Atası hər ay 1 milyon dollar cib xərcliyi verir
Dünya 29 Yan 2026 21:39:00 66 0
Devid və Viktoriya Bekhemlərin böyük oğlu Bruklin Pelts-Bekhem ailəsi ilə bağlı son qalmaqallı açıqlamalarından sonra həyat yoldaşı Nikola Peltslə istirahətə yollanıb.
Bu xəbəri də oxu: Tramp və Niki Minaj ələlə
Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 26 yaşlı Bruklin instaqramda həyat yoldaşı ilə Kaliforniya ştatının Montesito şəhərində yerləşən dəbdəbəli "San Ysidro Ranch"dan silsilə şəkillər paylaşıb.
Bruklinin şam yeməyi süfrəsindən paylaşdığı şəkildə masanın üzərində 17 000 funt sterlinq (təxminən 40 000 AZN) dəyərində qiymətləndirilən dünyanın ən bahalı desert şərablarından biri əks olunub. Şərab zirzəmisində çəkilmiş şəkillərdən birində isə iki şüşə məşhur "Château d'Yquem" şərabı yer alıb. Onlardan birinin 1811, digərinin isə 1831-ci il istehsalı olduğu görünür. Cütlüyün dəyəri on minlərlə funt sterlinq olan bu şərabları alıb-almadığı məlum olmasa da, Nikolanın milyarder atasından ayda 1 milyon ABŞ dolları cib xərcliyi aldığı ilə bağlı şaiyələr fonunda bu addım heç də təəccüblü görünmür.
Bildirilir ki, cütlük bir gecəlik qalma xərci təxminən 2595 dollara (təxminən 4400 AZN) çatan "San Ysidro Ranch"dan paylaşdıqları şəkillərdə münasibətlərinin yaxşı olduğunu nümayiş etdirməyə çalışıb.
Nikolanın atası Nelson Peltsin 1.6 milyard dollar (təxminən 2 milyard 720 milyon AZN), Bekhemlərin isə 680 milyon dollar (təxminən 1 milyard 156 milyon AZN) sərvətə malik olduqları deyilir.
Qeyd edək ki, daha əvvəl jurnalist Marina Hayd "The Rest Is Entertainment" podkastında Bekhem ailəsi ilə bağlı son qalmaqal haqqında danışarkən bildirmişdi: "Eşitdiyimə görə, Bekhemlər Bruklinə çox pul verirlər, amma ağlasığmaz məbləğlər deyil, çünki onlar oğullarının müstəqil və özünü təmin edə bilən biri olmasını arzu edirlər. Nelson Pelts isə qızına ayda 1 milyon dollar (təxminən 1 milyon 700 min AZN) verdiyini bəyan edib". Son.az
Vergi borcu 800 min manata yaxınlaşan şirkət rəhbərinin ölkədən çıxı
Hazırda ölkəmizdə soyuq aylarda əhalinin çox hissəsi qazdan istifadəni s
Mütəxəssislər bildirirlər ki, əllər üz qədər tez qocalan nahiyələrd�
Yanvarın 29-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (
Xalq artisti Simarə İmanova yeni doğulan nəvəsinə məclis edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin gene
Türkiyə Ticarət Nazirliyi təhlükəsizlik səbəbi ilə "Formula 505&qu
"Çoxlu pulum var, xərcləməyə yer axtarıram" açıqlaması ilə g
MİDA yaşayış kompleksində parklanma problemi yaşanır.
Türkiyəli müğənni Işın Karaca 35 kiloqram arıqlamasının sirrini açıq
Avropa İttifaqı İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror tə�
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dünən paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində zəncirvari yol-nəqli
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsin
Naftalan Şəhər Mərkəzi Xəstəxanası inzibati qaydada cərimə olunub.
