Xəzərə yalnız təmiz su axıdılacaq – Yeni layihələrə başlanılır
Digərləri 29 Yan 2026 16:12:00 81 0
Bakı buxtası, fiziki-coğrafi xüsusiyyətinə görə digər adı Bakı körfəzi olaraq da bilinən ərazi Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənub hissəsində Şərqdə Sultan Burnu, cənub-qərbdə Şıx burnu hüdudlarında yerləşir. Sahil xəttinin uzunluğu təqribən 22 km təşkil edir. Buxtanın sahil zolağında milli park, sənaye, yaşayış və iaşə obyektləri yerləşməkdədir. Bakı buxtasından Xəzər dənizinə istiqamətlənən axarlar əsas etibarı ilə yağış və drenaj sularının nəql edilməsi məqsədi ilə nəzərdə turtulmuş axarlardır.
Bu xəbəri də oxu: MİDAnın həyəti avtosalona çevrilib Sakinlər çıxılmaz vəziyyətdə
Bunu Son.az-a açıqlamasında ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev deyib.
O qeyd edib ki, eyni zamanda ADSEA-nın tabeli qrumlarının və "Azsu Ekoloji Qurğu" MMC-nin balansında olan TSTQ-larda mütəmadi təmir bərpa işləri aparılmaqla qəbul edilən tullantı suları müvafiq təmizlənmə proseslərindən keçirilərək tullantı sularının təqkibindəki çirkləndiricilər normativ hədlərə çatdırıldıqdan sonra Xəzər dənizinə nəql edilir.
"Neft hasilatı ilə məşğul olan şirkətlər tərəfindən uzun illərdir ki, lay suları təmizlənmədən birbaşa Hövsan kanalına və oradan isə Xəzər dənizinə axıdılırdı. Xidmətin aidiyyəti dövlət orqanları və əməliyyat şirkətləri ilə qarşılıqlı əməkdaşlığı və NK-nın müvafiq tapşırığına əsasən sağlamlaşdırma işləri aparılmış və neft hasilatı zamanı yaranan lay sularının tam qapalı şəraitdə idarəolunması və uducu quyulara vurulması ilə Hövsan kanalına axıdılmasının qarşısı alınmışdır.
Bundan əlavə "Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4229 nömrəli Sərəncamının icrası istiqamətində məsləhətçi xidmət Asiya İnkişaf Bankı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında əldə edilmiş razılaşmaya əsasən Hövsan aerasiya qurğusunun yenidən qurulması nəticəsində qəbul edilən tullantı sularının həcminin artırılması, eləcə də təmizlənmiş suyun texniki məqsədlər üçün təkrar istifadəyə verilməsinin planlaşdırıldığını nəzərə alaraq yaranmış məişət tullantı sularının Hövsan aerasiya stansiyasına yönləndirilməsi planlaşdırılır".
X.Mehdiyev bildirib ki, Xəzər dənizinin (gölünün) Bakı şəhərinin inzibati ərazisinə aid hissəsinə düşən sahil zolağında monitorinqlər keçirilmiş dənizə istiqamətlənən axardan su nümunəsı götürülmüş sınaq nəticələrinə əsasən aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb.
"Eyni zamanda Abşeron yarımadasının cənub hissəsində Şərqdə Sultan Burnundan cənub-qərbdə Şıx burnu hüdudlarına qədər yerləşən 62 ictimai iaşə obyektlərində çirkab və tullantı sularının idarəedilməsinin yoxlanılması məqsədilə aparılan nəzarət tədbirləri zamanı sözügedən obyektlərdən bəzilərinin çirkab sularını təmizlənmədən birbaşa dənizə axıtdığı müəyyən edilmiş və tərəfimizdən görülmüş tədbirlər nəticəsində tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısı alınıb.
Qeyd etmək istəyirik ki, son illərdən başlayaraq Xəzər dənizinin çəkilməsi və su səviyyəsinin aşağı düşməsi illər öncə dəniz dibində qalmış istismara yararsız qurğu və avadanlıqlar sahil xəttində üzə çıxmasına səbəb olmuşdur və su obyekinin çirklənməsinin qarşısının alınması və estetik görüntünün bərpa olunması məqsədilə sözügedən qurğuların müvafiq qurumlar tərəfindən yığışdırılması işlərinə başlanılması nəzərdə tutulub.
Dəniz səviyyəsinin aşağı düşməsi də Abşeron yarımadasının, eləcə də buxtanın ekosistemini pozan səbəblərdən biridir. Belə ki, dənizin səviyyəsinin aşağı düşməsilə dənizin dib qatında qalaqlanmış qarışıq üzvi çirkləndiricilər sahil xəttində üzə çıxaraq isti və günəşli havalarda ətraf ərazidə spesifik iy-qoxunun yayılmasına, küləkli havalarda isə dalğaların sahil xəttini yuyaraq dənizin təkrar çirklənməsinə səbəb olur. Nəticə etibarı ilə üzvi çirklənmələrin təsiri altında sahil sularında mikrobioloji tarazlıq və dənizin özünəməxsus orqanoleptik xüsusiyyətləri pozulur".
Mətbuat katibi qeyd edib ki, 2031−2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcəkdir.
"Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcəkdir.
Yasamal rayonu ərazisində yerləşən evlərin birindən 708 manat, mobil tele
Biləsuvar rayonu, Əliabad kəndi ərazisində yerləşən heyvan bazarının f
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklü
Yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbə
Əslində kitab təqdimatına yığışmışdılar. Yazıçı-publisist, tar
Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib.
Xəbər verdiyimiz kimi, dünən gecə Gürcüstanın Qardabani rayonunda baş
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
Bakıda əksər restoranlar 14 fevral - Sevgililər Günü üçün xüsusi proqr
Yaponiyada məhkəmə ölkə hökumətini ABŞ Hərbi Hava Qüvvələrinin eynia
"Komedixana"nın aktyorları ilə Əməkdar artistin birgə rəqsi sos
Daşkəsən rayonunun sabiq icra başçısı, keçmiş deputat Əhəd Abıyevə
Azərbaycanda taksilərin fəaliyyətinə buraxılış kartında müəyyən edil
Bu il ilk dəfə Rusiya və Ukrayna arasında meyit mübadiləsi həyata keçiri
