticəsi olaraq, təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb.
2012-ci ilin sonlarından etibarən zubrların ölkəmizin vəhşi təbiətinə reintroduksiya edilməsi istiqamətində IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyi tərəfindən intensiv iş aparılır. IDEA İctimai Birliyi ilə Şahdağ Milli Parkı arasında imzalanmış Əməkdaşlıq Sazişinə əsasən, nəsli kəsilmiş zubrların bərpası və onların ölkə təbiətinə reintroduksiya olunması, digər növ vəhşi heyvanların elmi məqsədlərlə artırılması üçün Şahdağ Milli Parkının İsmayıllı bölməsində 305 hektar sahə ayrılıb, ərazidə zubrların çoxaldılıb təbiətə buraxılması üçün kompleks inşa edilib.
2019-cu ilin may ayından etibarən isə müxtəlif ölkələrdən, o cümlədən Almaniyadan Azərbaycana zubrlar gətirilir. Həmin heyvanlar uğurla adaptasiya dövrünü keçir və aralarında təbii artım müşahidə edilir, iqlimləşmə müddətindən sonra isə onlar xüsusi adaptasiya zonasından vəhşi təbiətə buraxılır.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev media nümayəndələrinə müsahibəsində deyib: "Bu gün Berlin zooparkındayıq və mühüm bir hadisəyə şahidlik edirik. 2019-cu ildən IDEA təşkilatının dəstəyi ilə Almaniya ilə çox gözəl bir layihə həyata keçirilir. Belə ki, həm Almaniyada, həm də Avropanın müxtəlif ölkələrində olan zooparklardakı zubrlar Azərbaycana gətirilir və azadlığa buraxılır, təbiətə qaytarılır. Bu, Azərbaycanın təbii müxtəlifliyə, ətraf mühitin qorunmasına verdiyi böyük dəyərin göstəricisidir. Bu, eyni zamanda, Azərbaycanın Almaniya ilə tərəfdaşlığının gözəl bir nümunəsidir."
Zubrlar Azərbaycana göndərilməsi üçün Berlin zooparkından nəqliyyat vasitələrinə yüklənərək Frankfurt şəhərinə çatdırılıb və oradan da ölkəmizə yola salınıb. Bu zubrlar Azərbaycana çatdırıldıqda bir müddət volyer şəraitində saxlanacaq, adaptasiya dövrünü keçdikdən sonra təbiətə buraxılacaq.
Berlinin "Tierpark" heyvanat parkının direktoru Andreas Knieriem müsahibəsində ümumilikdə 18 zubrun yola salınacağını vurğulayaraq bunun indiyədək bir uçuşda daşınan ən böyük zubr qrupu olacağını qeyd edib. İndiyədək Azərbaycana bir neçə daşınma ilə müxtəlif zooparklardan gətirilmiş 46 zubrun yola salındığını bildirən Andreas Knieriem deyib: "Onların bir qismi buradan - "Tierpark"dan, digərləri isə Almaniyanın müxtəlif zooparklarından, xüsusilə Çexiyadan gətirilib. Bu 46 heyvan artıq Azərbaycanda bir araya gəlib və onlar artıq balalayıb. Beləliklə, zubrların sayı 46-dan bu gün təxminən 70-72 aşa çatıb. Bu gün yola salınanları da nəzərə aldıqda Azərbaycandakı zubrların sayı təxminən 90-a yaxınlaşacaq. Demək olar ki, Azərbaycan artıq çox güclü və sağlam zubr populyasiyasına malikdir. Ümid edirəm ki, qarşıdakı illərdə biz bu prosesə daha çox töhfə verə biləcəyik və Azərbaycanda daha çox bala doğulacaq, ölkə zubrların qorunması sahəsində aparıcı yerlərdən birini tutacaq. Bu isə təbiət üçün, biomüxtəlifliyin qorunması və zubrların davamlılığı baxımından son dərəcə vacibdir.
Fürsətdən istifadə edərək, həm prosesin uğurla həyata keçirilməsinə, həm də iki ölkə arasında real və səmimi əməkdaşlığa görə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Belə nümunəvi və etibarlı tərəfdaş olduğu üçün Azərbaycana bir daha təşəkkür edirəm".
Layihənin 2028-ci ilə qədər davam etdirilməsi və zubrların sayının 100 başa çatdırılması nəzərdə tutulur. Layihə zubrların təbiətimizə qaytarılmasına yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün mütəmadi qaydada müxtəlif maarifləndirmə tədbirləri, o cümlədən yay düşərgələri təşkil olunur. Son.az
Xalq artisti, kinorejissor Şeyx Əbdül xəstəxanaya yerləşdirilib.
Norveçin Şimal Qütbü yaxınlığındakı Svalbard adasında yerləşən və
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
İranda baş verən hadisələrlə bağlı sizin sayta öncədən proqnoz vermi�
Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Məd�
Devid və Viktoriya Bekhemlərin böyük oğlu Bruklin Pelts-Bekhem ailəsi ilə
Vergi borcu 800 min manata yaxınlaşan şirkət rəhbərinin ölkədən çıxı
Hazırda ölkəmizdə soyuq aylarda əhalinin çox hissəsi qazdan istifadəni s
Mütəxəssislər bildirirlər ki, əllər üz qədər tez qocalan nahiyələrd�
Yanvarın 29-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (
Xalq artisti Simarə İmanova yeni doğulan nəvəsinə məclis edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin gene
Türkiyə Ticarət Nazirliyi təhlükəsizlik səbəbi ilə "Formula 505&qu
"Çoxlu pulum var, xərcləməyə yer axtarıram" açıqlaması ilə g
MİDA yaşayış kompleksində parklanma problemi yaşanır.
