Leyla Əliyeva və Qretel Agilar İsveçrədə əməkdaşlıq imkanlarını müzakirə ediblər
Digərləri 29 Yan 2026 21:53:00 55 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 29-da İsveçrənin Qland şəhərində Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) baş direktoru Qretel Agilar ilə görüş keçirib.
Bu xəbəri də oxu: Pezeşkian: Biz müdafiə olunacağıq
Son.az xəbər verir ki, görüşdə Azərbaycan və regionda ətraf mühitin mühafizəsi sahəsində mövcud çağırışlar fonunda beynəlxalq əməkdaşlığın rolu, qlobal və regional səviyyədə əlaqələndirilmiş yanaşmaların əhəmiyyəti, habelə bu istiqamətdə dialoqun möhkəmləndirilməsinin perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bildirilib ki, 2014-cü ildən etibarən IUCN-in tamhüquqlu üzvü olan IDEA İctimai Birliyi təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində beynəlxalq təşəbbüslərdə fəal iştirak edir və bu sahədə əməkdaşlığın genişləndirilməsinə töhfə verir. IUCN-in ötən il Əbu-Dabidə keçirilən Ümumdünya Mühafizə Konqresində təqdim olunmuş birgə pavilyon və bir sıra digər layihələrə toxunan görüş iştirakçıları qazanılan müsbət təcrübəni qeyd edərək, qarşılıqlı əməkdaşlığın uğurla davam edəcəyinə inandıqlarını ifadə ediblər.
Həmçinin görüş çərçivəsində Azərbaycanda IUCN ilə yüksəksəviyyəli regional dialoqun təşkili, beynəlxalq tədbirlər çərçivəsində birgə iştirak, o cümlədən Dünya Şəhərsalma Forumu (WUF13), Ümumdünya Ətraf Mühit Günü və COP31 çərçivəsində əməkdaşlıq imkanları müzakirə olunub.
İranda baş verən hadisələrlə bağlı sizin sayta öncədən proqnoz vermi�
Xalq artistləri Gülyanaq Məmmədova və Mənsum İbrahimov Özbəkistan Məd�
Vergi borcu 800 min manata yaxınlaşan şirkət rəhbərinin ölkədən çıxı
Hazırda ölkəmizdə soyuq aylarda əhalinin çox hissəsi qazdan istifadəni s
Mütəxəssislər bildirirlər ki, əllər üz qədər tez qocalan nahiyələrd�
Yanvarın 29-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (
Xalq artisti Simarə İmanova yeni doğulan nəvəsinə məclis edib.
Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin gene
Türkiyə Ticarət Nazirliyi təhlükəsizlik səbəbi ilə "Formula 505&qu
"Çoxlu pulum var, xərcləməyə yer axtarıram" açıqlaması ilə g
MİDA yaşayış kompleksində parklanma problemi yaşanır.
Türkiyəli müğənni Işın Karaca 35 kiloqram arıqlamasının sirrini açıq
Avropa İttifaqı İslam İnqilabı keşikçiləri Korpusunu (SEPAH) terror tə�
Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Dünən paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində zəncirvari yol-nəqli
